Qida Təhlükəsizliyi Agentliyi
Gəncə regional bölmə, İdxal-ixrac və monitorinq sektoru, sektor müdiri


Əlaqə məlumatları
Dövlət orqanı Qida Təhlükəsizliyi Agentliyi
Struktur bölmə Gəncə regional bölmə, İdxal-ixrac və monitorinq sektoru
Vakant inzibati vəzifənin adı və vakansiya sayı sektor müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 7
Aylıq vəzifə maaşı 565
Qulluq funksiyaları
  • Qida təhlükəsizliyi sahəsində mövcud vəziyyətin təhlil edilməsi, dövlət tənzimləməsi və nəzarəti sisteminin təkmilləşdirilməsi barədə sertifikatlaşdırma və idxal-ixrac sahələri ilə bağlı təkliflərin hazırlanmasında iştirak etmək və regional bölmə rəhbərinə müvafiq təkliflər vermək;
  • Qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyi təminatının gücləndirilməsi məqsədi ilə qida məhsullarının izlənilməsi və geri götürülməsi sisteminin Agentlik aparatının aidiyyəti struktur bölməsi ilə birlikdə hazırlanması və tətbiqi ilə bağlı tədbirlərin görülməsi üçün müvafiq təklifləri regional bölmə rəhbərinə təqdim etmək;
  • Regional bölmənin əhatə dairəsi üzrə ölkəyə idxal olunan qida məhsullarının ilkin istehsalı, istehsalı və emalı sahələrində fəaliyyət göstərən subyektlərin infrastruktur və məhsulların təhlükəsizlik meyarları üzrə ekspertizalarının keçirilməsini təşkil etmək;
  • Regional bölməyə daxil olan inzibati ərazi vahidlərində ölkəyə idxal olunan və ölkədən ixrac olunan (idxalçı ölkənin tələbinə əsasən) qida məhsullarına qida təhlükəsizliyi sertifikatlarının verilməsini təmin etmək məqsədilə həmin məhsulların təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi üçün məhsul nümunələrinin götürülməsi barədə qərar qəbul etmək;
  • Regional bölmənin əhatə dairəsi üzrə ölkəyə idxal olunan qida mənşəli genetik məhsulların ölkənin gömrük sərhədindən keçirilərkən genetik modifikasiyaya məruz qalıb-qalmadığının yoxlanılması ilə bağlı görülən tədbirlərə nəzarət etmək;
  • Qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti təmin etmək məqsədi ilə idxal və ixrac sahəsində Agentliyin siyasətinin həyata keçirilməsi ilə əlaqədar regional bölməyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə nəzarət etmək;
  • Regional bölməyə daxil olan inzibati ərazi vahidlərində Agentliyin nəzarət dairəsinə aid edilən malların idxal-ixrac əməliyyatlarını həyata keçirərkən qida təhlükəsizliyini təmin etmək məqsədilə mövcud vəziyyətin təhlil edilməsi, nəzarət fəaliyyətinin təkmilləşdirilməsi barədə təkliflərin hazırlanmasında iştirak etmək;
  • Agentliyin nəzarət dairəsinə aid edilən məhsulların Azərbaycan Respublikasının ərazisində sərbəst dövriyyəsinə icazə verilməsi üçün əsas olan və idxal olunmuş məhsul partiyasını müşaiyət edən qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sahəsində qanunvericiliklə tələb olunan sənədlərin, sertifikatların və digər hüquqmüəyyənedici sənədlərin mövcudluğunun və düzgünlüyünün yoxlanılmasını təmin etmək;
  • Agentliyin nəzarət dairəsinə aid edilən malların regional bölməyə daxil olan inzibati ərazi vahidlərində idxal-ixrac əməliyyatlarını həyata keçirən hüquqi və fiziki şəxslərin fəaliyyəti üzrə məlumatların toplanmasını təmin etmək, idxal–ixrac fəaliyyəti ilə məşğul olan və ya onları təmsil edən şəxslər və daşıyıcılar barədə aidiyyəti struktur bölmələri ilə qarşılıqlı məlumat mübadiləsini həyata keçirmək və bu sahədə regional bölmə rəhbəri tərəfindən verilən tapşırıqları yerinə yetirmək;
  • Agentliyin nəzarət dairəsinə aid edilən malların Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası üzrə Vahid Siyahısının hazırlanması və mütəmadi olaraq yenilənməsi ilə bağlı regional bölmə rəhbərinə müvafiq təkliflər vermək;
  • Agentliyin nəzarət dairəsinə aid edilən malların regional bölmənin əhatə dairəsi üzrə idxal-ixrac əməliyyatlarına nəzarətin təşkili məqsədilə dəmir yolları, hava yolları, dəniz nəqliyyatı və quru yolları üzrə qurumun təmsil olunması istiqamətində tədbirlərin görülməsini təmin etmək;
  • Gömrük orqanları ilə birlikdə regional bölməyə daxil olan inzibati ərazi vahidlərində yerləşən gömrük keçid məntəqələrində, postlarda və təyinatı üzrə gömrük rəsmiləşdirilməsi həyata keçirilən yerlərdə idxal və ixrac olunan malların eyniləşdirilməsinə nəzarətin həyata keçirilməsini təmin etmək;
  • Fəaliyyət istiqamətləri üzrə aparılan araşdırmalar, monitorinqlər və onların nəticələri ilə bağlı görülən işlərə dair məlumatları təhlil etmək və regional bölmə rəhbərinə hesabat vermək; 
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq xarici dövlətlərin qabaqcıl təcrübəsini öyrənmək və yeniliklərin tətbiqi məqsədilə təkliflər vermək;
  • Sektorun əməkdaşları barəsində həvəsləndirici və intizam tənbehi tədbirləri görülməsi üçün şöbə müdirinə təqdimatlar hazırlamaq;
  • Sektorun əməkdaşları tərəfindən xidməti vəzifələrini yerinə yetirərkən onlara məlum olan xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını qanunvericiliyə uyğun olaraq təmin etmək;
  • Sektora daxil olan ərizə, şikayət və təkliflərə baxmaq və müəyyən edilmiş qaydada tədbirlər görmək.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: ümumi iqtisadiyyat, mühəndis iqtisadiyyatı və idarəetmə, inzibati idarəetmə, qida məhsullarının texnologiyası, standartlaşdırma və sertifikasiya ixtisaslar istiqamətləri, istehlak mallarının keyfiyyət ekspertizası (sahələr üzrə), ərzaq məhsullarının əmtəəşünaslığı ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: 2 il ümumi iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, Internet və s. yüksək səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-A2; Rus dili-B1;
Müsahibədə iştirak etmək hüququ verən sertifikat AC4
Müsahibə elanının tarixi 17.09.2019 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 17.10.2019 18:00

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.

Qeydlər:

  • Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir. Müsahibədə iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilir.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
  • "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 17 sentyabr 2019-cu il tarixindən  17 oktyabr 2019-cu il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.