Ağcabədi Rayon İcra Hakimiyyəti
İcra nümayəndəlikləri, Rəncəblər kənd inzibati ərazi vahidi üzrə nümayəndəlik, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi - İHB-nın nümayəndəsi


Əlaqə məlumatları
Dövlət orqanı Ağcabədi Rayon İcra Hakimiyyəti
Struktur bölmə İcra nümayəndəlikləri, Rəncəblər kənd inzibati ərazi vahidi üzrə nümayəndəlik
Vakant inzibati vəzifənin adı və vakansiya sayı yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi - İHB-nın nümayəndəsi (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 7
Aylıq vəzifə maaşı 480
Qulluq funksiyaları
  • Əhalinin sosial əhəmiyyətli sifarişlərini öyrənir, İcra hakimiyyətinin başçısına təkliflər verir; 
  • Ərazidə fəaliyyət göstərən dövlət qurumları ilə, habelə bələdiyyələrlə, qeyri-hökumət təşkilatları ilə və digər təşkilatlarla nümayəndəliyin qarşılıqlı fəaliyyətini təmin edir;
  • Ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumların fəaliyyətini əlaqələndirir;
  • Ərazidə beynəlxalq və dövlət bayramlarına, tarixi və digər əlamətdar hadisələrə, habelə anım günlərinə həsr olunmuş tədbirlərin təşkilində iştirak edir və keçirilməsini təmin edir;
  • İnzibati ərazidə yaşayan vətandaşların həqiqi hərbi xidmətə çağırışının, habelə hərbi təlim toplantılarına və ibtidai hərbi hazırlıq çağırışının təşkilini səlahiyyətləri daxilində təmin edir;
  • Ümümrespublika və yerli əhəmiyyətli məsələlərin həllində inzibati ərazidəki vətandaşların fəal iştirakını  təmin edir və əhalinin, ictimai təşkilatların işini qanunamüvafiq istiqamətləndirir;
  • Ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarının, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısının aparılmasını, elektron məlumat sisteminə köçürülməsini təmin edir;
  • Qanunvericiliyin tələblərinə uyğun olaraq daimi seçici siyahılarına daxil edilmək üçün ərazidə aktiv seçki hüququna malik olan seçicilər haqqında məlumatların hazırlanmasını və aidiyyəti üzrə təqdim edilməsini təmin edir;
  • Seçki kampaniyaları dövründə qanunla yerli icra orqanlarının üzərinə düşən vəzifələrin yerinə yetirilməsini təmin edir;
  • Nümayəndəlik ərazisində baş vermiş mühüm hadisələr barədə gündəlik məlumatları ümumiləşdirərək aidiyyəti üzrə təqdim edilməsini təmin edir;
  • Ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışlar verir;
  • Mövcud qanunvericilik aktları əsasında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını,  notariat hərəkətlərini aparır.
  • Nümayəndəlik ərazisində dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsini, o cümlədən özbaşına tikinti işlərinin qarşısının alınması məqsədilə tədbirlər görülməsini səlahiyyətləri daxilində təmin edir;
  • Müvafiq ərazinin baş sxemləri və layihələrinin, o cümlədən mühəndis-kommunikasiya xətlərinin sxem və layihələrinin hazırlanmasında öz səlahiyyəti daxilində iştirak edir;
  • Müvafiq ərazidə kommunikasiya (işıq, qaz, su, kanalizasiya və istilik) xətləri ilə bağlı problemlərin aradan qaldırılması ilə əlaqədar tədbirlərin görülməsi üçün xidmət sahələri ilə birgə işi təşkil edir;
  • Müvafiq ərazidə yerləşən avtomobil yollarının təmiri və saxlanılması barədə aidiyyəti qurumlar qarşısında məsələ qaldırılması istiqamətində müvafiq tədbirlər görür;
  • Müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsinin planlaşdırılmasında iştirak edir, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirir və müvafiq tədbirlər görür;
  • Ərazinin sosial-iqtisadi inkişaf və ekoloji proqramlarının hazırlanmasında iştirak edir və  nümayəndəliyin  büdcəsinin formalaşmasına dair müəyyən edilmiş qaydada təkliflər verir, büdcə vəsaitinin təyinatı üzrə xərclənməsini təmin edir, bu haqda hesabatlar verir;
  • Nümayəndəliyin ərazisində mülki müdafiə işinin təşkilində iştirak edir;
  • Nümayəndəlikdə evakuasiya işinin təşkilində, baş vermiş təbii fəlakətlərin və fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak edir, əhalinin təhlükəsizliyinin təmin olunması və  zərər çəkmiş insanlara yardım göstərilməsini həyata keçirir;
  • Müvafiq ərazidə ekoloji şərait barədə əhalinin məlumatlandırılmasını təmin edir;
  • İcra hakimiyyətinin başçısının səyyar qəbullarının, görüşlərinin keçirilməsi üçün yerlərin müəyyənləşdirilməsinə dair təkliflər verir;
  • İlin yekunları ilə bağlı hesabat yığıncağında əhaliyə (ictimaiyyətə) nümayəndəliyin fəaliyyəti haqqında məlumat verir;
  • Nümayəndəlikdə mühasibat uçotu işinin təşkilini və aparılmasını, təmin edir; 
  • Nümayəndəliyin büdcə layihəsinin hazırlanmasını təmin edir və icrasına nəzarət edir;
  • Nümayəndəliyin işinə ümumi rəhbərlik edir, əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət edilməsinə nəzarət edir;
  • Nümayəndəliyin fəaliyyət istiqamətləri üzrə tədbirlərdə, komissiyaların və işçi qrupların işində iştirak edir;
  • Nümayəndəliyin fəaliyyət istiqamətləri üzrə İcra hakimiyyətinin başçısı yanında Şuranın iclaslarında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini təqdim edir;
  • Nümayəndəliyə daxil olan ərizə, şikayət, təklif və məktublara qanunvericiliklə müəyyən edilmiş qaydada baxılmasına nəzarət edir, səlahiyyətləri daxilində vətəndaşların qəbulunu həyata keçirir;
  • Nümayəndəliyin iş planının hazırlanmasını təmin edir, iş planında nəzərdə tutulmuş tədbirlərin  vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;
  • Nümayəndəliyin fəaliyyəti ilə bağlı hesabat, arayış və məlumatların hazırlanmasını təmin edir;
  • Tabeliyində olan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirlərinin görülməsinə dair rəhbərliyə təqdimat verir;
  • Nümayəndəliyin fəaliyyət istiqamətləri üzrə normativ sənədlərin layihələrinin hazırlanmasında iştirak edir;
  • Nümayəndəlikdə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;
  • Nümayəndəliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsini təmin edir. 
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: ali təhsil
  • İş stajına dair tələblər: vəzifənin fəaliyyət sahəsi üzrə 2 il iş stajı
  • Kompüter biliklərinə dair tələblər: Windows ƏS, MS Office, İnternetdən istifadə (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
Müsahibədə iştirak etmək hüququ verən sertifikat AC4
Müsahibə elanının tarixi 06.05.2024 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 04.06.2024 18:00

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.

Qeydlər:

  • Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir. Müsahibədə iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilir.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
  • "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 6 may 2024-cü il tarixindən  4 iyun 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.