Diasporla İş üzrə Dövlət Komitəsi
Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı, Təbliğat, informasiya və analitik təhlil şöbəsi, Təbliğat və analitik təhlil sektoru, böyük məsləhətçi


Əlaqə məlumatları
Dövlət orqanı Diasporla İş üzrə Dövlət Komitəsi
Struktur bölmə Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı, Təbliğat, informasiya və analitik təhlil şöbəsi, Təbliğat və analitik təhlil sektoru
Vakant inzibati vəzifənin adı və vakansiya sayı böyük məsləhətçi (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 5
Aylıq vəzifə maaşı 880
Qulluq funksiyaları
  • Qanunvericiliklə müəyyən edilmiş qaydada Komitənin fəaliyyət istiqaməti üzrə aylıq icmalın hazırlanması;
  • Komitənin səlahiyyətləri daxilində təbliğat, maarifləndirmə və məlumat xarakterli kitabçaların, bukletlərin, informasiya vərəqələrinin hazırlanması və ingilis dilinə tərcümə olunması; 
  • Analitik təhlil, Komitənin illik (yarımillik) hesabat və iş planlarının hazırlanması;
  • Azərbaycan və ingilis dillərində press-relizlərin yazılması;
  • Diaspor işinin təşkilində müvafiq dövlət strukturları və yerli icra hakimiyyəti orqanları ilə lazımi əlaqələrin qurulması və birgə əməkdaşlıq edilməsi işində iştirak edilməsi;
  • Dövlət Komitəsinin dəstəyi ilə nəşr olunan mətbu orqanlarda çap olunan məqalələrin hazırlanması işində iştirak edilməsi;
  • Şöbənin icraatında olan sənədlərin icrasında iştirak edilməsi;
  • Komitənin kommunikasiya strategiyasının icrası;
  • Müvafiq icra hakimiyyəti orqanı tərəfindən tələb olunan hesabatların hazırlanması;
  • Şöbəyə ingilis dilində daxil olan məktubların tərcümə olunması;
  • Xarici medianın izlənilməsi, ingilis dilində olan məlumatların tərcümə olunması və həftəlik xülasənin yazılması;
  • Komitənin nəzdində fəaliyyət göstərən Diaspor TV üçün Azərbaycan və ingilis dillərində müsahibələrin alınması;
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsil tələbləri: humanitar və sosial ixtisaslar qrupu, dil və ədəbiyyat müəllimliyi (dillər üzrə), xarici dil müəllimliyi (dillər üzrə) ixtisasları üzrə ali təhsil
  • Staj tələbi: 2 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • kompüter tələbləri: MS Windows, MS Office, Internet (orta səviyyədə)
  • Xarici dil bilikləri: Rus dili-B1; İngilis dili-B2;
Müsahibədə iştirak etmək hüququ verən sertifikat BA3
Müsahibə elanının tarixi 13.01.2023 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 13.02.2023 18:00