| Əlaqə məlumatları |
|
| Dövlət orqanı |
Müdafiə Sənayesi Nazirliyi |
| Struktur bölmə |
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Müdafiə Sənayesi Nazirliyinin Aparatı, İnsan resurslarının idarə edilməsi şöbəsi , Dövlət qulluğu və kadr məsələləri sektoru |
| Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
böyük məsləhətçi (1 yer) |
| Vakant inzibati vəzifənin təsnifatı |
5 |
| Aylıq vəzifə maaşı |
880 |
| Qulluq funksiyaları |
- Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi (bundan sonra - MSN)
Aparatının, habelə MSN-in nomenklaturunda olan əməkdaşların dövlət qulluğuna
(işə) qəbulunu, işdən çıxarılmasını, bir iş yerindən başqasına keçirilməsini, vəzifəsinin
böyüdülməsini, mükafatlandırılmasını, kadr ixtisasının artırılmasını, məzuniyyətin
verilməsini və s. kadr əməliyyətlarının sənədləşdirilməsi işlərini yerinə
yetirir
- MSN Aparatının və MSN-in nomenklaturunda olan əməkdaşlarının şəxsi işlərini
kağız daşıyıcısında, o cümlədən və elektron qaydada aparır və formalaşdırır
- MSN Aparatının kadrlara olan tələbatı haqqında aidiyyəti yerlərə məlumat
verir
- ixtisas və attestasiya komissiyalarına lazım olan materialları
hazırlayır
- MSN rəhbərliyi tərəfindən əmək məzuniyyətinin verilməsinə dair təsdiq
edilmiş növbəlilik cədvəlinin icrasına nəzarət edir
- əməkdaşların şəxsi işlərini aparır və vaxtı keçmiş işləri MSN-in arxivinə
verir
- səlahiyyətləri daxilində normativ sənədləri hazırlayır və ya hazırlanmasında iştirak edir
- dövlət qulluqçularının reyestrini aparır
- əməkdaşlardan (namizədlərdən) qanunvericiliklə
müəyyən edilmiş sənədləri qəbul edərək onun tələblərinə cavab verməsini
yoxlayıb şəxsi işə tikir
- dövlət qulluqçusunun şəxsi işində olan məlumatların
mühafizəsini, o cümlədən həmin məlumatlardan qeyri-qanuni istifadəyə yol
verilməməsini təmin edir
- dövlət qulluqçusunu onun müraciəti ilə şəxsi
işindəki sənədlərlə tanış edir
- fərdi məlumatları üçüncü şəxslərə qanunvericiliyin
tələbləri gözlənilməklə yalnız dövlət qulluqçusunun razılığı əsasında verir
- dövlət qulluqçularının şəxsi işlərini xüsusi ayrılmış
metal şkaflarda saxlayır və iş otağından çıxdıqda metal şkafın qapısını bağlayıb
möhürləyir
- dövlət qulluqçusu digər dövlət orqanında vəzifəyə
təyin edildiyi halda, onun şəxsi işini yeni vəzifəyə təyin edildiyi dövlət
orqanına təhvil verir və tərtib edilmiş dövlət qulluqçusunun şəxsi vərəqəsinin
surətini sektorda saxlayır
- işçiyə aid məlumatları Dövlət Qulluqçularının Reyestri İnformasiya
Sisteminə yerləşdirir
- qanunvericiliklə müəyyən edilmiş kadr əməliyyatlarını “Əmək və məşğulluq“
altsistemi (ƏMAS) üzərindən həyata keçirir
- Ehtiyat Kadrların İdarə Edilməsi Sistemində tələb edilən əməliyyatları
aparır
- istifadəsinə verilmiş inventar və avadanlıqları qoruyub saxlayır və səmərəli
istifadə edir
- əmək və nizam-intizam qaydalarına riayət edir
- rəhbərlik tərəfindən MSN-in Aparatında, habelə
tabeliyində olan birlik və müəssisələrdə yaradılmış işçi qruplarına,
komissiyalara və şuralara üzv qəbul edildikdə həmin məşvərətçi qurumlar
qarşısında qoyulan vəzifələri icra edir
- dövlət sirri və məxfiliyə aid sahələrdə qanunvericiliyin tələblərinə
riayət edir
- MSN-də qəbul edilmiş daxili qaydalara, təlimatlara və dövlət
qulluqçularının etik davranış qaydalarına əməl edir
- vəzifə səlahiyyətlərinə və şöbənin əsasnaməsi ilə fəaliyyət istiqamətlərinə
uyğun məsələlərlə yanaşı, sektor müdiri, şöbə müdiri və rəhbərlik tərəfindən
verilən tapşırıqları müəyyən edilmiş müddətdə və yüksək məsuliyyətlə yerinə
yetirir
- əməyin mühafizəsi üzrə normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi,
əməyin gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənir, mənimsəyir və
onlara əməl edir
- Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi Sistemini
və xidməti elektron poçtu izləyir, tapşırıqların icrasını müəyyən edilmiş
müddət ərzində təmin edir və icrası başa çatmış işlərin işə alınması üçün
hesabat verir
|
| Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: texniki və texnoloji ixtisaslar qrupu, humanitar və sosial ixtisaslar qrupu üzrə ali təhsil
-
İş stajına dair tələblər: 2 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(yüksək səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: yoxdur
|
| Müsahibədə iştirak etmək hüququ verən sertifikat |
BA3 |
| Müsahibə elanının tarixi |
16.01.2026 09:00 |
| Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
16.02.2026 18:00 |
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;
- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
Qeydlər:
- Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir. Müsahibədə iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilir.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
| Xarici dil bilik səviyyəsi | Açıqlama |
|---|
| A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
| A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
| B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
| B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
| C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
| C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 16 yanvar 2026-cı il tarixindən 16 fevral 2026-cı il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.