Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Qida Təhlükəsizliyi Agentliyi |
Struktur bölmə |
Mil–Muğan regional bölmə, İdxal və ixraca nəzarət sektoru |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
böyük məsləhətçi (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
7 |
Aylıq vəzifə maaşı |
505 |
Qulluq funksiyaları |
- İdxal-ixrac əməliyyatları zamanı qanunla müəyyən olunmuş hallarda və qaydada məhsulun tədqiqi (sınağı) və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi üçün məhsul nümunələrinin götürülməsində və akkreditasiya olunmuş laboratoriyalara həmin nümunələrin çatdırılmasında iştirak etmək, aşkarlanmış pozuntuların aradan qaldırılması ilə bağlı verilmiş göstərişləri icra etmək və qanunla nəzərdə tutulmuş digər tədbirləri həyata keçirmək;
- Agentliyin səlahiyyətlərinə aid edilmiş inzibati xətalar haqqında işlərə baxılması ilə bağlı hərəkətlərin həyata keçirilməsində iştirak etmək;
- Agentliyin fəaliyyəti üzrə qəbul edilmiş inzibati tənbeh
vermə haqqında qərarların icrası ilə bağlı zəruri tədbirlər həyata keçirmək və
icra vəziyyəti barədə hesabatı sektor müdirinə təqdim etmək;
- Gömrük orqanları ilə
birlikdə dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilmiş yüklər (mallar,
məhsullar) üzərində baytarlıq, fitosanitar və qida təhlükəsizliyi nəzarəti ilə
bağlı tədbirlərdə iştirak etmək və idxal olunan yüklərə idxal karantin icazəsi,
idxal sağlamlıq aktının verilməsi və ya verilməsindən imtina edilməsindən irəli gələn
funksiyaları həyata keçirmək;
- Qida və yem məhsullarının, dövlət
baytarlıq və fitosanitar nəzarətində olan yüklərin ixracı zamanı
aşkarlanmış uyğunsuzluqlara dair idxalçı ölkələrdən daxil
olan bildirişlər (notifikasiyalar) ilə bağlı qanuna uyğun tədbirlərin
görülməsində iştirak etmək;
- İxrac olunan qida və yem məhsullarına, baytarlıq
və fitosanitar nəzarətdə olan yüklərə müvafiq olaraq sağlamlıq, baytarlıq və fitosanitar sertifikatları vermək;
- “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qida və yem məhsuluna, habelə qida məhsulları
ilə təmasda olan material və məmulatlara,
baytarlıq və fitosanitar nəzarətində olan yüklərə müvafiq olaraq idxal sağlamlıq aktı, sağlamlıq, baytarlıq və
fitosanitar sertifikatlarının dublikatlarının verilməsini, həmin sənədlərin
yenidən rəsmiləşdirilməsini, qüvvəsinin dayandırılmasını, bərpa və ləğv
edilməsini həyata keçirmək;
-
Ölkəyə idxal
olunan qida və yem məhsulların ölkənin gömrük sərhədindən keçirilərkən genetik
modifikasiyaya məruz qalıb-qalmadığını, o cümlədən qanuna uyğun olaraq genetik modifikasiya olunmuş
orqanizmlər və yem məhsullarının qeydiyyatının olub-olmamasını inzibati ərazi
vahidi üzrə yoxlanılması işində iştirak etmək;
- Bitkilərin mühafizəsi
üçün istifadə edilən kimyəvi vasitələrin və baytarlıq xidmətində tətbiq
edilən dərman, bioloji preparatlar və baytarlıq ləvazimatlarının idxalı ilə
bağlı rəy layihələrini hazırlamaq;
- Pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin və digər bitki mühafizə vasitələrinin idxalına və ixracına nəzarətdən irəli gələn funksiyaları yerinə yetirmək;
- Sektor müdiri tərəfindən tapşırılmış vəzifələri yerinə yetirmək;
- Sektor müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
- Qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşların sektora daxil olmuş şifahi və yazılı müraciətlərinə vaxtında və ətraflı baxılmasını təmin etmək;
- Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrini qorumaq;
- Aidiyyəti qurumlara müraciətlər hazırlamaq, sənədlərin toplanmasını və göndərilməsinin həyata keçirmək;
- Sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, əczaçılıq, su bioehtiyatları və akvabitkilər, bağçılıq və tərəvəzçilik, dövlət və ictimai münasibətlər, politologiya, kimya mühəndisliyi, şərabçılıq, tibbi profilaktika, regionşünaslıq (regionlar üzrə), hüquqşünaslıq, beynəlxalq münasibətlər, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi , metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi , torpaqşünaslıq və aqrokimya , aqronomluq, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, bitki mühafizəsi, biologiya müəllimliyi, kimya müəllimliyi, kimya və biologiya müəllimliyi , kimya, biologiya, ekologiya, zootexniklik, tibbi biologiya ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: yoxdur
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, İnternetdən istifadə orta səviyyədə
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-A2; İngilis dili-A2;
|
Müsahibədə iştirak etmək hüququ verən sertifikat |
BB3 |
Müsahibə elanının tarixi |
06.05.2024 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
04.06.2024 18:00 |
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;
- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
Qeydlər:
- Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir. Müsahibədə iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilir.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
- 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"na uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 6 may 2024-cü il tarixindən 4 iyun 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.