Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Qida Təhlükəsizliyi Agentliyi |
Struktur bölmə |
Şəki regional bölmə, Qida təhlükəsizliyinə nəzarət sektoru |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
sektor müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
7 |
Aylıq vəzifə maaşı |
555 |
Qulluq funksiyaları |
- Qida məhsullarının ilkin istehsalı, tədarükü,
istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən
idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində
qida məhsullarının təhlükəsizliyinə dövlət nəzarətinin təşkili ilə əlaqədar regional bölməyə daxil olan
inzibati ərazi vahidlərində işlərin həyata keçirilməsini təşkil etmək və
regional bölmə rəhbərinin verdiyi aidiyyəti göstərişləri yerinə yetirmək;
- Qanunla müəyyən edilmiş hallarda və qaydada qida təhlükəsizliyi
sahəsində yoxlamalar aparılmasını təşkil etmək və digər dövlət nəzarəti tədbirlərinin
həyata keçirilməsində iştirak etmək, bu sahədə aşkar olunmuş qanun
pozuntularının aradan qaldırılması və (və ya) məhdudlaşdırıcı tədbirlərin tətbiqi
barədə qərarların qəbul edilməsi (göstərişlərin verilməsi) üçün regional bölmə
rəhbərinə təkliflər vermək;
- Aşkarlanmış qanun pozuntularının aradan
qaldırılması ilə bağlı verilmiş qərarların (göstərişlərin) yerinə yetirilməsini
nəzarətdə saxlamaq, belə qərarların (göstərişlərin) yerinə yetirilmədiyi məlum
olduqda, onların məcburi icrası məqsədi ilə məhkəməyə müraciət edilməsi üçün müvafiq
sənədlərin hazırlanmasını təmin etmək;
- Qida təhlükəsizliyi sahəsində mövcud vəziyyətin təhlil
edilməsi, dövlət tənzimləməsi və nəzarəti sisteminin təkmilləşdirilməsi barədə mütəmadi
olaraq təkliflər hazırlamaq və regional bölmə rəhbərinə təqdim etmək;
- Qida təhlükəsizliyi ilə bağlı dövlət nəzarətinin həyata
keçirilməsi məqsədi ilə aparılan yoxlama tədbirləri zamanı qanunla müəyyən
olunmuş hallarda və qaydada məhsulun tədqiqi (sınağı), qida məhsullarının təhlükəsizlik
göstəricilərinin qiymətləndirilməsi üçün məhsul nümunələrinin götürülməsi barədə
qərar qəbul edilməsi, aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması və
qanunla nəzərdə tutulmuş digər tədbirlərin görülməsini təmin etmək;
- Regional bölmənin əhatə dairəsi üzrə qida təhlükəsizliyi
sahəsində ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarına riayət
olunmasına dövlət nəzarətinin həyata keçirilməsi, bu sahədə qanun
pozuntularının qarşısının alınması və pozuntuya yol vermiş şəxslərin qanunla müəyyən
edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirlərin görülməsi ilə
bağlı təkliflərin hazırlanmasında iştirak etmək;
- İstifadəyə yararsız yeyinti məhsullarının zərərsizləşdirilməsi
və utilizasiyası (təkrar emalı, təyinatının dəyişdirilməsi və ya məhv edilməsi)
barədə qanunla müəyyən edilmiş hallarda və qaydada qəbul edilən qərarların
icrasını təmin etmək;
- Regional
bölməyə daxil olan inzibati ərazi vahidlərində qida məhsullarının istehsalı, qablaşdırılması, saxlanması, emalı,
utilizasiyası və məhv edilməsi üçün tikintisi və yenidən qurulması nəzərdə
tutulan tikinti obyektlərinə dair layihələrə rəy verilməsini təmin etmək;
- Qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyi
təminatının gücləndirilməsi məqsədi ilə qida məhsullarının izlənilməsi və geri
götürülməsi sisteminin aidiyyəti dövlət orqanları ilə birlikdə hazırlanması və
tətbiqi ilə bağlı tədbirlərin görülməsi üçün müvafiq təklifləri regional bölmə
rəhbərinə təqdim etmək;
- Yeyinti məhsuluna “müalicəvi”, “pəhriz” və onlara bərabər
tutulan adların verilməsi və reklam xarakterli digər məlumatların etiketdə yerləşdirilməsi
zamanı texniki reqlamentlərdə və qida təhlükəsizliyi sahəsində texniki normativ
hüquqi aktlarda nəzərdə tutulan tələblərin yerinə yetirilməsinə nəzarət etmək;
- Qida məhsullarının saxlanması və ya satışı zamanı
mal qonşuluğunun və satılmış malların dəyişdirilməsi və ya geri çağırılması
qaydalarının pozulmasına qarşı tədbirlərin görülməsinə nəzarət etmək;
- Qida zəncirinin müvafiq mərhələlərində işləyən şəxslərin
işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi ilə birlikdə müəyyən edilmiş qaydada və müddətdə
məcburi tibbi müayinədən keçmələrinə nəzarətin təşkili ilə bağlı təkliflər
hazırlamaq;
- Qida zəncirinin müvafiq mərhələlərində işləyən və
çalışdıqları istehsalatın və ya gördükləri işin xüsusiyyətləri ilə əlaqədar
olaraq yoluxucu və parazitar xəstəlikləri yaymaq təhlükəsi yaradan şəxslərin,
habelə sanitariya norma və qaydalarını, gigiyena normativlərini müntəzəm yerinə
yetirməyən şəxslərin işdən kənarlaşdırılması ilə bağlı təkliflər hazırlamaq və
müvafiq tədbirlərin görülməsini təmin etmək;
- Qida məhsulları sahəsində fəaliyyət göstərən
subyektlərə məxsus binalarda, qurğularda, sahələrdə, ərazilərdə, qida məhsulları
daşınan nəqliyyat vasitələrində dezinfeksiya, dezinseksiya, deratizasiya və
qida təhlükəsizliyi ilə bağlı digər tədbirlərin həyata keçirilməsinə nəzarət
etmək;
- Regional bölmənin fəaliyyət istiqamətləri üzrə
aparılan araşdırmalar, monitorinqlər, yoxlamalar, ekspertizalar və onların nəticələri
ilə bağlı görülən işlərə dair məlumatları təhlil etmək və müvafiq hesabatları regional
bölmə rəhbərinə təqdim etmək;
- Sektorun işçiləri
arasında vəzifə bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək,
barələrində intizam və həvəsləndirmə tədbirlərinin görülməsi məqsədilə regional
bölmə rəhbərinə təqdimatlar vermək;
- Sektorun əməkdaşları tərəfindən xidməti vəzifələrini yerinə yetirərkən
onlara məlum olan xidməti məlumatların, dövlət və kommersiya sirrinin
qorunmasını qanunvericiliyə uyğun olaraq təmin etmək;
- Sektorun fəaliyyəti ilə bağlı daxil
olan ərizə və şikayətlərin baxılmasını təmin etmək və qanunvericiliklə müəyyən
edilmiş qaydada tədbirlər görmək.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: qida məhsullarının texnologiyası, balıqçılıq ixtisaslar istiqamətləri, tibbi profilaktika, aqronomluq, baytarlıq, standartlaşdırma və sertifikasiya (sahələr üzrə), istehlak mallarının keyfiyyət ekspertizası (sahələr üzrə), ərzaq məhsullarının əmtəəşünaslığı, aqrokimya və aqrotorpaqşünaslıq ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: 2 il ümumi iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, Internet və s. yüksək səviyyədə
-
Xarici dil biliklərinə dair tələblər: İngilis dili-A2; Rus dili-B1;
|
Müsahibədə iştirak etmək hüququ verən sertifikat |
AC4 |
Müsahibə elanının tarixi |
17.09.2019 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
17.10.2019 18:00 |
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;
- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
Qeydlər:
- Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir. Müsahibədə iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilir.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 17 sentyabr 2019-cu il tarixindən 17 oktyabr 2019-cu il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.