Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Qida Təhlükəsizliyi Agentliyi |
Struktur bölmə |
Ucar regional bölmə, Bitki sağlamlığı və fitosanitar nəzarəti sektoru |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
sektor müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
7 |
Aylıq vəzifə maaşı |
555 |
Qulluq funksiyaları |
- Regional bölmənin əhatə dairəsində karantin obyekti olan bitki zərərvericilərinin, xəstəlik
törədicilərinin və alaq otlarının geniş yayılmasının qarşısını almaq, onların mənbələrini
ləğv etmək üçün karantin məhdudiyyət tədbirlərinin görülməsi ilə bağlı regional
bölmə rəhbərinə müvafiq məlumatları vermək;
- Bitki sağlamlığı və fitosanitar nəzarəti
sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı regional bölməyə həvalə
edilmiş vəzifələrin yerinə yetirilməsini təmin etmək;
- Karantin obyektlərinin
siyahısının hazırlanması, müəyyənləşdirilmiş ərazidə fitosanitar karantin
rejiminin elan edilməsi və götürülməsi barədə regional bölmə rəhbərinə təkliflər
vermək;
- Bitki sağlamlığı ilə bağlı dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə aparılan
yoxlama tədbirləri zamanı qanunla müəyyən olunmuş hallarda və qaydada məhsulun
tədqiqi (sınağı), qida məhsullarının təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi
üçün məhsul nümunələrinin götürülməsi barədə qərar qəbul edilməsi, aşkarlanmış
uyğunsuzluqların aradan qaldırılması və qanunla nəzərdə tutulmuş digər tədbirlərin
görülməsini təmin etmək;
- Bitki
sağlamlığına dair dövlət siyasətinin və normativ tənzimləmənin təmin edilməsi məqsədi ilə sertifikat, arayış,
şəhadətnamə və.s icazə sənədlərinin hazırlanmasını təmin etmək;
- Regional
bölməyə daxil olan inzibati ərazi vahidlərində pestisidlərin, bioloji
vasitələrin və aqrokimyəvi maddələrin istehsalına, saxlanmasına, satışına və
tətbiqinə dair dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək və bu
sahədə müvafiq təkliflər vermək;
- Bitki mühafizəsi sahəsində,
habelə pestisidlərin, aqrokimyəvi maddələrin, bioloji preparatların və digər
bitki mühafizə vasitələrinin toksikoloji təsiri, ətraf mühitin çirklənməsi,
keyfiyyətini itirmiş və istifadəsi qadağan olunmuş kimyəvi maddələrin
zərərsizləşdirilməsi məsələlərində Agentlik Aparatının müvafiq struktur bölməsi
ilə birgə fəaliyyət göstərmək;
- Regional
bölməyə daxil olan inzibati ərazi vahidlərində ölkəyə idxal olunan pestisidlərin,
aqrokimyəvi maddələrin, bioloji və digər preparatların qeydiyyatının
aparılmasında və istifadəsinə icazə verilmiş preparatların siyahısının
hazırlanması, habelə həmin preparatların qeydiyyata alınmasını təmin etmək;
- Regional bölmənin əhatə dairəsində bitki və bitkiçilik məhsullarının istehsalı ilə
məşğul olan hüquqi və fiziki şəxslərə onların müraciəti əsasında bitki
mühafizəsi məsələlərinə, pestisidlərin, bioloji preparatların və digər bitki
mühafizə vasitələrinin istifadəsi, saxlanılması və daşınması texnologiyasına və
reqlamentinə dair tövsiyələr vermək;
- Bitki sağlamlığı sahəsində qanunvericiliyin pozulmasının qarşısını
almaq məqsədilə hüquqi və fiziki şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş
qaydada məhdudiyyət, xəbərdarlıq və digər profilaktik tədbirlər tətbiq edilməsi
ilə bağlı aidiyyəti struktur bölməyə təkliflər vermək;
- Sanitariya-gigiyena
qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə uyğun olmayan anbarlarda
və digər istehsalat binalarında, satış yerlərində bitki mühafizə vasitələrinin,
dərmanlanmış toxum və əkin materiallarının saxlanılmasının və satışının qadağan
edilməsi ilə bağlı aidiyyəti
struktur bölməyə təkliflər vermək;
- İstifadəyə yararsız və
yüksək toksiki xassəyə malik preparatlardan istifadənin qanunvericiliklə
müəyyən olunmuş qaydada qadağan edilməsi və dövriyyədən çıxarılıb məhv olunması
haqqında regional bölmə rəhbərinə təkliflər vermək;
- Karantin tətbiq edilən zərərli orqanizmlərin regional
bölməyə daxil olan bir ərazidən
digər əraziyə yayılmasının qarşısının alınması, həmin ərazidə fitosanitar
tədbirlərin həyata keçirilməsi üçün karantin postlarının qoyulması, onların
sayı və yerləşməsi barədə təkliflər vermək;
- Bitkilərin zərərli
orqanizmlərlə sirayətlənmək təhlükəsi müəyyən edildikdə, bu təhlükəni yaradan
subyektlər barədə tədbirlər görülməsi üçün Agentlik Aparatının aidiyyəti
struktur bölməsinə müraciət etməklə bağlı təkliflər vermək;
- Torpaq istifadəçiləri
tərəfindən aqrotexniki, kimyəvi, bioloji və digər tədbirlərin aparılmasına,
bitki mühafizəsi vasitələrinin istifadəsinə dair reqlamentlərin hazırlanmasında
regional bölmənin təkliflərinin aidiyyəti struktur bölməyə çatdırılmasını təmin
etmək;
- Qanunvericiliyə uyğun
olaraq dövlət sınağından keçməmiş, qeydə alınmamış, habelə istifadəsi qadağan
olunmuş pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin
istehsalının, daşınmasının, satışının, idxalının, ixracının və təkrar ixracının
qarşısının alınması üçün müvafiq təkliflər vermək;
- Regional
bölməyə daxil olan inzibati ərazi vahidlərinin bitki sağlamlığı vəziyyəti
barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada regional bölmə rəhbərinə
hesabat vermək;
- Sektorun işçiləri
arasında vəzifə bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək,
barələrində intizam və həvəsləndirmə tədbirlərinin görülməsi məqsədilə regional
bölmə rəhbərinə təqdimatlar vermək;
- Sektorun əməkdaşları tərəfindən xidməti vəzifələrini yerinə yetirərkən
onlara məlum olan xidməti məlumatların, dövlət və kommersiya sirrinin
qorunmasını qanunvericiliyə uyğun olaraq təmin etmək;
- Sektora daxil olan ərizə, şikayət və təkliflərə
baxmaq və müəyyən edilmiş qaydada tədbirlər görmək.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: aqrokimya və torpaqşünaslıq, aqronomluq, biologiya ixtisaslar istiqamətləri, kimya ixtisası üzrə ali təhsil
-
İş stajına dair tələblər: 2 il ümumi iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, Internet və s. yüksək səviyyədə
-
Xarici dil biliklərinə dair tələblər: İngilis dili-A2; Rus dili-B1;
|
Müsahibədə iştirak etmək hüququ verən sertifikat |
AC4 |
Müsahibə elanının tarixi |
17.09.2019 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
17.10.2019 18:00 |
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;
- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
Qeydlər:
- Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir. Müsahibədə iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilir.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 17 sentyabr 2019-cu il tarixindən 17 oktyabr 2019-cu il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.