Hesablama Palatası
Beynəlxalq fəaliyyət, təlim və metodoloji təminat şöbəsi, Təlim ehtiyaclarının təhlili və təlimlərin təşkili sektoru, məsləhətçi


Əlaqə məlumatları
Dövlət orqanı Hesablama Palatası
Struktur bölmə Beynəlxalq fəaliyyət, təlim və metodoloji təminat şöbəsi, Təlim ehtiyaclarının təhlili və təlimlərin təşkili sektoru
Vakant inzibati vəzifənin adı və vakansiya sayı məsləhətçi (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 4
Aylıq vəzifə maaşı 1240
Qulluq funksiyaları
  • Hesablama Palatasına yeni təyin edilmiş və Hesablama Palatasında çalışan işçilərin bilik və bacarıqlarının, peşə hazırlıqlarının artırılması, kadr potensialının yüksəldilməsi, ali audit orqanlarının beynəlxalq standartlarının öyrənilməsi məqsədilə təlimləri təşkil edir
  • Hesablama Palatası tərəfindən təsdiq edilmiş Təlim Strategiya sənədi və ona uyğun olaraq hər il üzrə ayrıca tərtib olunmuş Əməliyyat Planı sənədinin hazırlanmasında və bu sənədə uyğun olaraq müvafiq işlərin həyata keçirilməsində iştirak edir
  • Beynəlxalq standartlarla bağlı beynəlxalq fəaliyyəti izləyir və əməkdaşlar tərəfindən mənimsənilməsi və öyrənilməsi ilə bağlı təlimlərin keçirilməsini təşkil edir
  • Ali Audit Orqanlarının, eləcə də, beynəlxalq və yerli təlim və tədris mərkəzləri ilə əməkdaşlıq etməklə təlimlərin təşkil olunmasında iştirak edir
  • Hesablama Palatasının əməkdaşları və kənar ekspertlər tərəfindən keçirilən daxili təlimlərin, Hesablama Palatasının əməkdaşlarının xarici ezamiyyələr üzrə iştirak etdiyi təlimlərin, xarici Ali Audit Qurumları ilə əməkdaşlıq çərçivəsində olan təlimlərin təşkil olunmasında iştirak edir
  • Təlimlərdən və təlimçilərdən məmnunluq səviyyəsinin qiymətləndirməsi və nəticələrin təqdim edilməsi ilə bağlı müvafiq fəaliyyəti həyata keçirir
  • Beynəlxalq standartlarlarla bağlı yeniliklər barədə struktur bölmə rəhbərini məlumatlandırır
  • Hesablama Palatasının rəhbərliyi və struktur bölmələri tərəfindən daxil olmuş təkliflərdən irəli gələn təlim ehtiyaclarını təhlil edir və buna uyğun təlimləri təşkil edir
  • Hesablama Palatasının əməkdaşlarının fəaliyyət istiqamətlərinə uyğun olan fərdi təlim ehtiyaclarını təhlil edir və bu ehtiyaclara uyğun təlimləri təşkil edir
  • Hər il üzrə ayrıca tərtib olunmuş Əməliyyat Planı sənədinin tələblərinə uyğun olaraq həm daxili, həm də beynəlxalq təlimləri təşkil edir
  • Yeni işçilər üçün Adaptasiya Proqramı üzrə təlim ehtiyaclarının müəyyən olunmasında və təlimlərin təşkil olunmasında iştirak edir
  • Hesablama Palatasının ali təhsil müəssisələri ilə əməkdaşlığı çərçivəsində təlimlərin təşkil olunmasında iştirak edir
  • Hesablama Palatasının təlim keçmiş əməkdaşlarının gələcək karyera inkişafı barədə təkliflərin hazırlanmasında iştirak edir
  • Təlim materilallarının əlçətan olması üçün elektron modullarda müvafiq işləri həyata keçirir
  • Fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş, şöbə müdiri və sektor müdiri tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirir
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, dil və ədəbiyyat müəllimliyi (dillər üzrə), xarici dil müəllimliyi (dillər üzrə), filologiya (dil və ədəbiyyat göstərilməklə), tərcümə (dillər üzrə), politologiya, regionşünaslıq (regionlar üzrə), hüquqşünaslıq, beynəlxalq münasibətlər, dövlət və ictimai münasibətlər ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: 1 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B2;
Müsahibədə iştirak etmək hüququ verən sertifikat BA2
Müsahibə elanının tarixi 28.11.2023 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 27.12.2023 18:00

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.

Qeydlər:

  • Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir. Müsahibədə iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilir.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
  • "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 28 noyabr 2023-cü il tarixindən  27 dekabr 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.