Hesablama Palatası
Dövlət investisiyalarının auditi şöbəsi, Sosial təyinatlı investisiyaların auditi sektoru, məsləhətçi


Əlaqə məlumatları
Dövlət orqanı Hesablama Palatası
Struktur bölmə Dövlət investisiyalarının auditi şöbəsi, Sosial təyinatlı investisiyaların auditi sektoru
Vakant inzibati vəzifənin adı və vakansiya sayı məsləhətçi (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 4
Aylıq vəzifə maaşı 1240
Qulluq funksiyaları
  • Dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihəsinə, eləcə də növbəti ilin dövlət büdcəsi haqqında qanun layihəsinə sosial təyinatlı investisiyalar istiqaməti üzrə rəyin verilməsi üçün səlahiyyətləri və verilən tapşırıqlar çərçivəsində Palataya daxil olan hesabat və məlumatları təhlil etmək, nəticə və tövsiyələrin layihələrinin hazırlanmasında iştirak etmək;   
  • Dövlət büdcəsinin icrasının təhlili ilə bağlı müvafiq icra hakimiyyəti orqanına Palata tərəfindən dövri məlumatların verilməsi üçün şöbə və sektor üzrə üçün səlahiyyətləri və verilən tapşırıqlar çərçivəsində müvafiq hesabat və məlumatları təhlil etmək, həmin məlumatların aidiyyəti tərkib hissəsi və materiallarının hazırlanmasını təmin etmək; 
  • Şöbə üzrə sosial təyinatlı investisiyalara dair həyata keçirilən kənar dövlət maliyyə nəzarəti tədbirləri üzrə “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu və Palatanın nəzarət tədbirlərinin planlaşdırılması, təşkili, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsini tənzimləyən metodiki sənədləri ilə nəzərdə tutulan aidiyyəti fəaliyyət və prosedurların həyata keçirmək;
  • Kənar dövlət maliyyə nəzarəti obyektlərindən dövlət investisiyalarına dair daxil olan hesabat və məlumatların təhlilini aparmaq, şöbə üzrə sosial təyinatlı investisiyalara dair kənar dövlət maliyyə nəzarəti tədbirlərinin təsdiq edilmiş proqramlar və işçi planlarına uyğun olaraq həyata keçirmək və nəticələrinin rəsmiləşdirilməsini təmin etmək; 
  • Kənar dövlət maliyyə nəzarəti obyektlərində sosial təyinatlı investisiyaları sahəsi ilə bağlı aparılan kənar dövlət maliyyə nəzarəti tədbirlərində iştirak etmək;
  • Şöbəyə üzrə sosial təyinatlı investisiyalara aid kənar dövlət maliyyə nəzarətinin məqsədləri çərçivəsində təsdiq edilmiş proqramlar əsasında müəyyən məsələ və mövzular üzrə təhlillərin aparılmasını təmin etmək; 
  • Palatanın Kollegiya qərarlarının, o cümlədən sosial təyinatlı investisiyalarla bağlı kənar dövlət maliyyə nəzarət tədbirlərinin nəticələri barədə qəbul edilmiş Kollegiya qərarlarının və təqdimatların icrasını təmin etmək, rəhbərlik tərəfindən verilmiş əmrlərin, sərəncamların və göstərişləri icra etmək, həvalə edilmiş digər vəzifələrin yerinə yetirmək; 
  • Aidiyyəti dövlət orqanları, publik hüquqi şəxslər, büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlar tərəfindən təqdim olunmuş dövri və illik maliyyə hesabatlarının təhlilinin həyata keçirilməsini təmin etmək; 
  • Şöbə üzrə illik hesabatların sosial təyinatlı investisiyaların auditinə dair bölməsinin layihəsinin hazırlamaq və sektor müdirinə təqdim etmək;
  • Qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının qəbul etdikləri normativ hüquqi aktların və qərarların səlahiyyətləri hüdudunda şöbənin və sektorun fəaliyyəti üzrə həyata keçirilməsini təmin etmək, onlara riayət etmək;
  • Hesablama Palatasında müəyyən edilmiş qulluq reqlamentinə və etik davranış qaydalarına riayət etmək;  
  • Sosial təyinatlı investisiyaları xərcləri üzrə dövlət büdcəsinin və digər dövlət vəsaitinin müəyyən olunmuş müddətdə məqsədli, səmərəli və təyinatı üzrə istifadəsinin auditində iştirak etmək; 
  • Vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxılması və səlahiyyətləri hüdudunda onların qərəzsiz həll olunmasını təmin etmək;           
  • Fəaliyyət istiqamətləri üzrə Palatanın inkişaf konsepsiyası və strateji inkişaf planlarının hazırlanmasında iştirak etmək və səlahiyyətləri daxilində icrasını təmin etmək;     
  • Palatanın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qanunvericilik aktlarında və metodiki sənədlərdə müvafiq dəyişikliklərin edilməsi və ya yeni normativ hüquqi aktların və metodiki sənədlərin hazırlanması ilə bağlı təkliflərin verilməsində və hazırlanmasında iştirak etmək;    
  • Normativ-hüquqi və digər xarakterli aktların layihələrinin hazırlanması və onların təkmilləşdirilməsində iştirak etmək;     
  • Əmək və icra intizamına, etik davranış qaydalarına əməl etmək;     
  • Normativ-hüquqi aktların, eləcə də Palatanın metodiki sənədlərinin və sərəncam mahiyyətli sənədlərinin tələblərinə əməl etmək;
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq şöbə müdiri və sektor müdiri tərəfindən verilmiş digər vəzifələrin yerinə yetirmək.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, memarlıq, inşaat mühəndisliyi, mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi, nəqliyyat tikintisi mühəndisliyi, meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi, tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi , şəhərsalma ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: 1 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə - orta səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1; Rus dili-B1;
Müsahibədə iştirak etmək hüququ verən sertifikat BA2
Müsahibə elanının tarixi 13.01.2023 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 13.02.2023 18:00

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.

Qeydlər:

  • Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir. Müsahibədə iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilir.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
  • 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"na uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 13 yanvar 2023-cü il tarixindən  13 fevral 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.