Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
Struktur bölmə |
4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Rəhbərlik |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
məsləhətçi - hüquq üzrə (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
7 |
Aylıq vəzifə maaşı |
495 |
Qulluq funksiyaları |
- İdarə rəisinin müəyyən etdiyi iş bölgüsü əsasında
fəaliyyətin həyata keçirilməsi;
- İdarəyə daxil olmuş korrupsiya hüqupozmalarına
dair ərizə, şikayət və məlumatlar əsasında müvafiq araşdırmaların aparılmasının
həyata keçirilməsi və nəticələri barədə təkliflərin verilməsi;
- İdarənin fəaliyyət istiqamətləri üzrə
qanunamüvafiq təkliflərin hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Hüquqi və fiziki şəxslər tərəfindən ətraf
mühitin mühafizəsi sahəsində yol verilən inzibati hüquqpozmalarla əlaqədar
qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq qərar layhələrinin
hazırlanmasının həyata keçirilməsi;
- Mövcud qanunvericiliyin təkmilləşdirilməsi və
yeni qanunvericilik aktlarının layihələrinin hazırlanmasında iştirak edilməsi;
- İdarə üzrə akt, inzibati xəta haqqında protokol
və digər hüquqi sənədlərin qanunvericiliyə uyğun tərtib edilməsinə nəzarətin həyata
keçirilməsi;
- İdarə tərəfindən qəbul edilmiş inzibati tənbehvermə
haqqında qərarların və iddiaların hüquq mühafizə orqanlarında və məhkəmə
instansiyalarında müzakirəsində iştirak edilməsi;
- Məhkəmələrdə, hüquq mühafizə orqanlarında, eləcə
də digər dövlət orqanlarında və qeyri-hökumət təkilatlarında hüquqi məsələlərlə
əlaqədar İdarənin təmsil olunması;
- Ətraf mühitə vurulmuş ziyanla bağlı fiziki və
hüquqi şəxslərə qarşı ziyanların müəyyən edilməsi və hesablanmasında iştirak
edilməsi;
- Ekoloji normativ-hüquqi aktların layihələrinin
hazırlanmasında iştirak edilməsi;
- Hazırlanmış layihələrə dair rəy və təkliflərin
aidiyyəti üzrə təqdim edilməsi üçün hazırlanması;
- Fəaliyyəti ilə bağlı idarəyə daxil olan müraciətlərə
qanunvericiliyə uyğun
olaraq baxılması və müvafiq tədbirlər görülməsi;
- İdarə tərəfindən qulluq funksiyalarına aid
görülmüş işlərə dair hesabatların hazırlanması, ümumiləşdirilməsi və bunun əsasında
məlumat bankının yaradılması;
- İdarənin əməkdaşları tərəfindən tərtib olunmuş sənədlərin
tərtibatına nəzarət edilməsi və müvafiq tədbirlərin görülməsinə dair təkliflərin
verilməsi;
- Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və
ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər
üzrə qəbul olunmuş qərarlar və ətraf mühitə vurulmuş ziyanla bağlı fiziki və
hüquqi şəxslərə qarşı məhkəmə instansiyalarına iddiaların verilməsinin təmin
edilməsi, idarə adından həmin proseslərdə səlahiyyətli şəxs qismində iştirak
edilməsi;
- İcraatında olan işlərlə əlaqədar müvafiq sənədlərin
istintaq və məhkəmə orqanlarına verilməsi üçün sənədlərin hazırlanması, icra
olunma vəziyyətinin nəzarətdə saxlanılması, icrası bitmiş məhkəmə işlərinin
hesabatı və mühafizəsinin aparılması;
- Aparılan yoxlamalarla bağlı müvafiq tədbirlərin
görülməsi üçün arayışın, hesabatın, izahat və başqa materialların vaxtında təqdim
edilməsinə, aidiyyəti olan şəxslərlə birlikdə verilmiş əmr və digər normativ
aktların icrasının təmin olunmasına nəzarət edilməsi;
- İcraatında olan işlər üzrə əlavə sübutların
toplanılmasının həyata keçirilməsi;
- Məhkəmə instansiyalarında mübahisələndirilən məhkəmə
aktlarına yenidən baxılması üçün prosesual müddətlərə riayət edilməklə məhkəmə
qərarlarından yuxarı instansiya məhkəmələrinə əsaslandırılmış şikayətlərin
hazırlanaraq təqdim edilməsi;
- İnzibati tənbehvermə haqqında qərarların icra
olunmasına nəzarət, nöqsanlar aşkar edilərək icra olunmadan geri qaytarılan
icra sənədinin təhlil edilməsi və yenidən icraya yönləndirilməsinin təmin edilməsi;
- İş üzrə icraata xitam verilməsinə dair müvafiq sənədlərin
hazırlanması;
- İdarənin Əsasnaməsində nəzərdə tutulmuş aidiyyəti
üzrə digər vəzifələrin yerinə yetirilməsi.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: hüquqşünaslıq ixtisası üzrə ali təhsil
-
İş stajına dair tələblər: yoxdur
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə orta səviyyədə
-
Xarici dil biliklərinə dair tələblər: yoxdur
|
Müsahibədə iştirak etmək hüququ verən sertifikat |
BB4 |
Müsahibə elanının tarixi |
06.09.2022 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
05.10.2022 18:00 |
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;
- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
Qeydlər:
- Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir. Müsahibədə iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilir.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 6 sentyabr 2022-ci il tarixindən 5 oktyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.