Baş səhifə > Müsahibə elanları və vakant vəzifələr üzrə axtarış > dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elanı

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
aşağıda göstərilən dövlət orqanları üzrə
dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə
müsahibə elan edir

(Elan tarixi - 14.02.2024, sənəd qəbulu 14 mart 2024-cü il tarixində başa çatmışdır)

  1. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Aparat, Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsi, Monitorinq sektoru, sektor müdiri (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  1. Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi, rəhbərin müavini (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  2. Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi, Mədəniyyət müəssisələri ilə iş sektoru, sektor müdiri (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  1. Xəzər Kompleks Ekoloji Monitoriq İdarəsi, Planlama və inkişaf sektoru, sektor müdiri (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  1. Aparat, İnsan resurslarının idarə edilməsi və hüquq şöbəsi, Hüquq sektoru, sektor müdiri (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  2. Regional Turizm İdarələri, Bakı-Abşeron Regional Turizm İdarəsi, Rəhbərlik, yerli bölmənin rəhbəri (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  3. Regional Turizm İdarələri, Bakı-Abşeron Regional Turizm İdarəsi, Rəhbərlik, yerli bölmənin rəhbərin müavini (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  4. Regional Turizm İdarələri, Bakı-Abşeron Regional Turizm İdarəsi, Sənaye ilə iş sektoru, sektor müdiri (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  5. Regional Turizm İdarələri, Gəncə Regional Turizm İdarəsi, Rəhbərlik, yerli bölmənin rəhbəri (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  6. Regional Turizm İdarələri, Gəncə Regional Turizm İdarəsi, Rəhbərlik, yerli bölmənin rəhbərin müavini (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  7. Regional Turizm İdarələri, Gəncə Regional Turizm İdarəsi, Sənaye ilə iş sektoru, sektor müdiri (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  8. Regional Turizm İdarələri, Şəki Regional Turizm İdarəsi, yerli bölmənin rəhbəri (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  9. Regional Turizm İdarələri, Mingəçevir Regional Turizm İdarəsi, yerli bölmənin rəhbəri (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  10. Regional Turizm İdarələri, Quba Regional Turizm İdarəsi, yerli bölmənin rəhbəri (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  11. Regional Turizm İdarələri, Qarabağ Regional Turizm İdarəsi, yerli bölmənin rəhbəri (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  1. Agentliyin Aparatı, Maliyyə təsərrüfatı və ümumi işlər sektoru, sektor müdiri - baş mühasib (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  1. Rayon İcra Hakimiyyəti başçısı Aparatı, İnformasiya təminatı və təhlil sektoru, sektor müdiri (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı
  1. Rayon İcra Hakimiyyəti başçısı Aparatı, İnformasiya təminatı və təhlil sektoru, sektor müdiri (1 yer)
    Vəzifə haqqında ətraflı məlumat
    Müsahibə proqramı

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

Qeydlər:

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 14 fevral 2024-cü il tarixindən  14 mart 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.