Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi
Yerli İdarələr, Babək Rayon Mədəniyyət İdarəsi, mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin rəhbəri


Əlaqə məlumatları
  • Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
  • Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi üzrə: Babək rayonu, Babək şəhəri
Dövlət orqanı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi
Struktur bölmə Yerli İdarələr, Babək Rayon Mədəniyyət İdarəsi
Vakant inzibati vəzifənin adı və vakansiya sayı mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin rəhbəri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 5
Aylıq vəzifə maaşı 840
Qulluq funksiyaları
  • Şöbənin fəaliyyətini təşkil edir və onun fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata keçirir;
  •  Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri tərəfindən verilən əmr və qərarların icrasını təşkil edir və icraya nəzarəti həyata keçirir;
  • İdarə üzrə iş və tədbirlər planları hazırlayaraq təsdiq edir və icrasını təmin edir;
  • İdarənin və tabeliyində olan müəssisələrin fəaliyyətini təşkil edir və onlara ümumi rəhbərlik edir;
  • İdarəyə daxil olan sənədlərə, ərizə və şikayətlərə baxır, onların qanunvericiliklə müəyyən olunmuş müddətdə cavablandırılmasını təmin edir;
  • İdarənin aylıq, rüblük və illik fəaliyyətini əks etdirən hesabatları hazırlayaraq Nazirliyə təqdim edir;
  • “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq İdarənin əməkdaşlarının təqvim ili ərzində qiymətləndirilməsini həyata keçirir;
  • Müvafiq sahədə rayonda yerləşən müəssisələrin fəaliyyətinə qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş nəzarət funksiyalarını həyata keçirir, onların şəbəkəsinin inkişafı və maddi-texniki bazasının gücləndirilməsi üçün tədbirlər görü;
  • Müvafiq sahəyə ayrılan büdcə  vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;
  • Qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görür;
  • Rayonda mədəniyyət siyasətinin həyata keçirilməsinə və inkişaf etdirilməsinə dair proqramlar, tədbirlər planları hazırlayır və icrasını təmin edir;
  • Rayonda yaşayan yaradıcı insanlarla və gənclərlə məqsədyönlü iş aparır, onların problemlərinə diqqət yetirir, yaradıcılıq mühitinin formalaşmasına yardım göstərir və bu istiqamətdə müxtəlif tədbirlər təşkil edir;
  • Mədəniyyətin inkişafında xidmətləri olan mədəniyyət işçilərinin, yaradıcı şəxslərin yaradıcılıq fəaliyyəti barədə məlumat bazası yaradır;
  • İdarənin tabeliyində olan təhsil müəssisələrinin fəaliyyətinə nəzarət edir və onları istiqamətləndirir;
  • Mədəniyyət sahələrinin inkişafının əsas istiqamətlərinin kompleks təhlilini və proqnozlaşdırılmasını həyata keçirir, müvafiq yerli dövlət orqanları ilə birlikdə bu sahələrə investisiyaların cəlb olunması üçün təkliflər hazırlayır;
  • Tarix və mədəniyyət abidələrinin mühafizəsini təmin edir, yeni aşkar olunmuş mədəni sərvətlər və onların dövlət mühafizəsinə götürülməsi barədə Mədəniyyət Nazirliyinə  məlumat və təkliflər verir;
  • İdarənin əməkdaşlarının üzərinə düşən vəzifələri yerinə yetirməsinə, əmək və icra intizamına, etik davranış qaydalarına riayət etməsinə nəzarət edir;
  • İdarənin adından sənədləri imzalayır, razılaşma üçün daxil olan sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlayır;
  • Mövcud qanunvericiliyin və idarənin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər verir;
  • İdarəyə daxil olan məktub, müraciət, sorğu və digər sənədlərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə baxılmasına nəzarət edir;
  • İdarədə məxfilik rejimini təmin edir və dövlət sirrinin mühafizəsi üzrə tədbirlərinin görülməsinə görə cavabdehlik daşıyır;
  • İdarə daxilində kargüzarlığın qanunvericiliyə uyğun olaraq aparılmasını təşkil edir;
  • İdarənin əməkdaşlarının müvafiq sahə üzrə əlavə təhsil və təlimə ehtiyaclarını müəyyənləşdirərək bilavasitə rəhbərə təkliflər verir;
  • İdarənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbeh tədbirlərinin görülməsinə dair təkliflər verir;
  • İdarənin adından vətəndaşların qəbulunu, onların müraciətlərinin araşdırılmasını, cavablandırılmasını və müvafiq tədbirlərin görülməsini həyata keçirir;
  • İdarənin fəaliyyət istiqamətləri üzrə arayış, xidməti məruzə, digər sənəd və məlumatların hazırlanmasını, araşdırma və yoxlamaların, təhlil və ümumiləşdirmələrin aparılmasını təşkil edir;
  • Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin iclaslarında, Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin, onun müavinlərinin, Aparat rəhbərinin yanında keçirilən müşavirələrdə və yığıncaqlarda, komissiyaların və işçi qrupların işində iştirak edir.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: sənətşünaslıq, instrumental ifaçılıq, dirijorluq, bəstəkarlıq, musiqişünaslıq, xalq çalğı alətləri ifaçılığı, aktyor sənəti, rejissorluq ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 6 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-A2;
Müsahibədə iştirak etmək hüququ verən sertifikat AC1
Müsahibə elanının tarixi 05.02.2025 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 06.03.2025 18:00

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.

Qeydlər:

  • Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir. Müsahibədə iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilir.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
  • "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 5 fevral 2025-ci il tarixindən  6 mart 2025-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.