Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Qida Təhlükəsizliyi Agentliyi üzrə: Az1022, Bakı şəhəri, Nizami r-nu, H.Əliyev pr-ti152, Çinar Plaza
|
Dövlət orqanı |
Qida Təhlükəsizliyi Agentliyi |
Struktur bölmə |
Aparat, Qeydiyyat və sahibkarlarla iş şöbəsi, Qeydiyyat sektoru |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
şöbə müdirinin müavini - sektor müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
4 |
Aylıq vəzifə maaşı |
1240 |
Qulluq funksiyaları |
- Qida təhlükəsizliyi sahəsində dövlət siyasətinin
hazırlanmasında, normativ hüquqi bazanın təkmilləşdirilməsində və prioritet
istiqamətlərin müəyyənləşdirilməsində iştirak etmək və şöbə müdirinə
müvafiq təkliflər vermək;
- Qida zəncirinin bütün mərhələlərini əhatə etməklə Azərbaycan
Respublikasının ərazisində fəaliyyət göstərən, habelə xarici ölkə ərazisində
fəaliyyət göstərən və Azərbaycan Respublikasına qida məhsullarını idxal edən
qida subyektlərinin təsərrüfat
fəaliyyətini həyata keçirdiyi qida obyektlərini qida təhlükəsizliyi qeydiyyatına
alınmasına və qeydiyyatdan keçmiş obyektlərin dövlət reyestrinin aparılmasına
nəzarət etmək;
- Avropa İttifaqı ölkələrinə
yeyinti məhsullarının ixracı məqsədilə qida subyektlərinə təsdiqedici kodların
verilməsini təmin etmək və bu barədə ictimai məlumatlandırmanın həyata
keçirilməsini təmin etmək;
- Qanunvericiliyə əsasən qeydiyyatı tələb olunan
məhsulların qeydiyyata alınmasına və qeydiyyata alınmış məhsulların reyestrə
daxil edilməsi işini təşkil etmək və bu sahədə görülən işlər barədə hesabatlar
hazırlayıb şöbə müdirinə təqdim etmək;
- Baytarlıq
preparatlarını, pestisidləri, bioloji preparatları və aqrokimyəvi maddələri dövlət qeydiyyatına almaq, habelə onların
qeydiyyatı haqqında subyektlərə müvafiq şəhadətnamələrin verilməsini təşkil
etmək;
- Qida
təhlükəsizliyinin təmin olunması istiqamətində dövlət-özəl əməkdaşlığının
inkişafı ilə bağlı tədbirlər həyata keçirmək;
- Şöbə müdirinin tapşırığına əsasən təsdiqi tələb
olunan qida obyektlərini Agentliyin aidiyyəti struktur bölmələri tərəfindən
aparılmış qiymətləndirmələrin nəticələri əsasında təsdiq etmək və ya təsdiqdən
imtina etmək;
- Qeydiyyat məlumatları
əsasında dövri statistik və analitik hesabatlar hazırlamaq və şöbə müdirinə
təqdim etmək;
- Qida obyektlərinin və məhsulların qeydiyyatı barədə
qida subyektlərinə dövlət reyestrindən
çıxarışlar verilməsini təmin etmək;
- Qanunvericilikdə
müəyyənləşdirilmiş qaydada sorğu əsasında dövlət reyestrindən məlumatların
verilməsini təmin etmək;
- Vətəndaşların
istifadəsi məqsədilə obyektlərin və məhsulların qeydiyyatına dair reyestr məlumatlarını
şöbə müdiri ilə razılaşdıraraq ictimailəşdirmək;
- Qeydiyyat məlumatları, həmçinin subyektlərin
fəaliyyət istiqamətləri üzrə aparılan araşdırmalar, monitorinqlər, yoxlamalar,
ekspertizalar və onların nəticələri ilə bağlı toplanılmış informasiyalar
əsasında qida obyektləri və subyektləri, o cümlədən qeydiyyatı tələb olunan məhsullar
üzrə metaməlumat bazası yaratmaq və ondan istifadəni təmin etmək;
- Qida zənciri boyu
fəaliyyət göstərən sahibkarların hüquqlarının müdafiəsi istiqamətində tədbirlərin
həyata keçirilməsi məqsədi ilə fəaliyyət planları işləyib hazırlamaq və icra
etmək;
- Qida obyektlərində
müəyyənləşdirilmiş uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər planının
hazırlanması ilə əlaqədar Agentliyin aidiyyəti struktur bölmələrinin fəaliyyətini
əlaqələndirmək, habelə hazırlanmış tədbirlər planının qida subyekti tərəfindən
icrasına ümumi nəzarəti həyata keçirmək;
- Sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi
və sahibkarların rəqabət qabiliyyətinin artırılması istiqamətində texniki və
metodiki dəstək tədbirlərini həyata keçirmək;
- Sahibkarlıq subyektləri tərəfindən qida təhlükəsizliyi
üzrə idarəetmə sistemlərinin (HACCP, İSO 22000 və s.) və qabaqcıl fəaliyyət
kodekslərinin (GAP, GHP, GMP və s.) tətbiqi ilə bağlı dəstək tədbirlərini həyata
keçirmək;
- Qida
təhlükəsizliyi sahəsində təşkilati və institusional inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi,
habelə bu sahədə fəaliyyətin davamlı olaraq təkmilləşdirməsi üçün təhlil və
qiymətləndirmələrin aparılması məqsədi ilə sahibkarlar arasında mütəmadi
sorğuların keçirilməsini təmin etmək;
- Qida təhlükəsizliyi siyasətinin
formalaşdırılmasında ictimai iştirakçılığın artırılması, o cümlədən
sahibkarların təklif və şikayətlərinin dinlənilməsi məqsədilə müzakirə
platformaları yaratmaq;
- Müvafiq sahələr üzrə
Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
- Sektorların əməkdaşları barəsində həvəsləndirici və
intizam tənbehi tədbirləri görülməsi üçün şöbə müdirinə təqdimatlar hazırlamaq;
- Şöbəyə daxil olan ərizə, şikayət və təkliflərə
baxmaq və müəyyən edilmiş qaydada tədbirlər görmək.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisaslar qrupu, qida məhsullarının texnologiyası, standartlaşdırma və sertifikasiya ixtisaslar istiqamətləri, istehlak mallarının keyfiyyət ekspertizası (sahələr üzrə), ərzaq məhsullarının əmtəəşünaslığı ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: 5 il dövlət qulluğu stajı və yaxud 7 il ümumi iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, Internet və s. yüksək səviyyədə
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1; İngilis dili-B1;
|
Müsahibədə iştirak etmək hüququ verən sertifikat |
AB2 |
Müsahibə elanının tarixi |
17.09.2019 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
17.10.2019 18:00 |
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;
- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
Qeydlər:
- Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir. Müsahibədə iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilir.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 17 sentyabr 2019-cu il tarixindən 17 oktyabr 2019-cu il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.