| Əlaqə məlumatları |
|
| Dövlət orqanı |
Əmlak Məsələləri Dövlət Komitəsi |
| Struktur bölmə |
Torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların monitorinqi və geodeziya şöbəsi |
| Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
məsləhətçi (1 yer) |
| Vakant inzibati vəzifənin təsnifatı |
5 |
| Aylıq vəzifə maaşı |
560 |
| Qulluq funksiyaları |
- Torpaqların
dövlət idarəetməsinin təşkili, torpaq bazarının təşkili, torpaqlardan istifadəyə
və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi istiqamətində həyata
keçirilən işlərin əlaqələndirilməsində iştirak edilməsi və görülmüş işlər barədə
məlumatların toplanılması və ümumiləşdirilməsində iştirak edilməsi;
- Torpaq
bazarının təşkili sahəsində şəffaflığı təmin etmək məqsədi ilə təkliflərin
hazırlanmasında iştirak edilməsi;
- Torpaqların idarə edilməsi, torpaqlardan istifadəyə
və onların mühafizəsinə nəzarət sahəsində dövlət proqramlarının layihələrinin
hazırlanmasında və onların həyata keçirilməsində iştirak edilməsi;
- Torpaq sahələrinin normativ qiymətlərinin və dövlət
torpaqlarının icarə haqlarının müəyyən edilməsi ilə bağlı təkliflərin
hazırlanmasında iştirak edilməsi;
- Torpaqlardan səmərəli istifadə olunması və onların
mühafizəsini təmin edən iqtisadi həvəsləndirmə tədbirlərinə dair təkliflərin
hazırlanmasında iştirak edilməsi;
- Torpaqlardan
istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsinin səmərəliliyinin
artırılması istiqamətində təkliflərin hazırlanmasında iştirak edilməsi;
- Yerquruluşu,
torpaqların monitorinqi və xüsusi (sahəvi) təyinatlı geodeziya fəaliyyətinin həyata
keçirilməsi və dövlət nəzarətinin təşkil edilməsi barədə təkliflərin
hazırlanmasında iştirak edilməsi;
- Daşınmaz
əmlakın vahid dövlət kadastrı və dövlət torpaq kadastrının tərtib edilməsi və
aparılması, yerquruluşu, torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi,
mərzçəkmə, torpaqların monitorinqinin nəticələrinə uyğun həyata keçirilən işlərin
əlaqələndirilməsi işində iştirak edilməsi;
- Yerquruluşu, torpaqların monitorinqi və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin nəticəsində əldə olunan məlumatların və sənədlərin saxlanılması və istifadəsinin təmin edilməsi işində iştirak edilməsi;
- Torpaqların şorlaşma, şorakətləşmə və müxtəlif
antropogen və texnogen çirklənmələrdən mühafizəsi, torpaqların münbitliyinin
qorunması layihələrinin aidiyyəti təşkilatlarla birlikdə tərtibində iştirak
edilməsinin, həmin layihələrin yerinə yetirilməsinə nəzarət işində iştirak
edilməsi;
- Hər il 1 yanvar vəziyyətinə əvvəlki il üçün torpaq
fondunun növlərinə, torpaqların rekultivasiyasına, mülkiyyətçilər və
istifadəçilər üzrə torpaq bölgüsünə, hər 5 ildən bir isə torpaqların
keyfiyyətinə (bonitirovka, iqtisadi qiymətləndirmə) dair aidiyyəti qurum
tərəfindən hesabatların tərtibinə nəzarət işində iştirak edilməsi;
- Kadastr qiymət rayonları və oraya daxil olan
inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi
yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi,
habelə torpağın normativ qiymətinin müəyyənləşdirilməsi, torpaqlardan səmərəli
istifadə olunması və onların mühafizəsini təmin edən iqtisadi həvəsləndirmə
tədbirlərinə dair təkliflərin hazırlanmasında iştirak edilməsi və s.
|
| Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: geodeziya və xəritəçilik, aqrokimya və torpaqşünaslıq, yer quruluşu və yer kadastrı ixtisaslar istiqamətləri, coğrafiya ixtisası üzrə ali təhsil
-
İş stajına dair tələblər: yoxdur
-
Kompüter biliklərinə dair tələblər: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;
|
| Müsahibədə iştirak etmək hüququ verən sertifikat |
BA4 |
| Müsahibə elanının tarixi |
17.09.2018 09:00 |
| Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
17.10.2018 18:00 |
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;
- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
Qeydlər:
- Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir. Müsahibədə iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilir.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
| Xarici dil bilik səviyyəsi | Açıqlama |
|---|
| A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
| A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
| B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
| B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
| C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
| C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 17 sentyabr 2018-ci il tarixindən 17 oktyabr 2018-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.