Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti
Rayon İcra Hakimiyyəti başçısı Aparatı, İctimai-siyasi və humanitar məsələlər şöbəsi, şöbə müdiri


Əlaqə məlumatları
Dövlət orqanı Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti
Struktur bölmə Rayon İcra Hakimiyyəti başçısı Aparatı, İctimai-siyasi və humanitar məsələlər şöbəsi
Vakant inzibati vəzifənin adı və vakansiya sayı şöbə müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 6
Aylıq vəzifə maaşı 730
Qulluq funksiyaları
  • Təhsil, mədəniyyət və incəsənətin, bədən tərbiyəsi və idmanın inkişafı,  əhalinin sağlamlığının, eləcə də ailə institutunun qorunması, gender bərabərliyi, uşaqlar və gənclərlə bağlı dövlət siyasətinin yerlərdə həyata keçirilməsini təşkil edir; 
  • Təhsil, səhiyyə, mədəniyyət, turizm, bədən tərbiyəsi və idman sahəsinin, eləcə də ictimai-siyasi durumun təhlilini və inkişafının proqnozlaşdırılması işini təşkil edir;
  • Təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyəsi və idman, turizm, dini və digər sahədə fəaliyyət göstərən qurumlar, habelə siyasi partiyalar, qeyri-hökumət təşkilatları və media subyektləri ilə qarşılıqlı fəaliyyətin təşkilinə nəzarət edir;
  • Şöbənin səlahiyyətlərinə aid məsələlərlə bağlı ictimai təşkilatların, siyasi partiyaların, dini qurumların, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin nümayəndələrini qəbul edir;
  • İctimai-siyasi və humanitar vəziyyət barədə məlumatların toplanmasını və təhlilini təşkil edir, mövcud tendensiyaları müəyyənləşdirir, təkliflər planının hazırlanmasını təmin edir;
  • Təhsil, səhiyyə və mədəniyyət, turizm, bədən tərbiyəsi və idman sahəsinin inkişafını təmin edən dövlət proqramlarının layihələrinə dair təkliflər verir və həmin proqramların həyata keçirilməsinə müvafiq köməklik göstərilməsini təmin edir;
  • İcra hakimiyyətinin fəaliyyətinin mediada işıqlandırılması, şəffaflığın təmin olunması məqsədilə görülmüş işlər barədə məlumatların ictimaiyyətə çatdırılması işini təşkil edir;
  • Keçirilən tədbirlərdə media ilə işi təşkil edir;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə məlumatların rəsmi internet resursunda və sosial şəbəkə səhifələrində yerləşdirilməsi və mütəmadi yenilənməsi məqsədi ilə aidiyyəti üzrə təqdim edilməsini təmin edir;
  • Müvafiq ərazidə informasiyanın azad dövriyyəsinin təmin olunması, məlumatın azad şəkildə axtarılması, əldə edilməsi, istehsalı və yayılması üçün şərait yaradılmasını təmin edir;
  • Müvafiq ərazinin sosial-iqtisadi inkişafının təşviqinə dair kütləvi informasiya vasitələrinin proqram və layihələrinin həyata keçirilməsinə şərait yaradılmasını təmin edir;
  • Dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satışının qarşısının alınması məqsədilə aidiyyəti qurumlarla birgə müvafiq tədbir görülməsini təmin edir;
  • Dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılmasının qarşısının alınması ilə bağlı səlahiyyətləri daxilində müvafiq tədbir görülməsini təmin edir;
  • Müxtəlif dini icmalar, qurumlarla bağlı məsələlərin qanunamüvafiq qaydada həllini təmin edir, davamlı görüşlər təşkil edərək yaranmış problemlərlə bağlı rəhbərliyə məlumat verir;
  • Müvafiq qurumlar tərəfindən qeydiyyata alınmış ictimai təşkilatlar, birliklər, qeyri-hökumət təşkilatları, dini qurumlar və siyasi partiyaların yerli bölmələrinin fəaliyyəti ilə bağlı məsələləri nəzarətdə saxlayır;
  • Seçki kampaniyaları dövründə qanunla yerli icra orqanlarının üzərinə düşən vəzifələrin yerinə yetirilməsini səlahiyyətləri daxilində təmin edir;
  • Sakinlərinin asudə vaxtının təşkili və mədəniyyət təşkilatları tərəfindən xidmətlərin göstərilməsi üçün şərait yaradılmasını təmin edir;
  • Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində təbliğat işini təşkil edir;
  • İdman yarışları, turnirlər, idman bayramları və digər idman-sağlamlıq tədbirlərinin təşkili ilə bağlı məsələlərin həllini təmin edir;
  • İctimai, siyasi, kütləvi tədbirlərin, ideoloji-sosial sorğuların keçirilməsini təmin edir;
  • Təhsil, səhiyyə və mədəniyyət müəssisələrində, siyasi partiyaların, ictimai birliklərin yerli bölmələrində                        müvafiq siyasi-ideoloji işin aparılmasını təşkil edir, onların rəhbərlərinin, o cümlədən aidiyyəti təşkilatlarla birlikdə dini icma sədrlərinin, imamların fəaliyyətinin monitorinqinin aparılmasını həyata keçirir;
  • Vətəndaşların təhsil hüquqlarının həyata keçirilməsi istiqamətində müvafiq tədbir görülməsini təmin edir;
  • Təhsil müəssisələrinin işini əlaqələndirir, əhalinin təhsil müəssisələrinə tələbatının müəyyənləşdirilməsini təmin edir;
  • Tarix və mədəni abidələrin siyahıya alınması və qorunması istiqamətində aidiyyəti qurumlarla birgə  işləri təşkil edir;
  • Gənclərin cəmiyyətdə gedən ictimai-siyasi və demokratik dövlət quruculuğu proseslərində yaxından iştirakının təmin edilməsi üzrə aidiyyəti dövlət qurumları ilə birgə işləri təşkil edir;
  • Müvafiq ərazinin sosial-iqtisadi, mədəni inkişafında, ictimai həyatında fərqlənən şəxslərin təltif edilməsi ilə bağlı rəhbərliyə təkliflər verir;
  • Narkomaniya və digər zərərli vərdişlərə qarşı bu sahədə mütəxəsisslərin iştirakı ilə profilaktik təbdirlərin təşkil edilməsini təmin edir;
  • Fəaliyyət sahəsinə uyğun olaraq müvafiq ərazidə daimi maarifləndirici tədbirlər həyata keçirir, məsələ ilə bağlı məlumat bazasının yaradılmasını təmin edir;
  • Şöbənin işinə ümumi rəhbərlik edir, əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət edilməsinə nəzarət edir;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə tədbirlərdə, komissiyaların və işçi qrupların işində iştirak edir;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə İcra hakimiyyətinin başçısı yanında Şuranın iclaslarında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini təqdim edir;
  • Şöbəyə daxil olan ərizə, şikayət, təklif və məktublara qanunvericiliklə müəyyən edilmiş qaydada baxılmasına nəzarət edir, səlahiyyətləri daxilində vətəndaşların qəbulunu həyata keçirir;
  • Şöbənin iş planının hazırlanmasını təmin edir, iş planında nəzərdə tutulmuş tədbirlərin  vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;
  • Şöbənin fəaliyyəti ilə bağlı hesabat, arayış və məlumatların hazırlanmasını təmin edir;
  • Tabeliyində olan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirlərinin görülməsinə dair rəhbərliyə təqdimat verir;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə normativ sənədlərin layihələrinin hazırlanmasında iştirak edir;
  • Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsini təmin edir.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: təhsil ixtisasları qrupu, humanitar və sosial ixtisaslar qrupu, mədəniyyət və incəsənət ixtisasları qrupu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, səhiyyə, rifah və xidmət ixtisasları qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 3 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: Windows ƏS, MS Office, İnternetdən istifadə (yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1 və ya İngilis dili-B1;
Müsahibədə iştirak etmək hüququ verən sertifikat AC2
Müsahibə elanının tarixi 06.05.2024 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 04.06.2024 18:00

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.

Qeydlər:

  • Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir. Müsahibədə iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilir.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
  • "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 6 may 2024-cü il tarixindən  4 iyun 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.