İqtisadiyyat Nazirliyi
Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələri və onların aparatları, Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyində ticarət nümayəndəsinin aparatı, baş məsləhətçi


Əlaqə məlumatları
Dövlət orqanı İqtisadiyyat Nazirliyi
Struktur bölmə Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələri və onların aparatları, Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyində ticarət nümayəndəsinin aparatı
Vakant inzibati vəzifənin adı və vakansiya sayı baş məsləhətçi (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 6
Aylıq vəzifə maaşı 0
Qulluq funksiyaları
  • Azərbaycanın Çin Xalq Respublikası ilə iqtisadi-ticarət əlaqələrinin vəziyyətini təhlil etmək, Azərbaycan mallarının və xidmətlərinin həmin ölkələrinin bazarlarına çıxışının genişləndirilməsi üçün müvafiq istiqamətdə təkliflər hazırlamaq;
  • Azərbaycan Respublikasının və təyin olunduğu ölkənin fiziki və hüquqi şəxsləri arasında işgüzar əlaqələrin qurulmasına köməklik göstərmək;
  • Təyin olunduğu ölkədə Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinin qarşılaşdığı problemləri öyrənmək və həlli istiqamətində müvafiq təkliflər hazırlamaq;
  • Azərbaycan malları və ya xidmətlərinin, ölkəmizin investisiya mühitinin təyin olunduğu ölkələrdə təbliği istiqamətində təkliflər hazırlamaq;
  • Təyin olunduğu ölkədə Azərbaycan Respublikasının ticarət-iqtisadi maraqlarına toxuna biləcək tədbirlərə dair məlumatlar hazırlamaq;
  • Təyin olunduğu ölkədə həyata keçirilən dövlət satınalmaları, satın alınan mallar və xidmətlər barədə məlumatlar hazırlamaq, həmin məlumatların Azərbaycan Respublikasının müvafiq malları və xidmətləri təchiz edə biləcək fiziki və hüquqi şəxslərinə çatdırılması ilə bağlı tədbirlər görmək;
  • Təyin olunduğu ölkə ilə Azərbaycan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq sahəsində dövlətlərarası və ya hökumətlərarası danışıqların aparılmasında, bu sahədə beynəlxalq müqavilələrin razılaşdırılmasında və bağlanılmasında iştirak etmək;
  • Təyin olunduğu ölkəyə Azərbaycan malları və xidmətlərinin ixracı ilə bağlı yaranan maneələri öyrənmək və belə maneələrin aradan qaldırılması məqsədilə təkliflər hazırlamaq;
  • Fəaliyyət istiqamətləri və vəzifələri üzrə ölkə daxilində və xarici ölkələrdə tədbirlərin keçirilməsinin təşkilində və belə tədbirlərdə iştirak etmək;
  • Ticarət nümayəndəsinin fəaliyyəti ilə bağlı metodiki sənədlərin, məktubların və digər sənədlərin layihələrini hazırlamaq;
  • Ticarət nümayəndəsinin fəaliyyəti ilə bağlı daxil olan layihələri, təklifləri, müraciət və sənədləri təhlil etmək, onları araşdırmaq və təkliflər hazırlamaq;
  • Ticarət nümayəndəsi tərəfindən verilmiş tapşırıqların icrasını təmin etmək;
  • Ticarət nümayəndəsinin iş planının layihəsini hazırlamaq, ticarət nümayəndəsinin fəaliyyəti ilə bağlı dövrlər üzrə hesabatlar tərtib etmək;
  • Fəaliyyət istiqamətlərinə və vəzifələrinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar və təkliflər hazırlamaq;
  • Aparatın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
  • Azərbaycan-çin və çin-azərbaycan dillərinə yazılı və şifahi şəkildə tərcümə etmək;
  • Rəsmi görüşlərdə yüksək səviyyədə Azərbaycan-çin və çin-azərbaycan dillərinə sinxron və ardıcıl tərcümə etmək;
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisaslar qrupu, beynəlxalq hüquq ixtisaslar istiqaməti, hüquqşünaslıq ixtisası üzrə ali təhsil
  • İş stajına dair tələblər: vəzifə üzrə müəyyən edilmiş ixtisas üzrə 2 il iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-C1;Rus dili-C1;Çin dili-C1;
Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB1
Müsahibə elanının tarixi 29.09.2020 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 28.10.2020 18:00

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 29 sentyabr 2020-ci il tarixindən  28 oktyabr 2020-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.

Qeydlər:

  • Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir. Müsahibədə iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilir.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
  • 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"na uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə telefonları: 

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1742,1745); e-mail: dqqebul@dim.gov.az;

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 431 63 86 (daxili 111,117); e-mail: dqqeydiyyat@dim.gov.az.