| Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti üzrə: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Park küçəsi 30
|
| Dövlət orqanı |
Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti |
| Struktur bölmə |
Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti, Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsi, Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili şöbəsi, Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsi, Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektoru |
| Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
şöbə müdirinin müavini - sektor müdiri (1 yer) |
| Vakant inzibati vəzifənin təsnifatı |
6 |
| Aylıq vəzifə maaşı |
630 |
| Qulluq funksiyaları |
- Müvafiq ərazidə memarlıq və şəhərsalma
sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir;
- Müvafiq sahədə qanunvericiliyin tələblərinə uyğun standart, norma və qaydaların hazırlanmasını, normativ sənədlərə rəy verilməsini, yerli səviyyədə normativ tənzimləmənin həyata keçirilməsini səlahiyyətləri çərçivəsində təmin edir;
- Müvafiq sahədə dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanmasında iştirak edir, həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin edir;
- Qanunvericiliklə müəyyən edilmiş qaydada yerli səviyyədə şəhərsalma, memarlıq və tikinti sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edir;
- Müvafiq sahədə qanunvericiliyin tələbinə uyğun olaraq ərazidə qanunsuz tikintilərin aşkar edilməsi məqsədilə monitorinqlər keçirilməsini, normativ sənədlərin tələblərinin pozulması ilə bağlı faktların araşdırılmasını və pozuntu hallarının aradan qaldırılması məqsədilə müvafiq tədbirlərin görülməsini təmin edir;
- Planlaşdırma sxemlərinin və layihələrinin, yaşayış məntəqələrinin baş planlarının, ayrı-ayrı funksional zona və qovşaqlarının müfəssəl planlaşdırma layihələrinin (ərazinin tikinti-planlaşdırma layihələri) hazırlanmasında iştirak edir və təsdiq üçün aidiyyəti üzrə təqdim edir;
- Tikintiyə icazə sənədlərinin hazırlanmasını, həmin sənədlərə və müraciətlərə aidiyyəti üzrə baxılmasını, cavablandırılmasını, icrasını və lazımi tədbirlərin görülməsini təmin edir;
- Bina və qurğuların memarlıq-planlaşdırma həllərinin şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğun razılaşdırılmasını təşkil edir;
- Müvafiq ərazidə məlumatlandırma icraatı tətbiq edilən fərdi yaşayış evlərinə, tikintisinə icazə verilən obyektlərə dair məlumatların müvafiq qaydada elektron informasiya sisteminə daxil edilməsi üçün zəruri işlərin həyata keçirilməsini təmin edir;
- Qanunvericiliklə müəyyən edilmiş qaydada yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi, habelə yaşayış sahəsinin yenidən qurulması və ya yenidən planlaşdırılması ilə bağlı qərar qəbul etmək üçün rəhbərlik qarşısında vəsatətlər qaldırır;
- Tikinti, memarlıq sahələrindəki fəaliyyətin təşkili məsələlərinə aid komissiyaların iclaslarını təşkil edir, görülən işlər barədə rəhbərliyə müntəzəm olaraq məlumatlar təqdim edir;
- Ərazidə milli və tarixi irsin, şəhərsalma, memarlıq abidələrinin, təbii–mədəni landşaftın, digər qoruq ərazilərinin saxlanması, mühafizəsi və zənginləşdirilməsi məqsədilə müvafiq dövlət orqanları və yerli özünüidarəetmə orqanları ilə birlikdə tədbirlər görülməsini təmin edir;
- Ərazidə aparılan abadlıq işlərində, yeni inşa olunan obyektlərdə estetik gözəlliyin, müasirliyin və milli memarlıq üslubunun qorunmasına nəzarəti təmin edir;
- Müvafiq ərazidə kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir;
- Küçələrin işıqlandırılması sisteminin istismara yararlı vəziyyətdə olmasına nəzarəti həyata keçirir;
- Dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir;
- Müvafiq ərazidə dövlət mənzil fondunun boş olan yaşayış sahələrinin qorunmasına və saxlanılmasına nəzarəti həyata keçirir;
- Məhəllədaxili ərazilərdə və meydanlarda istirahət güşəsinin, uşaq və idman meydançalarının qurulmasına, parklanma yerlərinin təşkilinə nəzarəti həyata keçirir;
- Ərazidə əsaslı və cari təmirə ehtiyacı olan yolların, məhəllədaxili sahələrin, uşaq-idman meydançalarının, park və bağların siyahılarını tərtib edir və bununla əlaqədar aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmasını təmin edir;
- Mənzil fondunun və sosial-mədəni obyektlərin qış mövsümündə istismara hazırlıq işlərinin həyata keçirilməsi üçün müvafiq tədbirlər görür;
- Əhaliyə göstərilən kommunal, nəqliyyat və digər xidmətlərin səviyyəsini müəyyənləşdirmək məqsədilə monitorinqlərin keçirilməsini təşkil edir, xidmətlərin yaxşılaşdırılması sahəsində aidiyyəti qurumlarla birlikdə müvafiq tədbirlər həyata keçirir;
- Yeraltı və yerüstü kommunikasiya xətlərinin çəkilişi zamanı görülən işlərə nəzarəti təmin edir, kommunikasiya xətlərində baş vermiş qəzaların aradan qaldırılması üçün operativliyin təmin edilməsi məqsədilə təşkilatlararası əlaqələrin qurulmasına nəzarət edir;
- İstehsalat və məişət tullantılarının yığılması və daşınması işinin təşkilinə nəzarət edir, icazəsiz tullantı yerlərinin ləğv edilməsi üçün tədbirlər görür, tullantılarla davranma qaydaları barədə vətəndaşların məlumatlandırılmasını təmin edir;
- Yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırması üçün müvafiq proqramların hazırlanmasında iştirak edir və həmin proqramların icrasına nəzarət edir, yaşıllıqların uçotunun aparılmasını və mühafizəsini təşkil edir;
- Müvafiq ərazidə sanitar-epidemioloji şəraitin yaxşılaşdırılmasında, ətraf mühitin qorunmasında və ekoloji təhlükəsizliyin təmin edilməsində iştirak edir;
- Ətraf ərazilərin çirklənmə təhlükəsi doğura biləcək tikintilər aparılan meydançalara nəzarəti həyata keçirir;
- Müvafiq ərazidə mövcud yanğından mühafizə hovuzlarının, hidrantların texniki vəziyyətinin müəyyənləşdirilməsini təmin edir və aidiyyəti qurumların bu istiqamətdə gördüyü işləri nəzarətdə saxlayır;
- Müvafiq ərazidə baş vermiş təbii fəlakətlərin və fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasında iştirak edir.
|
| Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: memarlıq, inşaat mühəndisliyi, şəhərsalma ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 3 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(orta səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-A2 və ya İngilis dili-A2;
|
| Müsahibədə iştirak etmək hüququ verən sertifikat |
AC3 |
| Müsahibə elanının tarixi |
16.01.2026 09:00 |
| Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
16.02.2026 18:00 |
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;
- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
Qeydlər:
- Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir. Müsahibədə iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilir.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
| Xarici dil bilik səviyyəsi | Açıqlama |
|---|
| A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
| A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
| B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
| B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
| C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
| C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 16 yanvar 2026-cı il tarixindən 16 fevral 2026-cı il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.