| Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üzrə: Azadliq Prospekti, 11
|
| Dövlət orqanı |
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi |
| Struktur bölmə |
Dövlət Mülki Aviasiya Agentliyi, Aviasiya təhlükəsizliyi şöbəsi, Aviasiya təhlükəsizliyinin təmininə nəzarət sektoru |
| Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
baş məsləhətçi (1 yer) |
| Vakant inzibati vəzifənin təsnifatı |
6 |
| Aylıq vəzifə maaşı |
675 |
| Qulluq funksiyaları |
- aviasiya təhlükəsizliyi sahəsində
dövlət proqramları və inkişaf konsepsiyasının müddəalarını öz
səlahiyyətləri daxilində həyata keçirmək;
- aviasiya
təhlükəsizliyinin təmini ilə bağlı aviaşirkətlərin, aeroportların,
istismarçıların, aviasiya subyektlərinin
fəaliyyətini yoxlamaq;
- şöbə
müdirinin tapşırıqlarına əsasən,
aviasiya təhlükəsizliyi işlərinə aid olan beynəlxalq müqavilələrin
tərtibatına dair rəy və təkliflər vermək;
- rəhbərliyin
tapşırıqlarına əsasən, İCAO və digər beynəlxalq
təşkilatlarla aviasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq
işlərində iştirak etmək;
- aviasiya
təhlükəsizliyi sahəsində
ICAO-nun təklif olunan yeni
Standartlarına və Tövsiyə olunan təcrübəsinə
dair rəy hazırlamaq;
- aviasiya
təhlükəsizliyi sahəsində milli qanunvericilik
aktları ilə
ICAO-nun Standartları və Tövsiyə olunan təcrübəsi arasında fərqlərin mövcudluğu
barədə məlumatlar hazırlamaq;
- aviasiya
təhlükəsizliyi sahəsində istifadə olunan texniki vasitələrinin sertifikasiyasında
iştirak etmək;
- aviasiya
təhlükəsizliyi işlərinə aid olan
qanunvericilik aktlarının layihələrininin işlənib hazırlanmasında iştirak etmək;
- Azərbaycan
Respublikasının hava limanlarına uçuşlar həyata keçirən xarici hava gəmilərinin
perron yoxlamalarında iştirak etmək;
- aviasiya təhlükəsizliyinin
vəziyyəti və səviyyəsinin beynəlxalq standartlara və tövsiyə olunan təcrübəyə
uyğunluğunun müəyyən edilməsi və hava limanları, hava gəmilərinin
istismarçıları, mülki aviasiya sahəsində fəaliyyət göstərən müəssisə və
təşkilatlar tərəfindən tələblərin yerinə yetirilməsinə nəzarət etmək məqsədi ilə audit və təftiş
yoxlamalarında iştirak etmək, sınaq və icmallar
aparmaq;
- hava daşımalarına dair
hökümətlərarası sazişlərə əsasən, milli
aviaşirkətlərin uçuşlar həyata keçirdikləri xarici dövlətlərin aeroportlarında
aviasiya təhlükəsizliyinin təmin olunmasının təşkilinin ICAO-nun Standartlarının tələblərinə uyğunluğunu qiymətləndirmək
və zəruri hallarda yoxlamalarda
iştirak etmək;
- yoxlamalara dair bütün
sənədlərin saxlanılmasını və mühafizəsini təmin etmək;
- təşkilati-hüquqi və mülkiyyət
formasından asılı olmayaraq bütün mülki aviasiya subyektləri üçün mülki hava
gəmilərinin və hava limanlarının rejim zonalarının ərazisində digər nəqliyyat
vasitələrinin hərəkətinin təhlükəsizliyinə nəzarəti həyata keçirmək;
- rəhbərliyin
göstərişlərinə əsasən mülki
aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktları ilə bağlı yaranmış böhran
vəziyyətinin nizamlanması üzrə əməliyyatların həyata keçirilməsində iştirak
etmək, həmçinin qanunsuz müdaxilə aktları üzrə aparılan xidməti araşdırmada iştirak etmək;
- qanunsuz müdaxilə aktlarının
baş vermə səbəblərinin araşdırılması və
onların aradan qaldırılması üzrə əlavə tədbirlər kompleksinin
işlənib hazırlanmasında iştirak etmək;
- uçuşqabağı
baxışın keçirilməsi, buraxılış və obyektdaxili rejim qaydalarına riayət
edilməsini, aviasiya obyektlərinin mühafizəsinin təşkilini yoxlamaq;
- baxış üzrə
operatorların, aviasiya təhlükəsizliyi müfəttişlərinin (auditorların) və
instruktorların bilik və hazırlıq səviyyəsinin yoxlanılması üzrə imtahanlarda
iştirak etmək;
- aviasiya təhlükəsizliyi sahəsində aviasiya tədris mərkəzlərinin
yoxlanılmasını həyata keçirmək;
- qanunvericiliyə uyğun olaraq, öz
səlahiyyətləri çərçivəsində dövlət sirri və məxfilik rejiminin qorunması üçün
zəruri tədbirlər görmək;
- rəhbərliyin
göstərişlərinə əsasən, aviasiya
təhlükəsizliyi işləri ilə bağlı daxil olan
ərizə və şikayətlərin araşdırılmasında iştirak etmək;
- rəhbərliyin
göstərişlərinə əsasən aviasiya
subyektlərinin, hava limanlarının,
aerodromların təhlükəsizlik zonalarında, binaların, qurğuların və digər
obyektlərin tikilməsi və yerləşdirilməsi layihələrinin müzakirəsində iştirak
etmək;
- aviasiya
təhlükəsizliyi sahəsində yoxlamaların keçirilməsi zamanı hava gəmilərinə, xidməti otaqlara daxil olmaq,
texniki vasitələrlə, mülki aviasiya subyektlərinin fəaliyyətinə dair bütün
sənədlərlə (məlumatlarla) sərbəst tanış olmaq, müfəttiş göstərişləri vermək və
onların icra müddətləri
barədə təklif vermək;
- rəhbərliyə məlumat
verməklə, tərkibində hava yolu ilə
daşınması qadağan olunmuş maddə və əşyalar olan baqajı, yükü və poçtu saxlamaq;
- rəhbərliyə məlumat
verməklə, əsaslı yoxlama məqsədi ilə
hava gəmisini saxlamaq;
- aviasiya təhlükəsizliyinin işlərinin ICAO-nun Standartlarına və Tövsiyə
olunan təcrübəsinə uyğunluğunun tələb edilən
səviyyəsinin təmin olunması tədbirləri üzrə aviasiya
subyektləri üçün tövsiyələr və
metodik göstərişlər hazırlamaq;
- aviasiya
təhlükəsizliyinin işlərinin təmin
edilməsi sahəsində ciddi nöqsanlara yol vermiş və düzəliş tədbirlərinə dair müvafiq
işləri görməyən hava limanlarına,
aviaşirkətlərə və hava gəmiləri istismarçılarına qarşı hüquqi sanksiyaların tətbiqi barədə təklif
vermək;
- aviasiya
təhlükəsizliyi sahəsi fəaliyyətinin təkmilləşdirilməsi və inkişaf problemləri
ilə bağlı konfranslarda, müşavirələrdə, seminarlarda iştirak etmək;
- müvafiq
sahələr üzrə ixtisas
kurslarında
iştirak etmək;
- aviasiya
təhlükəsizliyi fəaliyyətinin qaydalarını müəyyən edən
müvafiq qanunvericilik aktlarının və sahə standartlarının layihələrini
hazırlamaq, zəruri hallarda sahə üzrə qəbul edilmiş qanunvericilik aktlarına
dəyişiklərin edilməsinə dair təkliflər vermək.
|
| Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: texniki ixtisaslar qrupu üzrə ali təhsil
-
İş stajına dair tələblər: 2 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: Windows, Microsoft Word, Internet – orta-yüksək səviyyədə
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1; İngilis dili-B1;
|
| Müsahibədə iştirak etmək hüququ verən sertifikat |
BB1 |
| Müsahibə elanının tarixi |
05.08.2020 09:00 |
| Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
03.09.2020 18:00 |
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;
- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
Qeydlər:
- Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir. Müsahibədə iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilir.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
| Xarici dil bilik səviyyəsi | Açıqlama |
|---|
| A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
| A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
| B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
| B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
| C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
| C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 5 avqust 2020-ci il tarixindən 3 sentyabr 2020-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.