| Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi üzrə: Naxçıvan şəhəri K. Talıblı 6
|
| Dövlət orqanı |
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi |
| Struktur bölmə |
Naxçıvan regional bölməsi, Fitosanitar nəzarəti sektoru |
| Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
aparıcı məsləhətçi (1 yer) |
| Vakant inzibati vəzifənin təsnifatı |
7 |
| Aylıq vəzifə maaşı |
495 |
| Qulluq funksiyaları |
-
aidiyyəti struktur bölmələr və
dövlət qurumları tərəfindən təqdim edilmiş məlumatlar əsasında ölkədə
mövcud fitosanitar vəziyyəti təhlil edir, sektor müdirinə təkliflər verir,
bitki sağlamlığı sahəsinin inkişafı üzrə prioritetlərin müəyyən edilməsi,
dövlət proqramları və inkişaf konsepsiyalarının hazırlanması və həyata
keçirilməsində iştirak edir;
-
maraqlı tərəflərin, o cümlədən
fermerlərin, ailə təsərrüfatalarının, sahibkarların bitki karantini və
bitki mühafizə tədbirlərinin tətbiqi ilə bağlı rəylərini öyrənir; digər
icra hakimiyyəti orqanlarının bitki sağlamlığı ilə bağlı fəaliyyətini
əlaqələndirilməsi işində iştirak edir;
-
fəaliyyət istiqamətləri üzrə
qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin
layihələrini hazırlayır və təkmilləşdirilməsi ilə bağlı sektor müdirinə
təkliflər verir;
-
müvafiq beynəlxalq norma,
təlimat və qaydalara uyğun olaraq fitosanitar norma və qaydalarının
layihələrini hazırlayır;
-
fəaliyyət istiqamətlərinə uyğun
olaraq xarici dövlətlərin qabaqcıl təcrübəsini öyrənir və aidiyyəti üzrə
sektor müdirinə təkliflər verir;
-
sektor müdirinin müvafiq
göstərişinə və iş planına uyğun olaraq kollegiyanın müzakirəsinə təqdim
ediləcək məsələlərlə bağlı layihələri hazırlayır;
-
Dövlət Proqramlarında, Strateji
Yol Xəritələrində, Strateji Planlarda və Fəaliyyət Planlarında sektorun
fəaliyyət istiqamətləri üzrə qeyd olunmuş tədbirlərin həyata
keçirilməsində iştirak edir;
-
fitosanitar nəzarəti sahəsində
qanunvericiliyin tələbləri və qabaqcıl təcrübələrlə bağlı fermerlərin,
ailə təsərrüftalarının və sahibkarların maarifləndirilməsində iştirak
edir;
-
Bitki Mühafizəsi haqqında
Beynəlxalq Konvensiyanın (İPPC) və digər beynəlxalq təşkilatların
tələblərinə uyğun öhdəliklərə və qaydalara əməl edilməsi üçün müvafiq
tədbirlərin görülməsi ilə əlaqədar sektor müdirinə təkliflər verir;
-
ölkə ərazisi üzrə bitki
sağlamlığını izləyir, mövcud vəziyyəti təhlil edir, mövcud və potensial
riskləri müəyyənləşdirir və risk profilləri hazırlayır;
-
fitosanitar nəzarətində olan
məhsulların ixracı zamanı aşkarlanmış uyğunsuzluqlara dair idxalçı
ölkələrdən daxil olan bildirişlərdə (notifikasiya
sənədlərində) göstərilmiş məlumatları təhlil edir, qanuna uyğun
tədbirlərin görülməsi ilə bağlı arayışları hazırlayaraq sektor müdirinə
təqdim edir;
-
mülkiyyət formasından asılı olmayaraq,
hüquqi və fiziki şəxslərə fitosanitar xidmətlərin göstərilməsinə nəzarətin
təşkil edilməsi ilə əlaqədar sektor müdirinə təkliflər verir;
-
bitki sağlamlığı sahəsi üzrə
ixtisaslı kadrların peşə bacarıqlarının artırılması və prioritet sahələr
üzrə elmi-tədqiqatların aparılmasına dair təkliflər verir, Agentliyin
regional bölmələrində fəaliyyət göstərən fitosanitar müfəttişlərə
elmi-metodiki dəstək göstərir, bu məqsədlə təlimlər keçir;
-
beynəlxalq təcrübə nəzərə
alınmaqla, Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı elmi-texniki
nailiyyətlərin tətbiqi üzrə tövsiyələrin hazırlanması ilə əlaqədar sektor
müdirinə təkliflər verir;
-
sektorda kargüzarlıq işlərinin
aparılmasında iştirak edir və məxfilik rejiminə riayət edir;
-
fəaliyyət istiqamətlərinə uyğun
olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
|
| Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: biologiya müəllimliyi, kimya müəllimliyi, kimya və biologiya müəllimliyi , kimya, biologiya, ekologiya, torpaqşünaslıq və aqrokimya , aqronomluq, zootexniklik, aqromühəndislik, su bioehtiyatları və akvabitkilər, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: yoxdur
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(orta səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: yoxdur
|
| Müsahibədə iştirak etmək hüququ verən sertifikat |
BB4 |
| Müsahibə elanının tarixi |
06.05.2024 09:00 |
| Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
04.06.2024 18:00 |
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;
- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
Qeydlər:
- Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir. Müsahibədə iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilir.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
| Xarici dil bilik səviyyəsi | Açıqlama |
|---|
| A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
| A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
| B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
| B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
| C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
| C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 6 may 2024-cü il tarixindən 4 iyun 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.