Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Qida Təhlükəsizliyi Agentliyi |
Struktur bölmə |
Sumqayıt regional bölmə, Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektoru |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
sektor müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
7 |
Aylıq vəzifə maaşı |
565 |
Qulluq funksiyaları |
- Heyvan sağlamlığı və baytarlıq nəzarətinə dair dövlət siyasətinin və normativ
tənzimləmənin həyata
keçirilməsinin təşkili ilə əlaqədar regional
bölməyə daxil olan inzibati ərazi vahidlərində işlərin həyata keçirilməsini təşkil etmək və regional bölmə rəhbərinin
verdiyi aidiyyəti göstərişləri yerinə yetirmək;
- Heyvan sağlamlığı və
baytarlıq nəzarəti sahəsində normayaratma fəaliyyətindən irəli gələn
vəzifələrin regional bölmənin
əhatə dairəsi üzrə yerinə yetirilməsinə
nəzarət etmək;
- Dövlət baytarlıq
nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsi haqqında
qanunvericiliyə riayət edilməsinə dövlət nəzarətinin həyata keçirilməsini regional
bölməyə daxil olan inzibati ərazi vahidlərində təmin etmək;
- Heyvan sağlamlığı ilə bağlı dövlət nəzarətinin həyata keçirilməsi məqsədi
ilə aparılan yoxlama tədbirləri zamanı qanunla müəyyən olunmuş hallarda və
qaydada məhsulun tədqiqi (sınağı), qida məhsullarının təhlükəsizlik göstəricilərinin
qiymətləndirilməsi üçün məhsul nümunələrinin götürülməsi barədə qərar qəbul
edilməsi, aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması və qanunla nəzərdə
tutulmuş digər tədbirlərin görülməsini təmin etmək;
- Heyvan sağlamlığına dair dövlət siyasətinin və normativ tənzimləmənin təmin edilməsi məqsədi ilə sertifikat, arayış,
şəhadətnamə və.s icazə sənədlərinin hazırlanmasını təmin etmək;
Heyvan sağlamlığının
izlənməsi ilə bağlı tədbirlərin həyata keçirilməsinə rəhbərlik etmək;
- Heyvanların
identifikasiyası və qeydiyyatı sisteminin yaradılması ilə bağlı regional
bölməyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi ilə bağlı müvafiq tədbirlər
görmək;
- Regional bölməyə daxil olan inzibati
ərazi vahidlərində xüsusi təhlükəli heyvan xəstəlikləri
baş verdikdə qoruyucu karantin, xüsusi baytarlıq tədbirlərinin və digər
tədbirlərin həyata keçirilməsi qaydalarının tətbiq edilməsi, baş vermiş
xəstəliyin yayılma təhlükəsi olan zonalarda qanunla müəyyən edilmiş hallarda və
qaydada məhdudiyyət və xəbərdarlıq təyinatlı tədbirlər görmək;
- Qanunla müəyyən edilmiş
qaydada regional bölmə ərazisində yaşayan əhalinin insan və heyvanlar üçün
ümumi olan xəstəliklərdən qorunması ilə əlaqədar tədbirlərin həyata
keçirilməsinə rəhbərlik etmək;
- Regional bölməyə daxil olan inzibati
ərazi vahidlərində dövlət
baytarlıq nəzarətində olan qida məhsullarının istehlakçılarının hüquqlarının
müdafiəsi haqqında qanunvericiliyə, o cümlədən müvafiq sahədə ticarət, ictimai
iaşə, məişət və digər növ xidmət qaydalarına riayət olunmasına dövlət
nəzarətinin həyata keçirilməsini təmin
etmək, bu sahədə qanun pozuntularının qarşısının alınması və pozuntuya
yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi
ilə bağlı tədbirlər görmək;
- Regional bölmənin əhatə dairəsində qanunla müəyyən
edilmiş hallarda və qaydada baytarlıq sahəsində yoxlamaların aparılmasına
nəzarət etmək və digər dövlət nəzarəti tədbirlərini həyata keçirmək, bu sahədə
aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və (və ya) məhdudlaşdırıcı
tədbirlərin tətbiqi barədə qərarlar qəbul etmək (göstərişlər vermək);
- Heyvan mənşəli məhsulların zərərsizləşdirilməsi və
utilizasiyası (təkrar emalı, təyinatının dəyişdirilməsi və ya məhv edilməsi)
barədə qanunla müəyyən edilmiş hallarda və qaydada qəbul edilən qərarların
icrasını təmin etmək;
- Baytarlıq preparatlarının,
vitaminlərin, yem əlavələrinin, habelə mal-qaranın boy artımını sürətləndirən
və məhsuldarlığını yüksəldən bioloji stimulyatorların və hormonların
təhlükəsizliyinə, istehsalına, saxlanmasına, heyvandarlıqda və baytarlıqda
tətbiqinə, dövriyyəsinə qanunla müəyyən edilmiş qaydada nəzarətin təşkilini və
həyata keçirilməsini təmin etmək;
- Mülkiyyət formasından asılı
olmayaraq, hüquqi və fiziki şəxslərə baytarlıq xidmətlərin göstərilməsinə
nəzarətin təşkil edilməsi ilə əlaqədar müvafiq təkliflərin verilməsini təmin
etmək;
- Dövlət büdcəsi və qanunla
qadağan edilməyən digər mənbələr hesabına alınmış baytarlıq preparatlarının
saxlanmasına, daşınmasına, dövriyyəsinə, istifadəsinə və keyfiyyətinə nəzarətin
təşkil edilməsi ilə əlaqədar regional bölmənin əhatə dairəsində rəhbərliyi
həyata keçirmək və müvafiq sahədə təkliflər vermək;
- Baytarlıq preparatlarının
aprobasiyasının, ekspertizasının, sınaqdan keçirilməsinin təşkil edilməsi ilə
əlaqədar təkliflər vermək və həmin preparatlardan nümunələrin götürülməsini
təmin etmək;
- Baytarlıq sahəsində dövlət nəzarətini həyata
keçirmək məqsədi ilə tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq regional
bölməyə daxil olan inzibati ərazi vahidlərində hüquqi və fiziki şəxslərin
istehsal, satış, xidmət və saxlama sahələrinə qanunamüvafiq qaydada daxil
olmaq, nəzarət sahəsinə aid məlumat və sənədləri almaq, satılan və ya satılması
nəzərdə tutulan baytarlıq nəzarətində olan məhsullarının müayinəsini həyata
keçirmək üçün təkliflər vermək;
- Sektorun işçiləri arasında vəzifə
bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, barələrində intizam və
həvəsləndirmə tədbirlərinin görülməsi məqsədilə regional bölmə rəhbərinə təqdimatlar
vermək;
- Sektorun əməkdaşları tərəfindən xidməti vəzifələrini
yerinə yetirərkən onlara məlum olan xidməti məlumatların, dövlət və kommersiya
sirrinin qorunmasını qanunvericiliyə uyğun olaraq təmin etmək;
- Sektora daxil olan ərizə, şikayət və təkliflərə
baxmaq və müəyyən edilmiş qaydada tədbirlər görmək.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: baytarlıq ixtisaslar istiqaməti, balıqçılıq ixtisası üzrə ali təhsil
-
İş stajına dair tələblər: 2 il ümumi iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, Internet və s. yüksək səviyyədə
-
Xarici dil biliklərinə dair tələblər: İngilis dili-A2; Rus dili-B1;
|
Müsahibədə iştirak etmək hüququ verən sertifikat |
AC4 |
Müsahibə elanının tarixi |
17.09.2019 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
17.10.2019 18:00 |
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;
- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
Qeydlər:
- Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir. Müsahibədə iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilir.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 17 sentyabr 2019-cu il tarixindən 17 oktyabr 2019-cu il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.