| Əlaqə məlumatları |
|
| Dövlət orqanı |
Əmlak Məsələləri Dövlət Komitəsi |
| Struktur bölmə |
Strateji planlaşdırma, innovasiyalar, monitorinq və təhlil şöbəsi |
| Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
məsləhətçi (1 yer) |
| Vakant inzibati vəzifənin təsnifatı |
5 |
| Aylıq vəzifə maaşı |
560 |
| Qulluq funksiyaları |
- Komitənin strategiya planı, Komitənin strukturuna daxil olan və tabeliyində olan qurumların biznes və fəaliyyət planlarının hazırlanması, yenidən işlənməsi və təkmilləşdirilməsi işlərinin həyata keçirilməsində iştirak edilməsi
- Komitənin fəaliyyət istiqamətlərinə uyğun həyata keçirdiyi xidmətlərin nəticələrinin monitorinqinin aparılması və bu sahədə səmərəliliyin və çevikliyin artırılması məqsədi ilə Komitənin innovativ strategiyasının hazırlanmasında iştirak edilməsi
- Komitənin aparatında, strukturuna daxil olan və tabeliyində olan qurumlarda informasiya texnologiyalarından istifadənin səmərəliliyinin artırılması üçün təkliflərin hazırlanmasında iştirak edilməsi
- Komitənin fəaliyyət istiqamətləri üzrə həyata keçirdiyi xidmətlər zamanı qarşıya çıxan problemlərin korporativ və səmərəli həlli istiqamətində tədbirlərin həyata keçirilməsində, bu məqsədlə qabaqcıl xarici təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində təkliflər verilməsində iştirak edilməsi
- Komitənin struktur bölmələri, strukturuna daxil olan və tabeliyində olan qurumlarının fəaliyyətində müasir idarəetmə texnologiyalarının tətbiqi sahəsində müvafiq tədbirlər görülməsi, onların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər verilməsində iştirak edilməsi
- Komitənin informasiya-kommunikasiya texnologiyaları sahəsindəki layihələrinin icrası və monitorinqi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi, elektron xidmətlər, informasiya sistemləri və ehtiyatları ilə bağlı zəruri texniki tədbirlər və təkmilləşdirmələr aparılması üçün təkliflərin hazırlanmasında iştirak edilməsi
- Komitənin informasiya-kommunikasiya texnologiyaları üzrə fəaliyyətini tənzimləyən metodiki sənədlərin və texniki reqlamentlərin layihələrinin hazırlanması üzrə təkliflərin hazırlanmasında iştirak edilməsi
- İnnovativ idarəetmə texnologiyalarının tətbiqi ilə bağlı təkliflər hazırlanması və həmin texnologiyaların tətbiqi istiqamətində aidiyyəti struktur bölmələrlə birlikdə müvafiq tədbirlərin həyata keçirilməsində iştirak edilməsi
- Dövlət-özəl tərəfdaşlığının qurulması istiqamətində aidiyyəti özəl qurumlarla danışıqların aparılmasında iştirak edilməsi;
Müasir informasiya kommunikasiya texnologiyalarının tətbiqi vasitəsi ilə idarəçiliyin metod və mexanizmlərinin təkmilləşdirilməsi, səmərəliliyin artırılması, hesabatlılığın və şəffaflığın təmin edilməsi, təqdim olunan elektron xidmətlərin keyfiyyətinin və istifadəsinin artırılması sahələrində təhlillərin aparılması və müvafiq təkliflərin hazırlanmasında iştirak edilməsi
- Şöbəyə daxil olan məktub, müraciət və digər sənədlərə baxılması, cavabların hazırlanması və digər müvafiq tədbirlərin görülməsində iştirak edilməsi;
Müvafiq sahələri tənzimləyən normativ-hüquqi, metodik və digər sənədlərin layihələrinin hazırlanmasında iştirak edilməsi;
Şöbənin fəaliyyətinin yekunu olan sənədlərin müəyyən olunmuş qaydada aidiyyəti üzrə və ya arxivə təhvil verilməsinə nəzarət edilməsi;
Strateji planlaşdırma, innovasiyalar, monitorinq və təhlillə bağlı məlumatların vahid informasiya bazasına daxil edilməsi;
Xidməti vəzifələrin icrası ilə bağlı şöbə rəhbərliyinin tapşırıqlarının yerinə yetirilməsi.
Şöbəyə daxil olan məktub, müraciət və digər sənədlərə baxılması, cavabların hazırlanması və digər müvafiq tədbirlərin görülməsində iştirak edilməsi;
Müvafiq sahələri tənzimləyən normativ-hüquqi, metodik və digər sənədlərin layihələrinin hazırlanmasında iştirak edilməsi;
Şöbənin fəaliyyətinin yekunu olan sənədlərin müəyyən olunmuş qaydada aidiyyəti üzrə və ya arxivə təhvil verilməsinə nəzarət edilməsi;
Strateji planlaşdırma, innovasiyalar, monitorinq və təhlillə bağlı məlumatların vahid informasiya bazasına daxil edilməsi;
Xidməti vəzifələrin icrası ilə bağlı şöbə rəhbərliyinin tapşırıqlarının yerinə yetirilməsi.
|
| Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisaslar qrupu, regionşünaslıq, hüquqşünaslıq , beynəlxalq münasibətlər, beynəlxalq hüquq, standartlaşdırma və sertifikasiya ixtisaslar istiqamətləri üzrə ali təhsil
-
İş stajına dair tələblər: yoxdur
-
Kompüter biliklərinə dair tələblər: Kompyuter tələbləri: MS Windows, MS Office, Internet və s. (orta səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1; İngilis dili-B1;
|
| Müsahibədə iştirak etmək hüququ verən sertifikat |
BA4 |
| Müsahibə elanının tarixi |
17.09.2018 09:00 |
| Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
17.10.2018 18:00 |
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;
- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
Qeydlər:
- Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir. Müsahibədə iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilir.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
| Xarici dil bilik səviyyəsi | Açıqlama |
|---|
| A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
| A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
| B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
| B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
| C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
| C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 17 sentyabr 2018-ci il tarixindən 17 oktyabr 2018-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.