Əlaqə məlumatları |
|
Dövlət orqanı |
İqtisadiyyat Nazirliyi |
Struktur bölmə |
Daxili nəzarət şöbəsi, Xidməti araşdırma sektoru |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
məsləhətçi (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
5 |
Aylıq vəzifə maaşı |
840 |
Qulluq funksiyaları |
- Nazirliyin strukturlarında daxili nəzarət tədbirlərinin
təşkilində və həyata keçirilməsində iştirak edir
- Nazirliyin
fəaliyyət sahələri ilə bağlı analitik təhlillər aparmaq və təkliflər
hazırlayır
- nazirin, onun səlahiyyət verdiyi nazir müavinin və şöbə
müdirinin göstərişi ilə və Nazirliyin strukturlarından daxil olmuş və ya şöbə tərəfindən
əldə edilmiş məlumatlar, vətəndaşların və sahibkarların müraciətləri, məhkəmə və
hüquq mühafizə orqanlarından daxil olmuş xüsusi qərarlar, təqdimatlar və sair sənədlər
əsasında xidməti araşdırmalar aparır, müşahidə-baxış həyata keçirir, nəticələrini
müvafiq qaydalara uyğun olaraq Nazirliyin rəhbərliyinə təqdim edir
- Nazirliyin strukturlarının əməkdaşlarının korrupsiya,
sui-istifadə, süründürməçiliklə (bürokratik əngəllərlə) bağlı törədilmiş və ya
hazırlanan hüquqpozmaları və etik davranış qaydalarına əməl edilməsi ilə əlaqədar
xidməti araşdırmalar aparır, bununla bağlı aidiyyəti şəxslər barəsində sənədləri,
hesabatları və məlumatları qanunvericiliyə uyğun tələb edir
- Nazirliyin strukturlarının fəaliyyətinə dair keçirilmiş
daxili nəzarət tədbirləri zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların baş
vermə səbəblərini və şəraitini müəyyənləşdirir, aradan qaldırılması
prosedurları barədə təkliflər verir
- Nazirliyin strukturlarının fəaliyyətinə dair keçirilmiş
daxili nəzarət tədbirləri zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqlar barədə
onların rəhbərlərindən, əməkdaşlarından və digər şəxslərdən arayış və izahatlar
alır
- araşdırmanın nəticələri və nəticələrinin aradan
qaldırılması üzrə tədbirlər görür, yol verilmiş pozuntuların dayandırılmasını
tələb edir, habelə Nazirliyin rəhbərliyinə müvafiq təkliflər verir
- hüquqlarının pozulması halları müəyyən edildikdə, əməkdaşların
hərəkətlərinin normativ-hüquqi və digər idarəetmə aktlarının tələblərinə
uyğunluğunu yerində araşdırır
- daxil olan məlumatlar əsasında korrupsiya və
qanunvericiliyin pozulması iddiaları üzrə məlumat bazasını formalaşdırır və məlumatları
mütəmadi təhlil edir
- şöbənin səlahiyyətinə aid edilmiş hallarda inzibati xətaya
dair işlər üzrə protokolun tərtib edilməsini təmin edir
- Nazirliyin strukturlarının əməkdaşları tərəfindən xidməti
vəzifələrinin icrası zamanı sahibkarların və vətəndaşların hüquqlarının və
qanuni mənafelərinin gözlənilməsi üzrə fəaliyyətlərinə nəzarəti həyata keçirir
- Nazirliyin strukturlarında aparılan daxili nəzarət tədbirləri
zamanı sahibkarlar tərəfindən qanunvericiliyin tələblərinin pozulması, habelə
sahibkarlara münasibətdə qanunvericiliyin düzgün tətbiq edilməməsi halları
aşkar olunduqda müvafiq tədbirlərin görülməsi və zərurət yarandığı hallarda
dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsi barədə məsələ qaldırır
- Nazirliyin əməkdaşlarının korrupsiya ilə əlaqədar
hüquqpozmaları üzrə Azərbaycan Respublikası ilə hüquqi yardım göstərilməsi barədə
müqaviləsi olan xarici dövlətlərin rəsmi müraciətləri ilə bağlı araşdırmalar
aparır
- Nazirliyin strukturlarının əməkdaşlarının korrupsiya ilə
əlaqədar hüquqpozmalarını, onların xidməti, əmək, icra intizamını və
qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin tələblərini pozması,
Nazirlikdə dövlət qulluğu ilə bir araya sığmayan fəaliyyətlə məşğul olması
hallarını araşdırır, cinayət tərkibinin əlamətləri müəyyən edildiyi halda
cinayət təqibinin həyata keçirilməsi üçün materialların aidiyyəti üzrə göndərilməsi
barədə məsələ qaldırır
- Biznes
mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın müvafiq işçi qrupunun fəaliyyətini
Nazirlik üzrə əlaqələndirir, müvafiq hesabatlılığı təmin edir
- Nazirliyin strukturlarında kompleks və tematik daxili audit
yoxlamalarının aparılmasını və nəticələrinin ümumiləşdirilməsini, yoxlamaların
nəticələri barədə materialların hazırlanmasında iştirak edir
- məlumat, nəzarət və icra üçün daxil olmuş sənədləri qəbul
edərək onlarla tanış olur, icra xarakterli sənədlərin müəyyən edilmiş müddətlərdə
və qaydada icrasını təmin edir
- Nazirliyin əməkdaşları barədə, o cümlədən xidməti
yoxlamaların və araşdırmaların nəticələri üzrə dövlət qulluğu, əmək və digər
qanunvericilik aktlarının müddəalarının pozulması ilə əlaqədar xidməti
yoxlamalar və araşdırmalar aparır
- Nazirliyin strukturlarında aparılan xidməti yoxlamalar
və araşdırmalar zamanı vətəndaşların, o cümlədən sahibkarların hüquqlarının pozulması halları müəyyən edildikdə, əməkdaşların
hərəkətlərinin normativ-hüquqi və digər idarəetmə aktlarının tələblərinə
uyğunluğunu yerində araşdırır
- Nazirliyin
fəaliyyət istiqamətləri üzrə qanunvericilik aktlarının, strategiya, konsepsiya
və məqsədli proqramların, əmr, təşkilati-sərəncamverici sənədlərin
layihələrini hazırlayır və ya hazırlanmasında iştirak edir
- Normativ hüquqi aktların layihələrinin hazırlanmasını,
İqtisadiyyat Nazirliyində hazırlanan normativ hüquqi aktların ekspertizasının həyata
keçirilməsini və onlara daxili nəzarət elementləri üzrə hüquqi rəy verilməsini
təmin edir
- Nazirliyin fəaliyyət istiqamətləri üzrə yaranmış
mübahisələrin həllində iştirak edir və hüquqi həll variantları barədə təkliflər
verir
- Nazirliyin tabeliyində olan hüquqi şəxslərin təsis
edilməsi, yenidən təşkili və ləğvi proseslərinin qanunvericiliyin tələblərinə
uyğunluğuna nəzarət edir və kənarlaşma halları müşahidə edildikdə müvafiq tədbirlər
görür
- icraatına daxil olan məktub, ərizə, şikayət və təkliflərə
qanunla müəyyən edilmiş müddətlərdə və qaydada baxır
- fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə
nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: hüquqşünaslıq ixtisası üzrə ali təhsil
-
İş stajına dair tələblər: yoxdur
-
Kompüter biliklərinə dair tələblər: MS Office Proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə
-
Xarici dil biliklərinə dair tələblər: İngilis dili-A2;
|
Müsahibədə iştirak etmək hüququ verən sertifikat |
BA4 |
Müsahibə elanının tarixi |
05.02.2025 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
06.03.2025 18:00 |
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;
- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
Qeydlər:
- Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir. Müsahibədə iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilir.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 5 fevral 2025-ci il tarixindən 6 mart 2025-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.