Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Qida Təhlükəsizliyi Agentliyi |
Struktur bölmə |
Bərdə regional bölmə, Qeydiyyat və sahibkarlarla iş sektoru |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
sektor müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
7 |
Aylıq vəzifə maaşı |
555 |
Qulluq funksiyaları |
- Qida zəncirinin bütün mərhələlərini əhatə etməklə regional
bölməyə daxil olan inzibati ərazi vahidlərində fəaliyyət göstərən, habelə xarici ölkə ərazisində
fəaliyyət göstərən və Azərbaycan Respublikasına qida məhsullarını idxal edən
qida subyektlərinin təsərrüfat
fəaliyyətini həyata keçirdiyi qida obyektlərini qida təhlükəsizliyi qeydiyyatına
alınmasına və qeydiyyatdan keçmiş obyektlərin dövlət reyestrinin aparılması
üçün müvafiq məlumatların aidiyyəti struktur bölməyə göndərilməsinə nəzarət
etmək;
- Baytarlıq
preparatlarını, pestisidləri, bioloji preparatları və aqrokimyəvi maddələri dövlət qeydiyyatına alınmasını təmin etmək;
- Qida təhlükəsizliyi
qeydiyyatına alınmış qida obyektlərinin fəaliyyətini qiymətləndirməklə onların ilkin risk
balının müəyyənləşdirilməsini təmin etmək;
- Qida
təhlükəsizliyinin təmin olunması istiqamətində regional bölmənin əhatə dairəsi
üzrə dövlət-özəl sektor əməkdaşlığının inkişafı ilə bağlı tədbirlər həyata
keçirmək;
- Qeydiyyat məlumatları
əsasında dövri statistik və analitik hesabatlar hazırlamaq və vətəndaşların
məlumatlandırılmasını təşkil etmək;
- Qida məhsulları
sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına
alınması məqsədilə sektorun əməkdaşlarının “ASAN
xidmət” mərkəzlərində, kiçik və orta
biznes evlərində və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində
Agentliyi təmsil etməsini təmin etmək;
- Regional
bölməyə daxil olan inzibati ərazi vahidlərində ölkəyə idxal olunan və ölkədən ixrac olunan (idxalçı ölkənin tələbinə əsasən)
qida məhsullarına qida təhlükəsizliyi sertifikatlarının, qida obyektlərinin və məhsulların qeydiyyatı
barədə qida subyektlərinə dövlət
reyestrindən çıxarışların, çıxarış itirildikdə, yaxud zədələndikdə,
onun dublikatının, o cümlədən sənədlərdəki dəyişikliklərlə əlaqədar yenidən tərtib
edilmiş formasının verilməsini
təmin etmək;
- Vətəndaşların
istifadəsi məqsədilə regional bölmənin əhatə dairəsi üzrə obyektlərin
və məhsulların qeydiyyatına dair reyestr məlumatlarını ictimailəşdirmək;
- Qeydiyyat məlumatları, həmçinin subyektlərin
fəaliyyət istiqamətləri üzrə aparılan araşdırmalar, monitorinqlər, yoxlamalar,
ekspertizalar və onların nəticələri ilə bağlı toplanılmış informasiyalar
əsasında qida obyektləri və subyektləri, o cümlədən qeydiyyatı tələb olunan məhsullar
üzrə metaməlumat bazasının yaradılması barədə müvafiq təkliflərini regional
bölmə rəhbərinə təqdim etmək;
- Genetik
modifikasiya olunmuş, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları
ilə yaradılmış orqanizmlərə və tərkibində bu orqanizmlərin özü və ya materialı
olan qida məhsullarına nəzarət sisteminin təkmilləşdirilməsi və onların
qeydiyyatının aparılması ilə bağlı təkliflər hazırlayaraq regional bölmə rəhbərinə
təqdim etmək;
- Qida zənciri boyu regional
bölməyə daxil olan inzibati ərazi vahidlərində fəaliyyət göstərən
sahibkarların hüquqlarının müdafiəsi istiqamətində tədbirlərin həyata keçirilməsi
məqsədi ilə fəaliyyət planları işləyib hazırlamaq və icra etmək;
- Sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi
və sahibkarların rəqabət qabiliyyətinin artırılması istiqamətində texniki və
metodiki dəstək tədbirlərini həyata keçirmək;
- Sahibkarlıq subyektləri tərəfindən
qida təhlükəsizliyi üzrə idarəetmə sistemlərinin (HACCP, İSO 22000 və s.) və
qabaqcıl fəaliyyət kodekslərinin (GAP, GHP, GMP və s.) tətbiqi ilə bağlı dəstək
tədbirlərini həyata keçirmək;
- Qida
təhlükəsizliyi sahəsində təşkilati və institusional inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi,
habelə bu sahədə fəaliyyətin davamlı olaraq təkmilləşdirməsi üçün təhlil və
qiymətləndirmələrin aparılması məqsədi ilə regional
bölməyə daxil olan inzibati ərazi vahidlərində fəaliyyət göstərən
sahibkarlar arasında mütəmadi sorğuların keçirilməsini təmin etmək;
- Qida təhlükəsizliyi siyasətinin
formalaşdırılmasında ictimai iştirakçılığın artırılması, o cümlədən
sahibkarların təklif və şikayətlərinin dinlənilməsi məqsədilə regional bölmənin
əhatə dairəsi üzrə müzakirə platformaları yaratmaq;
- Müvafiq sahələr üzrə regional
bölmənin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
- Sektorun işçiləri arasında vəzifə
bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, barələrində intizam və
həvəsləndirmə tədbirlərinin görülməsi məqsədilə regional bölmə rəhbərinə təqdimatlar
vermək;
- Sektorun əməkdaşları tərəfindən xidməti vəzifələrini
yerinə yetirərkən onlara məlum olan xidməti məlumatların, dövlət və kommersiya
sirrinin qorunmasını qanunvericiliyə uyğun olaraq təmin etmək;
- Sektorun fəaliyyəti ilə bağlı daxil
olan ərizə və şikayətlərin baxılmasını təmin etmək və qanunvericiliklə müəyyən
edilmiş qaydada tədbirlər görmək.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisaslar qrupu, qida məhsullarının texnologiyası ixtisaslar istiqaməti, istehlak mallarının keyfiyyət ekspertizası (sahələr üzrə), ərzaq məhsullarının əmtəəşünaslığı, standartlaşdırma və sertifikasiya (sahələr üzrə) ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: 2 il ümumi iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, Internet və s. yüksək səviyyədə
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1; İngilis dili-A2;
|
Müsahibədə iştirak etmək hüququ verən sertifikat |
AC4 |
Müsahibə elanının tarixi |
17.09.2019 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
17.10.2019 18:00 |
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;
- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
Qeydlər:
- Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir. Müsahibədə iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilir.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 17 sentyabr 2019-cu il tarixindən 17 oktyabr 2019-cu il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.