| Əlaqə məlumatları |
|
| Dövlət orqanı |
Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi |
| Struktur bölmə |
Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin rəhbərliyi, İnzibati idarəetmə şöbəsi, Dəstək mərkəzi (sektor səlahiyyətli) |
| Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
sektor müdiri (1 yer) |
| Vakant inzibati vəzifənin təsnifatı |
6 |
| Aylıq vəzifə maaşı |
690 |
| Qulluq funksiyaları |
- Mərkəzin ümumi işini təşkil edir və işçilərin nizam intizama riayət
etmələrinə nəzarət edir
- Şöbə müdiri tərəfindən ona tapşırılmış işlərin icrasını təmin edir
- Hər gün səhiyyə sahəsində baş verən hadisələr haqqında dispetçerlərdən
məlumat əldə edir
- Daxil olan bütün telefon müraciətlərinin standartlara uyğun qəbul
edilməsi, vaxt ardıcıllığı, inzibati ərazi vahidliyinə və məzmununa uyğun
olaraq qruplaşdıraraq qeydiyyatının aparılması qaydasını müəyyən edir və
icrasına nəzarət edir
- Müraciətlərdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar Naxçıvan Muxtar
Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən tibb
müəssisələrinə tapşırıqların verilməsini, icrasının nəzarətdə saxlanılmasını və
həlli barədə müvafiq məlumatlar alınmasını təşkil edir
- Müraciətlərin operativ və keyfiyyətli həlli üçün Naxçıvan Muxtar
Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən tibb
müəssisələri ilə sıx əməkdaşlıq edir, zərurət yarandıqda izahat və təkliflər
edir
- Müraciət edənlərin müraciətlərində qeyd etdiyi problemin aradan
qaldırılması vəziyyətini zərurət yarandıqda müraciət edənlə əlaqə saxlayaraq
dəqiqləşdirilməsini təşkil edir
- Təkrarlanan və icrası müddət tələb edən müraciətləri xüsusi nəzarətdə
saxlayır və həlli üçün təkliflər verir
- Müraciət edənlərdən daxil olmuş elektron müraciətlər nəticəsində
informasiya sistemində yaradılmış iş əmrlərinin icra vəziyyəti barədə
hesabatlar hazırlayaraq Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinə təqdim
edilməsini təşkil edir
- Müraciətinin həllindən narazı qalan, iş prosesində dispetçerlərlə
telefon danışığı zamanı gərginlik yaradan müraciət edənlərlə danışıqlar aparır,
zərurət yarandıqda (MP3) səs yazılarını dinləyir və səhiyyə nazirinə məlumat
verir
- Müraciət edənlərin müraciətlərinin pik saatlarında mühəndis və
dispetçerlərin iş məsuliyyətinin və məsuldarlığının yüksəlməsi üçün daim
təbliğat aparır
- Öz işini Mərkəzin əməkdaşları ilə sıx əlaqəli şəkildə yerinə yetirir,
zərurət yarandığı hallarda onlara metodiki köməklik göstərir
- İş şəraitinin, kollektivdə qarşılıqlı münasibətlərin yaxşılaşdırılması,
intizamın möhkəmləndirilməsi, işçilərdə təşəbbüskarlığın və yaradıcılığın
inkişaf etdirilməsi, onların maddi və mənəvi həvəsləndirilməsi üzrə tədbirlər
işləyib hazırlayır və səhiyyə nazirinə təkliflər verir
- Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə
tutulmuş digər tədbirlərdə iştirak edir
- Mərkəzə aid sənədlərin və məlumatların qorunmasını, saxlanılmasını və
arxivə veriməsini təmin edir
|
| Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: təhsil ixtisasları qrupu, humanitar və sosial ixtisaslar qrupu, səhiyyə, rifah və xidmət ixtisasları qrupu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
-
İş stajına dair tələblər: 3 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(yüksək səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: İngilis dili-A2; Rus dili-A2;
|
| Müsahibədə iştirak etmək hüququ verən sertifikat |
AC2 |
| Müsahibə elanının tarixi |
16.01.2026 09:00 |
| Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
16.02.2026 18:00 |
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;
- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
Qeydlər:
- Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir. Müsahibədə iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilir.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
| Xarici dil bilik səviyyəsi | Açıqlama |
|---|
| A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
| A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
| B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
| B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
| C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
| C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 16 yanvar 2026-cı il tarixindən 16 fevral 2026-cı il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.