Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Bərdə Rayon İcra Hakimiyyəti |
Struktur bölmə |
Rayon İcra Hakimiyyəti başçısı Aparatı, İctimai-siyasi və humanitar məsələlər şöbəsi |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
şöbə müdirinin müavini (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
6 |
Aylıq vəzifə maaşı |
630 |
Qulluq funksiyaları |
- Müvafiq ərazidə
dini prosesləri izləyir, dövlət qurumları və dini icmalarla qarşılıqlı əlaqələr
yaradılmasını, operativ məlumat mübadiləsini təmin edir, onların birgə fəaliyyətlərini
təşkil edir;
- Dini qurumların fəaliyyətinin nəzarətdə və diqqət mərkəzində saxlanmasını, dini durumun sabitliyini və dini etiqad azadlığı sahəsində qanunvericiliyin prinsiplərinin qorunmasını səlahiyyətləri daxilində təmin edir;
- Dini qurumların sayı, təşkilati-hüquqi formaların müxtəlifliyi baxımından onların təsnifatının aparılmasını, dini qurumların rəhbərləri, üzvlərinin sayı, fəaliyyət yönümü haqqında məlumatların ümumiləşdirilməsini təmin edir;
- Dini icmalar, onların rəhbərləri və din xadimləri ilə mütəmadi görüşlər keçirir, onların problemlərini öyrənir və həlli istiqamətində müvafiq tədbirlər görülməsini təmin edir;
- Dini maarifləndirmə işinin və milli-mənəvi dəyərlərin təbliğinin gücləndirilməsi məqsədi ilə ərazidə fəaliyyət göstərən dini icmalarla maarifləndirmə işinin aparılmasında, onlara metodiki dəstək göstərilməsinin həyata keçirilməsində iştirak edir;
- Dini qurumlarla bağlı ictimai rəyi, yaşayış məntəqələri üzrə əhalinin etnik və dini tərkibini, həmçinin məzhəb nisbətini, aktiv və ya qismən fəaliyyət göstərən, fəaliyyət göstərməyən məscid, ziyarətgah və digər ibadət yerlərinin sayını və yönümünü (məzhəb, təriqət üzrə) öyrənir, təhlil edir, mənfi tendensiyaları, radikal və qeyri-ənənəvi dini cərəyanların yayılması ehtimalını müəyyənləşdirir, qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülməsini təmin edir;
- Qanunazidd fəaliyyət göstərən dini qurumların məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görülməsi, ayrı-ayrı şəxslər tərəfindən yaradılan və tarixi-ənənəvi kökü olmayan ibadət və ziyarət yerlərinin fəaliyyəti barədə müvafiq dövlət orqanları qarşısında məsələ qaldırılması ilə bağlı lazımi tədbirlər görür;
- Radikal dini cərəyanlara qarşı mübarizə məqsədilə aidiyyəti təşkilatlarla birlikdə müvafiq ərazidə yerləşən təhsil müəssisələrində və əhalinin daha çox toplaşdığı məkanlarda, həmçinin ibadət yerlərində, xüsusilə kütləvi dini ayinlərin icrası zamanı monitorinqlərin aparılmasını təşkil edir və monitorinqlər nəticəsində aşkarlanan nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tədbir görülməsini təmin edir;
- Radikal dini cərəyanlara mənsub şəxslərin dini icmalar yaratmaq cəhdlərinin qarşısının alınması və həmin şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti üzrə tədbirlər görülməsində iştirak edir;
- Dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satışının qarşısının alınması məqsədilə aidiyyəti qurumlarla birgə müvafiq tədbir görülməsini təmin edir;
- Dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılmasının qarşısının alınması ilə bağlı səlahiyyətləri daxilində müvafiq tədbir görülməsini təmin edir;
- Milli-dini bayram və əlamətdar günlərin kənar müdaxilələr olmadan, milli-mənəvi dəyərlərimizə və dövlətçilik prinsiplərinə uyğun qeyd olunmasına səlahiyyətləri daxilində nəzarəti təmin edir;
- Dövlət-din münasibətlərinin, tolerantlıq və multikulturalizm ənənələrinin təbliği sahəsində maarifləndirmə işinin aparılmasını təşkil edir;
- İcra hakimiyyətinin rəsmi internet saytında və sosial şəbəkələrdə dini maarifləndirmə ilə bağlı tədbirlərin işıqlandırılması və təbliğ edilməsi işini səlahiyyətləri daxilində təşkil edir;
- Media subyektləri, siyasi partiyalar, dini qurumlar və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyətin təmin edilməsi, onların dövlətçiliyin daha da möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, vətəndaş cəmiyyətinin inkişafı naminə həyata keçirilən layihələrə cəlb olunması istiqamətində tədbirlər həyata keçirilməsində iştirak edir;
- Müvafiq Komissiyanın iclaslarında dini durum, dini qurumlarla işin vəziyyəti, mövcud problemlərin həlli yollarının müəyyənləşdirilməsi və digər dini məsələlərə baxılmasını təmin edir, müvafiq təkliflər hazırlayır;
- Şöbənin iş planının hazırlanmasında iştirak edir, iş planında nəzərdə tutulmuş aidiyyəti tədbirləri vaxtında və keyfiyyətlə yerinə yetirir;
- Şöbənin fəaliyyəti ilə bağlı hesabat, arayış və məlumatların hazırlanmasında iştirak edir;
- Şöbəyə daxil olan aidiyyəti ərizə, şikayət, təklif və məktubları qanunvericiliklə müəyyən edilmiş qaydada icra edir, səlahiyyətləri daxilində vətəndaşların qəbulunda iştirak edir;
- Şöbədə kargüzarlıqla bağlı qaydalara və məxfilik rejiminə riayət edir;
- Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: humanitar və sosial ixtisaslar qrupu üzrə ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 3 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: Windows ƏS, MS Office (orta səviyyədə) , İnternetdən istifadə (yüksək səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-A2 və ya İngilis dili-A2;
|
Müsahibədə iştirak etmək hüququ verən sertifikat |
AC3 |
Müsahibə elanının tarixi |
06.05.2024 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
04.06.2024 18:00 |
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;
- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
Qeydlər:
- Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir. Müsahibədə iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilir.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 6 may 2024-cü il tarixindən 4 iyun 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.