Hesablama Palatası
Sosial müdafiə və sosial təminat sahələrinin auditi şöbəsi, Sosial təminat sahələrinin auditi sektoru, baş məsləhətçi


Əlaqə məlumatları
Dövlət orqanı Hesablama Palatası
Struktur bölmə Sosial müdafiə və sosial təminat sahələrinin auditi şöbəsi, Sosial təminat sahələrinin auditi sektoru
Vakant inzibati vəzifənin adı və vakansiya sayı baş məsləhətçi (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 4
Aylıq vəzifə maaşı 900
Qulluq funksiyaları
  • şöbənin fəaliyyət istiqamətləri üzrə Palataya daxil olan qanunvericilik aktlarının şöbə tərəfindən hüquqi və iqtisadi ekspertizasının həyata keçirilməsi işində iştirakın həyata keçirilməsi
  • şöbənin fəaliyyət istiqamətləri üzrə şöbəyə daxil olan müvafiq statistik məlumatların və hesabatların şöbə tərəfindən təhlili və müvafiq rəyin hazırlanması işinin həyata keçirilməsi
  • hesabat, rəy və məlumatlar üzrə Palatanın informasiya bazasının formalaşdırılması və inkişafı üzrə təkliflərin hazırlanması işindı iştirakın təmin edilməsi
  • işsizlikdən sığorta fondu büdcəsinin layihəsi üzrə şöbəyə daxil olan sənədlərin, müvafiq statistik hesabatların və məlumatların təhlili və müvafiq rəyin hazırlanmasında iştirakın təmin edilməsi 
  • işsizlikdən sığorta fondu büdcəsinin icrası ilə əlaqədar Palataya daxil olan sənədlərin, müvafiq statistik hesabatların və məlumatların şöbə tərəfindən təhlili və müvafiq rəyin hazırlanmasında iştirakın həyata keçirilməsi
  • şöbənin fəaliyyət istiqaməti üzrə audit və digər nəzarət tədbirlərinin həyata keçirilməsi işində iştirakın həyata keçirilmıəsi rəyin hazırlanmasında iştirakın həyata keçirilməsi
  • şöbənin fəaliyyət istiqaməti üzrə həyata keçirilən maliyyə-nəzarət tədbirlərinin nəticələri barədə məlumatların ümumiləşdirilməsi işində iştirakın təmin  edilməsi;
  • Palatanın fəaliyyəti haqqında illik hesabatların hazırlanması üçün maliyyə-büdcə nəzarəti tədbirlərinin nəticələri üzrə şöbənin fəaliyyətini əks etdirən müvafiq materialların hazırlanması işinidə iştirakın həyata keçirilməsi;
  •  sərəncam mahiyyətli sənədlərdə nəzərdə tutulmuş tədbirlərin (tapşırıqların) həyata keçirilməsinin öz səlahiyyətləri daxilində təmin edilməsi, zəruri hallarda əlaqələndirmə və koordinasiya işlərinin təşkil ediməsi;
  •  fəaliyyət istiqamətləri üzrə Palatanın inkişaf konsepsiyası və strateji inkişaf planlarının hazırlanmasında iştirak edilməsi və səlahiyyətləri daxilində icrasının təmin edilməsi;   
  • Palatanın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qanunvericilik aktlarında və metodiki sənədlərdə müvafiq dəyişikliklərin edilməsi və ya yeni normativ hüquqi aktların və metodiki sənədlərin hazırlanması ilə bağlı təkliflərin verilməsi və həmin aktların hazırlanmasında iştirak edilməsi;
  • mövcud məlumat bazasının təkmilləşdirilməsi və müvafiq məlumatların əldə edilməsi məqsədilə müvafiq hesabat formalarının hazırlanması işinidə iştirakın həyata keçirilməsi
  • şöbənin fəaliyyət istiqaməti üzrə məlumat və hesabatların təhlili, keçirilmiş audit tədbirlərinin nəticələrinə əsaslanaraq qüvvədə olan normativ-hüquqi aktların təkmilləşdirilməsi barədə təkliflərin verilməsində iştirakın həyata keçirilməsi 
  • şöbənin fəaliyyət istiqamətləri üzrə qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların məktub və sorğularına, habelə vətəndaşların ərizə və şikayətlərinə müvafiq qaydada baxılması, icrası istiqamətində zəruri tədbirlərin görülməsində iştirakın həyata keçirilməsi;
  • şöbənin fəaliyyəti barədə illik hesabatın hazırlanmasında iştirakın həyata keçirilməsi
  • şöbə müdirinin tapşırığına əsasən səlahiyyətləri daxilində Palatanın dövlət orqanları, idarə, müəssisə və təşkilatlar, hüquqi və fiziki şəxslərlə münasibətdə təmsil edilməsi
  • fəaliyyət istiqamətlərinə uyğun olaraq şöbə müdiri və sektor müdiri tərəfindən verilmiş digər vəzifələrin yerinə yetirilməsi. 
  • fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş və Palatanın rəhbərliyi tərəfindən verilmiş digər vəzifələri yerinə yetirilməsi.      
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: hüquqşünaslıq , ümumi iqtisadiyyat ixtisaslar istiqamətləri, biznesin təşkili və idarəedilməsi ixtisası üzrə ali təhsil
  • İş stajına dair tələblər: 4 il ümumi iş stajı
  • Kompüter biliklərinə dair tələblər: (MS WINDOWS, MS OFFICE, INTERNET və s.) – orta səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-A2;İngilis dili-A2;
Müsahibə elanının tarixi 30.07.2018 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 30.08.2018 18:00

ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • vakant vəzifəni təqdim etmiş dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi, hərbi, diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında daxil edilən və hazırda ehtiyat kadrlar siyahısında olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.

ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
  • xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.

ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 30 iyul 2018-ci il tarixindən 30 avqust 2018-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.

Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər, o cümlədən ehtiyat kadrlar iştirak edə bilərlər.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları (o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan şəxslər) altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir
  • Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
  • 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə telefonları: 

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1742,1745); e-mail: dqqebul@dim.gov.az;

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 431 63 86 (daxili 111,117); e-mail: dqqeydiyyat@dim.gov.az.