| Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Tarif (qiymət) Şurasının Katibliyi üzrə: Üzeyir Hacıbəyov küçəsi 40, Hökümət evi. 1-ci Ala qapı
|
| Dövlət orqanı |
Tarif (qiymət) Şurasının Katibliyi |
| Struktur bölmə |
Tranzit yükdaşımalar üzrə koordinasiya sektoru |
| Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
məsləhətçi (1 yer) |
| Vakant inzibati vəzifənin təsnifatı |
5 |
| Aylıq vəzifə maaşı |
550 |
| Qulluq funksiyaları |
- sektorun iş planının, fəaliyyəti ilə
bağlı hesabatların hazırlanmasında iştirak edir;
-
Şuranın sədri qarşısında hesabatla
çıxış edilməli məsələlərə dair sektor müdirinə təkliflərini təqdim edir;
-
sektora daxil olan ərizə, təklif və şikayətləri
araşdırır və cavablandırır;
- Şuranın və Katibliyin səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə dəmir
yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma, tranzit yüklərlə bağlı liman
və nəqliyyat-ekspedisiya xidmətləri üzrə tariflərin (qiymətlərin) dövlət
tənzimlənməsinin həyata keçirilməsi, bu sahədə daşıma prosesinin bütün
iştirakçılarının, o cümlədən sərhədkeçmə prosedurlarını həyata keçirən dövlət
orqanlarının fəaliyyətinin əlaqələndirilməsi işlərini təşkil edir;
- Şuranın səlahiyyətlərinə aid edilmiş dəmir yolları və dəniz nəqliyyatı
ilə tranzit yükdaşıma, tranzit yüklərlə bağlı liman və nəqliyyat-ekspedisiya
xidmətləri üzrə tariflərin (qiymətlərin) dövlət tənzimlənməsi məsələləri ilə
bağlı qanunvericilik və normativ hüquqi bazanın təkmilləşdirilməsi, tariflərin
(qiymətlərin) formalaşması, onların tətbiq olunmasına dövlət nəzarətinin
gücləndirilməsi üzrə təkliflər verir, normativ-hüquqi aktların layihələrinin
hazırlanmasında iştirak edir və müvafiq sahədə xarici ölkələrin qabaqcıl
təcrübəsini öyrənir;
-
ölkәnin dәmir yolları, dәniz
nәqliyyatı, dәniz limanları vә dәniz terminalları xidmәtlәri göstәrәn
nәqliyyat müәssisәlәrinin maliyyə-təsərrüfat fəaliyyəti barədə təhlillər
aparır, müvafiq təklif və hesabatlar hazırlayır, subyektlərin müraciətlərinə
baxılması üçün müvafiq məlumatların təmin edilməsinə dair tədbirlər görür;
- dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma, tranzit yüklərlə bağlı liman və nəqliyyat-ekspedisiya xidmətlərinin tariflərinin (qiymətlərinin) dövlət tənzimlənməsi üçün Katibliyə təqdim edilmiş sənədlərin araşdırılmasını təşkil edir;
- tranzit yükün daşınması ilә әlaqәdar müqavilәnin bağlanması üçün
daşıyıcılar vә ya müştәrilәrdәn birbaşa vә ya ölkәnin dәmir yolları, dәniz
nәqliyyatı, dәniz limanları vә dәniz terminalları xidmәtlәri göstәrәn nәqliyyat
müәssisәlәri vasitәsilә daxil olmuş müraciәtlәrin (o cümlәdәn elektron
müraciәtlәrin) qәbulunu, həmin müraciətdə göstərilən məlumatların tam və düzgün
olmasının araşdırılmasını təşkil edir;
- ölkәnin dәmir yolları, dәniz nәqliyyatı, dәniz limanları vә dәniz
terminalları xidmәtlәri göstәrәn nәqliyyat müәssisәlәri tərəfindən sənədlər tam
və ya düzgün təqdim edilmədikdə, çatışmazlıqlar barədə sektor müdirinə məlumat
verir;
- ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz
terminalları vasitəsilə tranzit yükdaşımalarla bağlı özündə yükdaşımaların
vahid tarifləri, sərhədkeçmə prosedurları, yükdaşımalar üzrə daşıma qaydaları
və şərtləri, o cümlədən müqavilələrin şərtləri və bağlanma qaydası, Azərbaycan
Respublikasının dövlət sərhədindən keçmə zamanı inzibati prosedurlara dair
elektron müraciətlərin qəbulu və yüklərin daşınması sahəsində müqavilələrin
elektron üsullarla bağlanması imkanları, yüklərin izlənməsi və daşıma
prosesləri ilə əlaqədar digər məsələləri əks etdirən elektron portalın
fəaliyyətinin həyata keçirilməsində iştirak edir;
- dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma, tranzit
yüklərlə bağlı liman və nəqliyyat-ekspedisiya xidmətlərinin tariflərinin
(qiymətlərinin) dövlət tənzimlənməsi ilə bağlı Şuranın qərarlarının yerinə
yetirilməsi ilə əlaqədar müvafiq monitorinqlərin aparılmasında və nəticələrinə
dair arayışların hazırlanmasında, tariflərin (qiymətlərin) formalaşması və
tətbiqi üzərində dövlət nəzarətinin həyata keçirilməsində iştirak edir;
-
dövlət strukturları, beynəlxalq və yerli qurumlarla Şuranın və Katibliyin fəaliyyətinin əlaqələndirilməsində, müvafiq sahədə təkliflərin və hesabatların hazırlanmasında iştirak edir;
- rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.
|
| Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə, texniki ixtisaslar qrupları, riyaziyyat ixtisaslar istiqaməti, tətbiqi riyaziyyat ixtisası üzrə ali təhsil
-
İş stajına dair tələblər: yoxdur
-
Kompüter biliklərinə dair tələblər: MS Office, İnternet (yüksək səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1; İngilis dili-B1;
|
| Müsahibədə iştirak etmək hüququ verən sertifikat |
BA4 |
| Müsahibə elanının tarixi |
17.09.2018 09:00 |
| Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
17.10.2018 18:00 |
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;
- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
Qeydlər:
- Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir. Müsahibədə iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilir.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
| Xarici dil bilik səviyyəsi | Açıqlama |
|---|
| A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
| A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
| B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
| B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
| C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
| C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 17 sentyabr 2018-ci il tarixindən 17 oktyabr 2018-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.