Tərtər Rayon İcra Hakimiyyəti
Tərtər Rayon İcra Hakimiyyəti, Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Hüquq və kadr məsələləri sektoru, məsləhətçi


Əlaqə məlumatları
Dövlət orqanı Tərtər Rayon İcra Hakimiyyəti
Struktur bölmə Tərtər Rayon İcra Hakimiyyəti, Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Hüquq və kadr məsələləri sektoru
Vakant inzibati vəzifənin adı və vakansiya sayı məsləhətçi (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 7
Aylıq vəzifə maaşı 1260
Qulluq funksiyaları
  • İcra hakimiyyətinin fəaliyyət istiqamətləri üzrə normativ hüquqi aktların, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hazırlanmasında iştirak edir;
  • Struktur bölmələr tərəfindən hazırlanmış hüquqi sənədlərin və ya icra hakimiyyətinə daxil olan normativ sənədlərin layihələrinin qanunvericiliyə uyğunluğunu yoxlayır və onlara dair əsaslandırılmış hüquqi rəy layihələri hazırlayır;
  • İcra hakimiyyətinin bağladığı mülki-hüquqi müqavilələrin layihələrini tərtib edir və tərəflərin hüquqi öhdəliklərinin qanunvericiliyə uyğunluğunu yoxlayır;
  • İnzibati xətalarla bağlı daxil olmuş məlumatları araşdırır, protokolların və qərarların qeydiyyatını aparır, onların tərəflərə vaxtında çatdırılmasını və mərkəzi məlumat sisteminə işlənilməsini təmin edir, inzibati xətalara dair işlərə baxılmasının nəticələrini təhlil edir;
  • Məhkəmə iddiaları üzrə zəruri sənədlər toplusunu formalaşdırır, iddia ərizələri və etirazlar hazırlayır, etibarnamə əsasında məhkəmə iclaslarında dövlət orqanının maraqlarını müdafiə edir;
  • Dövlət proqramları və strateji planlarda nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı hüquqi xarakterli arayışlar hazırlayır, sektorun fəaliyyət istiqamətləri üzrə müəyyən edilmiş tapşırıqların vaxtında icra olunması üçün zəruri məlumatları toplayır və sistemləşdirilməsi üçün müvafiq tədbirləri həyata keçirir;
  • Sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq komissiyaların iclaslarının təşkil edilməsində iştirak edir və komissiyaya daxil olan sənədləri icra edir;
  • Korrupsiya hallarının qarşısının alınması istiqamətində hüquq mühafizə və digər orqanlarla (qurumlarla) qarşılıqlı əlaqələrin yaradılmasında iştirak edir; 
  • Qanunçuluğun qorunması və hüquq qaydasının möhkəmləndirilməsi məqsədilə hüquq-mühafizə orqanları ilə aparılan rəsmi yazışmaları hazırlayır, onlara göndəriləcək sorğuları və daxil olan müraciətlərə dair hüquqi arayışları tərtib edir;
  • Səlahiyyətləri daxilində müvafiq ərazidə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsində iştirak edir;
  • Sektorun iş planının hazırlanmasında iştirak edir, iş planında nəzərdə tutulmuş aidiyyəti tədbirləri  vaxtında və keyfiyyətlə yerinə yetirir;
  • Sektorun fəaliyyəti ilə bağlı hesabat, arayış və məlumatlar hazırlanmasında iştirak edir;
  • Sektora daxil olan aidiyyəti ərizə, şikayət, təklif və məktubları qanunvericiliklə müəyyən edilmiş qaydada icra edir, səlahiyyətləri daxilində vətəndaşların qəbulunda iştirak edir; 
  • Sektorun kargüzarlıqla bağlı qayda və məxfilik rejiminə riayət edir;
  • Sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: hüquqşünaslıq ixtisası üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: Windows ƏS, MS Office, İnternetdən istifadə (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-A1; İngilis dili-A1;
Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB4
Müsahibə elanının tarixi 17.08.2026 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 15.09.2026 18:00

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;
  • Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 - cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.

Qeydlər:

  • Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir. Müsahibədə iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilir.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
  • "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 17 avqust 2026-cı il tarixindən  15 sentyabr 2026-cı il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.