Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Qida Təhlükəsizliyi Agentliyi |
Struktur bölmə |
Aparat, Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsi, Heyvanların identifikasiyası sektoru |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
böyük məsləhətçi (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
5 |
Aylıq vəzifə maaşı |
855 |
Qulluq funksiyaları |
- fəaliyyət istiqamətləri üzrə
normativ hüquqi aktların, təşkilati-sərəncamverici sənədlərin layihələrini
hazırlamaq və ya hazırlanmasında iştirak etmək, digər dövlət orqanları tərəfindən
hazırlanmış qanunvericilik aktlarının layihələrinə rəy və təkliflər hazırlamaq və sektor müdirinə təqdim etmək;
- Sektor müdirinin göstərişinə
və iş planına uyğun olaraq kollegiyanın müzakirəsinə təqdim ediləcək məsələlərin hazırlanmasına dair tapşırıqları yerinə yetirmək;
- heyvan sağlamlığı sahəsini tənzimləyən qanunvericilik
aktlarının layihələrinin hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək;
- müvafiq beynəlxalq norma, təlimat və qaydalara uyğun olaraq
baytarlıq norma və qaydalarının hazırlanmasını həyata keçirmək, fəaliyyət
istiqamətləri üzrə təşkilati-sərəncamverici sənəd layihələrini hazırlayıb sektor müdirinə təqdim etmək;
- fermerlərin, ailə təsərrüftalarının,
sahibkarların baytarlıq sahəsində qanunvericiliyin tələbləri və qabaqcıl təcrübələrlə
bağlı maarifləndirilməsində iştirak etmək;
- Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (WOAH) və digər
beynəlxalq təşkilatlarda fəaliyyət istiqamələri ilə bağlı keçirilən tədbirlərdə
iştirak etmək;
- Dövlət Proqramlarında, Strateji
Yol Xəritələrində, Strateji Planlarda və Fəaliyyət Planlarında şöbənin fəaliyyət
istiqamətləri üzrə qeyd olunmuş tədbirlərlə bağlı tapşırıqları yerinə yetirmək;
- beynəlxalq ticarətdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının
(WOAH) və digər beynəlxalq təşkilatların tələblərinə uyğun öhdəliklərə və
qaydalara əməl edilməsi üçün tədbirlərin görülməsi ilə əlaqədar sektor müdirinə təkliflər
vermək;
- heyvanların identifikasiyası və qeydiyyatı sisteminin
yaradılması və istifadəsi ilə bağlı sektor müdirinə təkliflər vermək və tətbiqində iştirak
etmək;
- heyvanların
identifikasiyası və qeydiyyat sistemi vasitəsilə və digər mənbələrdən daxil
olan məlumatlar əsasında ölkə ərazisi üzrə heyvan sağlamlığını izləmək, mövcud
vəziyyəti təhlil etmək, heyvan xəstəlikləri ilə mövcud və potensial riskləri müəyyənləşdirmək
və risk profilləri hazırlamaq;
- qanunvericiliklə
müəyyən edilmiş qaydada əhalinin insan və heyvanlar üçün ümumi olan
xəstəliklərdən qorunması ilə əlaqədar tapşırıqları yerinə yetirmək;
- mülkiyyət formasından asılı olmayaraq, hüquqi və fiziki
şəxslərə baytarlıq xidmətlərin göstərilməsinə nəzarətin təşkil edilməsi ilə
əlaqədar təkliflər vermək;
- heyvan
sağlamlığı və baytarlıq nəzarəti sahəsi üzrə ixtisaslı kadrların peşə
bacarıqlarının artırılması və prioritet sahələr üzrə elmi-tədqiqatların
aparılmasına dair təkliflər vermək, Agentliyin regional bölmələrində fəaliyyət
göstərən baytar müfəttişlərə elmi-metodiki dəstək göstərmək, bu məqsədlə
təlimlər keçmək;
- beynəlxalq təcrübə
nəzərə alınmaqla, Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı elmi-texniki
nailiyyətlərin tətbiqi üzrə tövsiyələrin hazırlanması ilə əlaqədar sektor müdirinə təkliflər
vermək;
- dövlət sirrini və məxfilik
rejimini qorumaq, habelə Agentliyin fəaliyyət
istiqamətlərinə uyğun təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı sektor müdirinə təkliflər
hazırlamaq;
- sektora daxil olan ərizə, şikayət və
təkliflərə baxmaq və müəyyən edilmiş qaydada cavablandırmaq;
- qida
təhlükəsizliyi sahəsində dövlət siyasətinin istiqamət və prinsiplərinin müəyyən
edilməsi ilə bağlı sektor müdirinə təkliflər vermək;
- sektor müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar
hazırlamaq;
- sektor müdiri tərəfindən tapşırılmış vəzifələri yerinə yetirmək;
- Sektorun icraatında olan işlərlə bağlı aidiyyəti qurumlara müraciətlərin
hazırlanması, sənədlərin toplanması və göndərilməsi ilə bağlı işləri həyata
keçirmək;
- Sektora həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib
edilmiş iş planında nəzərdə tutulmuş tədbirləri vaxtında və keyfiyyətlə həyata
keçirmək;
- Sektorun vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində
Agentliyin digər strukturlarından məlumat və sənədləri almaq;
- Sektorda kargüzarlıq işlərinin aparılmasında iştirak etmək və məxfilik
rejiminə riayət etmək;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə
nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, əczaçılıq, su bioehtiyatları və akvabitkilər, zootexniklik ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: 2 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, Internetdən istifadə yüksək səviyyədə
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-A1; İngilis dili-A1;
|
Müsahibədə iştirak etmək hüququ verən sertifikat |
BA3 |
Müsahibə elanının tarixi |
06.05.2024 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
04.06.2024 18:00 |
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;
- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
Qeydlər:
- Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir. Müsahibədə iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilir.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
- 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"na uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 6 may 2024-cü il tarixindən 4 iyun 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.