Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Qida Təhlükəsizliyi Agentliyi |
Struktur bölmə |
Dağlıq Şirvan regional bölmə, Qida təhlükəsizliyinə nəzarət sektoru |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
sektor müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
7 |
Aylıq vəzifə maaşı |
555 |
Qulluq funksiyaları |
- Qida təhlükəsizliyi sahəsində
inzibati ərazi vahidində mövcud vəziyyəti təhlil etmək, dövlət nəzarəti
sisteminin təkmilləşdirilməsi barədə təkliflər hazırlamaq və bölmə rəhbərinə təqdim etmək;
- Qanunla müəyyən edilmiş hallarda və qaydada qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti obyektlərində illik planlara uyğun olaraq planlı və ya plandankənar yoxlamalar və digər dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsini təmin etmək;
- Yoxlama tədbirləri zamanı qanunla müəyyən olunmuş
hallarda və qaydada qida məhsullarının
minimum keyfiyyət, qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda
olan material
və məmulatların təhlükəsizlik
göstəricilərinin qiymətləndirilməsi üçün məhsul nümunələrinin götürülməsini və
akkreditasiya olunmuş laboratoriyalarda həmin nümunələrin vahid metodika
əsasında qiymətləndirilməsini təmin etmək, aşkarlanmış pozuntuların aradan
qaldırılması üçün göstərişlər vermək və qanunla nəzərdə tutulmuş digər
tədbirləri həyata keçirmək;
- Qida zənciri
subyektlərindən məhsulların izlənilməsi ilə bağlı sənədləri, habelə malik
olduğu izləmə sistemi və prosedurları haqqında məlumatları tələb etmək;
- Aparılmış yoxlamalar zamanı aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və (və ya) məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar hazırlamaq, bölmə rəhbərinə təqdim etmək və qəbul olunmuş qərarların icrası ilə bağlı tədbirləri həyata keçirmək;
- Agentliyin fəaliyyəti üzrə qəbul edilmiş inzibati tənbeh
vermə haqqında qərarların icrası ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinə
və icra vəziyyəti barədə hesabatın bölmə rəhbərinə təqdim edilməsini təmin etmək;
- Agentliyin səlahiyyətlərinə aid edilmiş inzibati xətalar haqqında işlərə baxılması ilə bağlı hərəkətlərin həyata keçirilməsinə nəzarət etmək;
-
Qida və yem məhsullarının istehlakçılarının hüquqlarının müdafiəsi
haqqında qanunvericiliyə, o cümlədən müvafiq sahədə ticarət, ictimai iaşə,
məişət və digər növ xidmət qaydalarına riayət olunmasına dövlət nəzarətini
həyata keçirməsini təşkil etmək, bu sahədə qanun pozuntularının qarşısının
alınması və pozuntuya yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada
məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirləri həyata keçirmək;
-
Qida və yem məhsullarının istehlakçılarının hüquqlarının və qanuni
mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən
hərəkətlərin qarşısının alınması üçün tədbirləri həyata keçirmək;
- Təhlükəli və kütləvi zəhərlənməyə (xəstəliklərə) səbəb olmuş, habelə bu cür hallara səbəb ola biləcəyinə əsaslı sübutlar olan, ölkədə istehsal edilən və ya ölkəyə idxal edilmiş qida məhsullarının dövriyyədən çıxarılması və qida təhlükəsizliyi baxımından yaranmış fövqəladə vəziyyətin aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət orqanları ilə birlikdə tədbirləri həyata keçirmək;
- Qida və yem məhsullarının ixracı zamanı aşkarlanmış uyğunsuzluqlara
dair idxalçı ölkələrdən daxil olan bildirişlər (notifikasiyalar)
ilə bağlı qanuna uyğun tədbirlər görmək;
- Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun
olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların geri
çağırılması, yığışdırılması, Azərbaycan
Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, utilizasiyası,
məhv edilməsi və birbaşa təyinatı üzrə təkrar dövriyyəyə buraxılması barədə qanunla müəyyən edilmiş hallarda və qaydada qəbul edilmiş qərarın icrasına nəzarəti həyata
keçirmək;
- İnzibati ərazi vahidində qida zənciri obyektlərində dezinfeksiya,
dezinseksiya, deratizasiya, fumiqasiya işlərinə, həmçinin qida təhlükəsizliyi ilə bağlı digər tədbirlərin həyata
keçirilməsinə nəzarət etmək;
- Qida məhsullarının saxlanması və ya satışı zamanı mal qonşuluğunun və satılmış malların dəyişdirilməsi və ya geri çağırılması qaydalarının pozulmasına qarşı tədbirləri təşkil etmək;
-
Ölkəyə idxal olunan qida və yem məhsullarının ölkənin gömrük
sərhədindən keçirilərkən genetik modifikasiyaya məruz qalıb-qalmadığını, o cümlədən qanuna uyğun olaraq genetik
modifikasiya olunmuş orqanizmlər və yem məhsullarının qeydiyyatının olub-olmamasını inzibati ərazi vahidi üzrə yoxlanması işinə
rəhbərlik etmək;
- Qida zəncirinin müvafiq mərhələlərində
işləyən şəxslərin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə birlikdə müəyyən edilmiş
qaydada və müddətdə məcburi tibbi müayinədən keçmələrinə, habelə
gigiyenik təlimlərə cəlb olunmalarına nəzarəti həyata
keçirmək;
- Qida zəncirinin müvafiq mərhələlərində işləyən və çalışdıqları istehsalatın və ya gördükləri işin xüsusiyyətləri ilə əlaqədar olaraq yoluxucu və parazitar xəstəlikləri yaymaq təhlükəsi yaradan şəxslərin habelə sanitariya norma və qaydalarını, gigiyena normativlərini müntəzəm yerinə yetirməyən şəxslərin işdən kənarlaşdırılmasını tələb etmək;
- İnzibati ərazi vahidində ictimai
iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri və onların vəzifəli
şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin
rejimlərinin tələblərinə əməl edilməsinə nəzarətin
həyata keçirilməsinə rəhbərlik etmək;
- Genetik
modifikasiya olunmuş orqanizmlərin, qida və yem məhsullarının qanunsuz
dövriyyəsinə qarşı qanunda nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin
etmək;
- Qida və yem məhsullarının qablaşdırılması və
etiketlənməsi zamanı qida təhlükəsizliyi sahəsində texniki
normativ hüquqi aktlarda nəzərdə tutulan tələblərin yerinə yetirilməsinə nəzarəti həyata
keçirmək ;
- Bioloji aktiv qida məhsullarının emalına,
dövriyyəsinə, utilizasiyasına və məhv edilməsinə nəzarəti həyata keçirmək;
- İnzibati ərazi vahidi üzrə dövlət reyestrinə daxil edilən qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin aparılmış qiymətləndirmələrin nəticələri əsasında qeydiyyatının və təsdiqinin ləğvi ilə bağlı bölmə rəhbərinə təkliflər vermək;
- Bölmə rəhbərinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
- Bölmə rəhbəri tərəfindən tapşırılmış vəzifələri yerinə yetirmək;
- Sektorun əməkdaşları barəsində həvəsləndirmə və
intizam tənbehi tədbirləri görülməsi üçün bölmə rəhbərinə təqdimatlar
vermək;
- Sektorun əməkdaşları
qarşısında qoyulan tapşırıqların dövlət qulluçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi
dövrü ərzində hansı səviyyədə yerinə yetirilməsini, meyarlar üzrə fəaliyyətini və
əmək intizamına əməl edilmə vəziyyətini vaxtında, obyektiv və qərəzsiz qiymətləndirmək;
- Qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşların bölməyə daxil olmuş şifahi və yazılı müraciətlərinə vaxtında və ətraflı baxılmasını təmin etmək;
- Sektorun əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;
- Aidiyyəti qurumlara müraciətlər hazırlamaq, sənədlərin toplanmasını və göndərilməsinin həyata keçirilməsinə nəzarət etmək;
- Sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi , aqronomluq, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, tibbi profilaktika, bitki mühafizəsi, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi , hüquqşünaslıq, zootexniklik, əczaçılıq ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: 2 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, İnternetdən istifadə yüksək səviyyədə
-
Xarici dil biliklərinə dair tələblər: İngilis dili-A2; Rus dili-A2;
|
Müsahibədə iştirak etmək hüququ verən sertifikat |
AC4 |
Müsahibə elanının tarixi |
06.05.2024 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
04.06.2024 18:00 |
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;
- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
Qeydlər:
- Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir. Müsahibədə iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilir.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 6 may 2024-cü il tarixindən 4 iyun 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.