| Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Qida Təhlükəsizliyi Agentliyi üzrə: Az1022, Bakı şəhəri, Nizami r-nu, H.Əliyev pr-ti152, Çinar Plaza
|
| Dövlət orqanı |
Qida Təhlükəsizliyi Agentliyi |
| Struktur bölmə |
Aparat, Heyvan sağlamlığı şöbəsi, Heyvan sağlamlığı üzrə risklərin və böhran vəziyyətlərinin idarə edilməsi sektoru |
| Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
şöbə müdirinin müavini - sektor müdiri (1 yer) |
| Vakant inzibati vəzifənin təsnifatı |
4 |
| Aylıq vəzifə maaşı |
1240 |
| Qulluq funksiyaları |
- Heyvan sağlamlığı və baytarlıq nəzarətinə dair dövlət siyasətinin və
normativ tənzimləmənin həyata keçirilməsində iştirak etmək və şöbə müdirinin bu sahədə verdiyi
tapşırıqları yerinə yetirmək;
- Heyvan sağlamlığı və baytarlıq nəzarəti sahəsində normayaratma
fəaliyyətindən irəli gələn vəzifələrin yerinə yetirilməsini təmin etmək;
- Heyvan
sağlamlığına dair dövlət siyasətinin və normativ tənzimləmənin təmin
edilməsi məqsədi ilə sertifikat, arayış, şəhadətnamə və.s icazə sənədlərinin
verilməsini təmin etmək;
- Agentliyin aidiyyəti dövlət orqanları ilə birlikdə heyvan sağlamlığı sahəsinin
inkişafı üzrə prioritetlərin müəyyən edilməsi, dövlət proqramları və inkişaf
konsepsiyalarının hazırlanması və həyata keçirilməsində iştirakı ilə əlaqədar şöbə müdirinə təkliflər vermək;
- Xüsusi təhlükəli heyvan xəstəlikləri baş verdikdə qoruyucu karantin, xüsusi
baytarlıq tədbirlərinin və digər tədbirlərin həyata keçirilməsi qaydalarının
tətbiq edilməsi, baş vermiş xəstəliyin yayılma təhlükəsi olan zonalarda qanunla
müəyyən edilmiş hallarda və qaydada məhdudiyyət və xəbərdarlıq təyinatlı
tədbirlərin həyata keçirilməsini təmin etmək;
- Dövlət
baytarlıq nəzarətində olan qida məhsullarının keyfiyyətinə dair
standartların və texniki şərtlərin layihələrinə qanunla müəyyən olunmuş qaydada
rəy verilməsi ilə bağlı şöbə müdirinə təkliflər vermək;
- Qanunla müəyyən edilmiş qaydada əhalinin insan və heyvanlar üçün ümumi olan
xəstəliklərdən qorunması ilə əlaqədar tədbirlərin həyata keçirilməsində iştirak etmək;
- Azərbaycan Respublikasının ərazisini xarici ölkələrdən keçə biləcək
yoluxucu xəstəliklərdən qorumaq üçün müvafiq tədbirlər görmək;
- Dövlət
baytarlıq nəzarətində olan qida məhsullarının istehlakçılarının hüquqlarının
müdafiəsi haqqında qanunvericiliyə, o cümlədən müvafiq sahədə ticarət, ictimai
iaşə, məişət və digər növ xidmət qaydalarına riayət olunmasına dövlət
nəzarətinin həyata keçirilməsini təmin
etmək, bu sahədə qanun pozuntularının qarşısının alınması və pozuntuya
yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi
ilə bağlı tədbirlər görmək;
- Qanunla müəyyən
edilmiş hallarda və qaydada baytarlıq sahəsində yoxlamaların aparılmasına
nəzarət etmək və digər dövlət nəzarəti tədbirlərini həyata keçirmək, bu sahədə
aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və (və ya)
məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarları icra etmək;
- Heyvan
mənşəli məhsulların zərərsizləşdirilməsi və utilizasiyası (təkrar emalı,
təyinatının dəyişdirilməsi və ya məhv edilməsi) barədə qanunla müəyyən edilmiş
hallarda və qaydada qərarların icrasını təmin etmək;
- Epizootiya
əleyhinə tədbirlər planının hazırlanmasında iştirak etmək və şöbə
müdirinə təkliflər vermək;
- Baytarlıq sahəsində dövlət nəzarətini həyata
keçirmək məqsədi ilə tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq
hüquqi və fiziki şəxslərin istehsal, satış, xidmət və saxlama sahələrinə qanunamüvafiq
qaydada daxil olmaq, nəzarət sahəsinə aid məlumat və sənədləri almaq, satılan
və ya satılması nəzərdə tutulan baytarlıq nəzarətində olan məhsullarının müayinəsini
həyata keçirmək üçün müvafiq təkliflər vermək;
- Şöbənin
iş planının, fəaliyyəti ilə bağlı hesabatlarının dövrlər üzrə hazırlanmasını təmin
etmək və şöbə müdirinə təqdim etmək;
- Sektorların əməkdaşları barəsində həvəsləndirici və
intizam tənbehi tədbirləri görülməsi üçün şöbə müdirinə təqdimatlar hazırlamaq;
- Şöbəyə daxil olan ərizə, şikayət və təkliflərə
baxmaq və müəyyən edilmiş qaydada tədbirlər görmək.
|
| Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: baytarlıq, balıqçılıq ixtisaslar istiqamətləri üzrə ali təhsil
-
İş stajına dair tələblər: 5 il dövlət qulluğu stajı və yaxud 7 il ümumi iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, Internet və s. yüksək səviyyədə
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1; İngilis dili-B1;
|
| Müsahibədə iştirak etmək hüququ verən sertifikat |
AB2 |
| Müsahibə elanının tarixi |
17.09.2019 09:00 |
| Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
17.10.2019 18:00 |
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;
- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
Qeydlər:
- Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir. Müsahibədə iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilir.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
| Xarici dil bilik səviyyəsi | Açıqlama |
|---|
| A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
| A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
| B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
| B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
| C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
| C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 17 sentyabr 2019-cu il tarixindən 17 oktyabr 2019-cu il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.