| Əlaqə məlumatları |
|
| Dövlət orqanı |
Milli Arxiv İdarəsi |
| Struktur bölmə |
Azərbaycan Respublikası Milli Arxiv İdarəsi, Milli Arxiv İdarəsinin Aparatı, Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsi |
| Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
baş məsləhətçi (1 yer) |
| Vakant inzibati vəzifənin təsnifatı |
5 |
| Aylıq vəzifə maaşı |
880 |
| Qulluq funksiyaları |
- Ali dövlət hakimiyyəti orqanlarından,
dövlət qurumlarından, idarə, müəssisə və təşkilatlardan, hüquqi
və fiziki şəxslərdən, o cümlədən xarici ölkələrin
aidiyyəti qurumlarından və vətəndaşlarından daxil olan sosial-hüquq
və tematik xarakterli sorğuların icrasını təmin edir;
- MAF sənədlərinin istifadəsi və arxiv məlumatlarının
verilməsi üzrə ödənişli arxiv xidmətlərinin qanunvericiliyin tələblərinə uyğun
təşkil edilməsində dövlət arxiv xidməti təşkilatlarına metodiki köməklik göstərir
və prosesə ümumi nəzarəti həyata keçirir;
- “ASAN Xidmət” Mərkəzlərində “Arxiv
arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin surətinin
verilməsi” xidmətinin fəaliyyətinin təmin edilməsində iştirak edir;
- Dövlət arxiv xidməti təşkilatları tərəfindən
hazırlanan sənəd toplularının,
məcmuələrin, göstəricilərin hazırlanmasında, sənədlərin (o cümlədən xarici dildə
olan sənədlərin) seçilməsində, sənədin orijinal dilinə
uyğun arxeoqrafik cəhətdən işlənilməsində, rəsmi və şəxsi mənşəli
sənədlərin tərcümə edilməsində, elmi-məlumat
aparatının hazırlanmasında (o cümlədən xarici
dildə) iştirak edir;
- MAF sənədləri üzrə sənəd
sərgilərinin (həmçinin
virtual), xülasələrin, videoxülasələrin və digər
media resursların hazırlanması (o cümlədən xarici
dildə), nümayişi və yayımlanması işini təşkil edir;
- Dövlət arxivlərinin illik plan və hesabatlarını
şöbənin profili üzrə təhlil edir, rəy verir, ümumi statistik və analitik hesabatları
hazırlayıb təqdim edir;
- Dövlət arxivlərində mühafizə olunan sənədlər barədə
dövlət və ictimai təşkilatların, kütləvi informasiya vasitələrinin məlumatlandırılması işinin
təşkil edir;
- Dövlət arxiv xidməti təşkilatları,
tədqiqatçılar və istifadəçilər (o cümlədən xarici ölkələrdən olan
tədqiqatçılar və istifadəçilər) tərəfindən dövlət arxiv
xidməti təşkilatlarının oxu zallarında MAF sənədlərdən istifadə edilməsi işinin
qanunvericiliyin tələblərinə uyğun təşkil edilməsinə ümumi
nəzarəti həyata keçirir;
- Media subyektləri ilə İdarənin
və Dövlət Arxivlərinin işinin təşkilində iştirak edir;
- Arxiv işinə aid xəbərlər (o cümlədən xarici
dildə) hazırlayıb İdarənin rəsmi saytında, sosial şəbəkə
hesablarında və digər media subyektlərində paylaşılmasını təmin edir;
- Şöbənin profili üzrə qabaqcıl beynəlxalq təcrübənin
öyrənilməsi və dövlət arxivlərində tətbiq edilməsinə dair təkliflərin hazırlanmasında iştirak
edir;
- MAF sənədlərinin istifadəsi sahəsi üzrə
vətəndaşların və xarici ölkə vətəndaşlarının qəbulu işini
qanunvericiliyə uyğun təşkil edir;
- Kargüzarlıq sahəsində normativ-hüquqi aktlara
müvafiq olaraq, İdarənin struktur bölmələrində və tabeli təşkilatlarında
elektron sənəd dövriyyəsinin təşkilinə ümumi rəhbərliyin və cari nəzarətin həyata
keçirilməsi ilə bağlı, sənədlərin icra müddətinə nəzarətin həyata keçirilməsi
ilə bağlı təkliflər verir;
- İdarənin müvafiq elektron informasiya sistemlərində
MAF sənədlərinin istifadəsi işini təşkilində iştirak edir;
- Şöbə müdirinin tapşırıqları üzrə şöbənin
profilinə aid olan digər işləri icra edir;
|
| Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: humanitar və sosial ixtisaslar qrupu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
-
İş stajına dair tələblər: 3 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(orta səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1; Rus dili-B2;
|
| Müsahibədə iştirak etmək hüququ verən sertifikat |
BA3 |
| Müsahibə elanının tarixi |
16.01.2026 09:00 |
| Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
16.02.2026 18:00 |
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;
- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
Qeydlər:
- Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir. Müsahibədə iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilir.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
- Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
| Xarici dil bilik səviyyəsi | Açıqlama |
|---|
| A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
| A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
| B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
| B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
| C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
| C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 16 yanvar 2026-cı il tarixindən 16 fevral 2026-cı il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.