Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Energetika Nazirliyi |
Struktur bölmə |
Elektroenergetika və enerji səmərəliliyi şöbəsi, Elektroenergetika sektoru |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
aparıcı məsləhətçi (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
5 |
Aylıq vəzifə maaşı |
855 |
Qulluq funksiyaları |
- Elektroenergetika sahəsinin (bundan sonra müvafiq sahə) perspektiv inkişaf
istiqamətləri üzrə dövlət və sahə proqramlarının, inkişaf konsepsiyalarının
hazırlanmasında və həyata keçirilməsində iştirak edilməsi;
- müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələrin həyata
keçirilməsində iştirak edilməsi;
- müvafiq sahəyə investisiyaların cəlb edilməsi üçün əlverişli mühitin
yaradılması məqsədilə təkliflərin hazırlanmasında və tədbirlərin həyata keçirilməsində iştirak edilməsi;
- Elektrik və istilik enerjisi istehsalı və istehlakının
proqnozlaşdırılması, texnoloji itkilərin hesabatı və analizinin aparılmasında
iştirak edilməsi;
- Energetika sisteminin subyektlərinin (elektrik stansiya və şəbəkələrin) rentabellik
məsələləri və texniki-iqtisadi göstəricilərinin analizinin aparılmasında
iştirak edilməsi;
- Elektrik və istilik enerjisinə qənaətə görə müvafiq iqtisadi-maliyyə həvəsləndirilmə mexanizminin yaradılmasında iştirak edilməsi;
- dövlət müəssisələri üzrə elektrik və istilik enerjisinin istehlakı
limitlərinin müəyyən olunmasında iştirak edilməsi;
- müvafiq sahədə əməkdaşlığa dair beynəlxalq müqavilələrin hazırlanmasında
iştirak edilməsi və bu sahədə görülən işlərin əlaqələndirilməsi;
- qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elm,
texnika və texnologiyanın inkişafı və elmi-texniki nailiyyətlərin tətbiqi ilə
bağlı təkliflərin hazırlanmasında iştirak edilməsi;
- müvafiq sahədə vəziyyətin və mövcud problemlərin təhlilinin aparılması,
onların həlli yolları ilə bağlı təkliflərin hazırlanmasında iştirak edilməsi;
- yanacaq və energetika obyektlərinin tikilməsi, yenidən qurulması, qurğu
və avadanlıqların quraşdırılması layihələrinin ekoloji və texniki
ekspertizasının həyata keçirilməsində iştirak edilməsi;
- enerji qurğusunun fəaliyyəti və ya hər hansı hərəkət nəticəsində ətraf
mühitə və ya insanların həyat və sağlamlığına təhlükə yarandıqda, bu enerji qurğusunun
istifadəsinin məhdudlaşdırılması və ya tam dayandırılması üçün sektor müdirinə
təkliflərin verilməsi;
- fəaliyyət istiqamətləri ilə bağlı insan və vətəndaş hüquqlarının və
azadlıqlarının həyata keçirilməsi və onların pozulmasının qarşısının alınmasının
təmin edilməsi;
- sektorun fəaliyyət istiqamətləri
üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan
daxil olan müraciətlərə və sorğulara, ərizə və şikayətlərə qanunvericiliyə
uyğun olaraq baxılmasının təmin edilməsi;
- müvafiq sahənin inkişafı ilə əlaqədar respublikada keçirilən yerli və beynəlxalq tədbirlərin
təşkilində və ölkə ərazisində fəaliyyət göstərən təşkilatlarla əlaqələrin
yaradılmasında iştirak edilməsi;
- müvafiq sahədə
işçilərin peşə hazırlığının artırılması üçün təşkil olunan seminarlarda, o
cümlədən yerli və beynəlxalq səviyyədə keçirilən təlim kurslarında və digər
tədbirlərdə iştirak edilməsi;
- müvafiq sahədə yaradılmış İşçi qrupların fəaliyyətində iştirak edilməsi və
əlaqələndirilmə işlərinin aparılması;
- müvafiq sahənin
inkişafı üçün cəlb olunmuş müstəqil ekspertlərlə, beynəlxalq məsləhətçi
şirkətlərin mütəxəssisləri ilə qarşılıqlı əmakdaşlıq edilməsi və əlaqələndirilmə işlərinin aparılması;
- şöbənin
iş planlarının, hesabatlarının hazırlanmasında və həyata keçirilməsində iştirak
edilməsi;
- Nazirliyin hüquqi aktları ilə müəyyən edilmiş öz səlahiyyətlərinə uyğun
digər vəzifələrin həyata keçirilməsi;
- vəzifəsi
üzrə sektor müdiri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: mexanika, ekologiya, elektrik mühəndisliyi, enerji maşınqayırması mühəndisliyi, elektroenergetika mühəndisliyi, mexanika mühəndisliyi, istilik energetikası mühəndisliyi, ekologiya mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: yoxdur
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internet və s. – orta-yüksək səviyyədə
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;İngilis dili-B1;
|
Müsahibədə iştirak etmək hüququ verən sertifikat |
BA4 |
Müsahibə elanının tarixi |
13.09.2021 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
12.10.2021 18:00 |
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 13 sentyabr 2021-ci il tarixindən 12 oktyabr 2021-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.
Qeydlər:
- Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir. Müsahibədə iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilir.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
- 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"na uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə telefonları:
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1742,1745); e-mail: dqqebul@dim.gov.az;
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 431 63 86 (daxili 111,117); e-mail: dqqeydiyyat@dim.gov.az.