| Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə: Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 10
|
| Dövlət orqanı |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
| Struktur bölmə |
Bioloji Müxtəlifliyin Qorunması Xidməti, Bioloji müxtəlifliyin artırılması və tənzimlənməsi şöbəsi |
| Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
aparıcı məsləhətçi (1 yer) |
| Vakant inzibati vəzifənin təsnifatı |
6 |
| Aylıq vəzifə maaşı |
645 |
| Qulluq funksiyaları |
- Balıq
və digər su bioresursların sənaye, elmi-tədqiqat, akvakultura, təhsil, maarifləndirmə
və nəzarət məqsədilə ovu üçün müəyyən edilmiş kvotalarının bölgüsünün
aparılmasını və balıqovlama biletlərinin verilməsini təmin edir;
- Balıq
və digər su bioresurslarından sənaye, əmtəə məqsədi ilə
akvakultura, təhsil və maarifləndirmə məqsədilə istifadəyə görə ödəniş qiymətlərinin müəyyən edilməsində iştirak edir,
balıq və digər su bioresurslarının ovu ilə bağlı balıqçılıq fəaliyyəti subyektlərinin
müraciətlərinə baxır;
- Balıqçılıq fəaliyyətinin əsas
məqsədi dövlət sifarişi əsasında nərə balıq ehtiyatlarının, habelə digər su
bioloji resurslarının süni yolla artırılması, yetişdirilməsi, bərpası, həmçinin
ayrı-ayrı sifarişçilərin vəsaiti hesabına müqavilə işlərinin yerinə yetirilməsi
və mənfəət əldə edilməsinin təşkilində iştirak edir və nəzarəti həyata keçirir;
- Balıq
və digər su bioresurslarından istifadə ilə bağlı normativ-hüquqi sənədlərin
layihələrinin hazırlanması və aidiyyəti dövlət təşkilatları ilə
razılaşdırılmasında iştirak edir;
- Balıqçılıqla bağlı mövcud qanunvericilik aktlarına əlavə və dəyişikliklər
edilməsində iştirak edir;
- Nazirlik və digər təşkilatlardan daxil olan
tapşırıqların qanunveriçilik çərçivəsində həll olunmasını təmin edir;
- Hər il növbəti təqvim ili üçün balıq və digər su
bioresurslarının ovunun ümumi yol verilən miqdarının (kvotasının), balıq və digər
su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsünün müəyyənləşdirilməsi
barədə təkliflərin hazırlanmasında iştirak edir;
- Balıq və digər su
bioresurslarının ovuna balıqovlama biletləri almış balıqçılıq subyektlərinin
uçotunu aparır;
- Balıq və digər su bioresurslarının ovuna kvota və balıqovlama
biletləri almış hüquqi və fiziki şəxslərdən ovun nəticələrinə dair hesabatları alır və ümumiləşdirir;
- Xəzər
dənizinin su bioloji resurslarının mühafizəsi, səmərəli istifadəsi və onların
birgə ehtiyatlarının idarə olunması üzrə
Komissiyanın iclaslarında və sahə ilə bağlı digər tədbirlərdə iştirak edir;
- Akvakultura təsərrüfatı subyektlərinin uçotunu
aparır və şəhadətnamə verir;
- Balıqartırma müəsissələrindən
daxil olmuş məlumatların, balıq və digər su bioresursları körpələrinin su
obyektlərinə buraxılış aktlarının, hesabatların təhlil edilməsi, növbəti il
üçün plan-proqnozların işlənib hazırlanmasının həyata keçirilməsində iştirak
edir;
- Balıqartırma təşkilatlarında körpələrinin təbii su
hövzələrinə buraxılışı və köçürülməsi tədbirlərinin həyata keçirilməsində
iştirak edir;
- Törədici balıqların və onların sürülərinin uçotunun
aparılmasını təşkil və nəzarət edir;
- Müxtəlif növ balıq və balıq məhsullarının
yetişdirilməsi və hazırlanması, mayalandırılması, artırılması, satışı üzrə görülmüş
tədbirlərdə iştirak və nəzarət edir, balıq yemi istehsalı və
satışını təşkil edir;
- Nazirliyin razılığı əsasında və
qüvvədə olan qanunvericiliklə müəyyən edilən şərtlər daxilində xarici-iqtisadi
fəaliyyəti həyata keçirir;
- Şikayət, təklif və digər məsələlərlə bağlı Xidmətə
daxil olmuş sənədlərə aidiyyətı üzrə baxır və icrasını təmin edir;
|
| Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: təbiət ixtisasları qrupu, kənd təsərrüfatı ixtisasları qrupu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, ekologiya mühəndisliyi, hidrogeologiya mühəndisliyi, geologiya mühəndisliyi, geofizika mühəndisliyi, meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi, geodeziya və xəritəçilik mühəndisliyi ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: yoxdur
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən orta səviyyədə istifadə
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1; İngilis dili-B1;
|
| Müsahibədə iştirak etmək hüququ verən sertifikat |
BB2 |
| Müsahibə elanının tarixi |
06.05.2024 09:00 |
| Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
04.06.2024 18:00 |
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;
- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
Qeydlər:
- Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir. Müsahibədə iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilir.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
| Xarici dil bilik səviyyəsi | Açıqlama |
|---|
| A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
| A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
| B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
| B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
| C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
| C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 6 may 2024-cü il tarixindən 4 iyun 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.