Qida Təhlükəsizliyi Agentliyi
Aparat, Hüquq, kadr və icraya nəzarət şöbəsi, dövlət orqanı aparatında şöbə müdiri


Əlaqə məlumatları
  • Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
  • Qida Təhlükəsizliyi Agentliyi üzrə: Az1022, Bakı şəhəri, Nizami r-nu, H.Əliyev pr-ti152, Çinar Plaza
Dövlət orqanı Qida Təhlükəsizliyi Agentliyi
Struktur bölmə Aparat, Hüquq, kadr və icraya nəzarət şöbəsi
Vakant inzibati vəzifənin adı və vakansiya sayı dövlət orqanı aparatında şöbə müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 4
Aylıq vəzifə maaşı 1435
Qulluq funksiyaları
  • Agentliyin Aparatının struktur bölmələrində, strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda normativ hüquqi təminat işlərinin aparılmasına metodiki və əməli rəhbərliyi həyata keçirmək;
  • Agentliyin Aparatının struktur bölmələrində və strukturuna daxil olan qurumların yüksək ixtisaslı mütəxəssislərlə komplektləşdirilməsi, kadrların seçilməsi, yerləşdirilməsi istiqamətində  dövlət kadr strategiyasının həyata keçirilməsində iştirak , dövlət qulluğu və kadr işinin aparılmasına metodiki və əməli rəhbərliyi həyata keçirmək;
  • İnsan resurslarının idarəedilməsinə dair strategiya, proqram və digər sənədlərin hazırlanması və həyata keçirilməsini  və ştat vahidlərinin ixtisaslı  kadrlarla  təmin  edilməsini təmin etmək,  işçilərin  intizam  məsuliyyətinə  cəlb  edilməsi  və  mükafatlandırılması haqqında rəhbərliyə təkliflər vermək;
  • Agentlikdə kargüzarlıq, sənəd dövriyyəsi, arxiv işinin təşkili və, təkmilləşdirilməsi, Agentliyə daxil olan sənədlərin icrasına nəzarət və Agentliyin struktur bölmələrinin bu sahədəki fəaliyyətinə rəhbərlik etmək;
  • Agentliyin fəaliyyətini tənzimləyən və ya fəaliyyəti ilə əlaqədar olan qanunvericilik aktlarının, normativ-hüquqi aktların, təşkilati-sərəncamverici və digər qeyri- normativ hüquqi aktların layihələrinin hazırlanmasını təmin etmək; 
  • Agentlik Aparatının struktur bölmələri və strukturuna daxil olan qurumlar tərəfindən hazırlanmış normativ hüquqi aktların və digər qanunvericilik aktlarının, beynəlxalq müqavilələrin, təşkilati-sərəncamverici aktların layihələrinin hüquqi ekspertizasının həyata keçirilməsinə nəzarət etmək;
  • Zərurət yarandıqda Agentliyin fəaliyyəti ilə bağlı mülki, idarələrarası və s. xarakterli müqavilələrin hazırlanmasını həyata keçirmək, belə müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsini təmin etmək; 
  • Agentliyin fəaliyyətini tənzimləyən və fəaliyyəti ilə əlaqədar olan  qanunvericilik bazasını formalaşdırmaq, mütəmadi olaraq təkmilləşdirilməsini və yenilənməsini təmin etmək, normativ hüquqi təminat işinin aparılmasına metodiki və əməli rəhbərliyi həyata keçirmək; 
  • Azərbaycan Respublikasının məhkəmələrində Agentliyin, xarici dövlətlərin məhkəmələrində (arbitrajlarda) Azərbaycan Respublikasının hüquq və qanuni mənafelərini müdafiə etmək, məhkəmə baxışları ilə əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin,etirazların,  apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin və s.) hazırlanmasını təmin etmək;
  • Dövlət, məhkəmə, yerli özünüidarəetmə orqanları, müəssisə və təşkilatlar, beynəlxalq və yerli qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər tərəfindən Agentliyə ünvanlanmış və icrası şöbəyə tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxılmasını və müvafiq tədbirlərin görülməsini təmin etmək; 
  • Müvafiq qanunvericilik aktlarında və dövlət proqramlarında Agentliyə həvalə edilmiş tədbirlərin, habelə təşkilati-sərəncamverici aktlarda  nəzərdə tutulmuş tədbirlərin (tapşırıqların) həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək, bununla bağlı koordinasiya işlərini təşkil etmək;
  • Agentlik Aparatının struktur bölmələri və strukturuna daxil olan qurumlarına Agentliyin fəaliyyəti prosesində, habelə fəaliyyət istiqamətləri üzrə hüquqi yardım göstərmək, arayışlar, rəylər və qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində hüquqi məsləhətlər vermək;
  • Agentlik Aparatının struktur bölmələri və strukturuna daxil olan qurumlar tərəfindən hazırlanmış normativ hüquqi aktların qanunvericiliyə uyğunluğuna dair rəylərin verilməsini təmin etmək;
  • Agentliyin işçilərinin şəxsi işlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada hazırlanması, kadr təminatının proqnozlaşdırılması, ehtiyat kadrların formalaşdırılması, insan resurslarının idarə edilməsi sahəsində işlərin təşkili, həyata keçirilməsi,  arxivinin yaradılmasını  və uçotunun aparılması işlərinə nəzarət etmək;
  • Agentlik Aparatının struktur bölmələri və strukturuna daxil olan qurumlarda  çalışan işçilərin peşə hazırlığı, təkrar hazırlığı və ixtisasının artırılması sahəsində Agentliyin struktur bölmələri arasında fəaliyyətin əlaqələndirməsini təmin etmək, bu sahədə işlərin vəziyyətini təhlil edərək təkliflər hazırlamaq;
  • Aidiyyəti qurumlarla birlikdə əməkdaşların təlim ehtiyaclarını müəyyən etmək, peşəkarlığının artırılması, etik davranış və korrupsiyaya qarşı mübarizə məsələləri üzrə tədbirlər (görüş, seminar, təlim, treninq və s.) təşkil etmək və bununla bağlı rəhbərliyə müvafiq təkliflər vermək;
  • Daimi dövlət qulluğuna qəbul edilmiş dövlət qulluqçularının qanunverciliyə uyğun təntənəli surətdə and içməsini təmin etmək;
  • Ştat vahidlərinin ixtisaslı kadrlarla təmin edilməsi, kadrların rotasiyası, vəzifəyə təyin və ya vəzifədən azad edilməsi haqqında təkliflər vermək;
  • Staj müddətinə təyin olunmuş dövlət qulluqçularının kuratorunun müəyyən edilməsi və yeni təyin olunmuş işçilərlə adaptasiya işinin aparılmasına nəzarət etmək;
  • Agentlik Aparatının struktur bölmələri və strukturuna daxil olan qurumların  yüksək ixtisaslı mütəxəssislərlə komplektləşdirilməsi, kadrların seçilməsi, yerləşdirilməsi istiqamətində  şöbənin səlahiyyətləri daxilində dövlət kadr strategiyasını həyata keçirilməsini təmin etmək;
  • Əməkdaşların xidməti vəsiqələr, əmək kitabçaları ilə təmin edilməsini, əmək kitabçalarının doldurulmasını, onların qeydiyyatının aparılmasını və saxlanmasını təmin etmək;
  • Agentlik Aparatının struktur bölmələri və strukturuna daxil olan qurumların rəhbərlərinin təklifi əsasında əməkdaşlarının illik məzuniyyət qrafikinin hazırlanmasını təmin etmək, təsdiqlənən qrafikin yerinə yetirilməsinə nəzarət etmək, ezamiyyətin rəsmiləşdirilməsi və uçotunun aparılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
  • Agentliyin dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi prosesinə ümumi nəzarəti həyata keçirmək;
  • Effektiv və davamlı kadr siyasətinin həyata keçirilməsini, kadrların işinin idarə edilməsində obyektivliyi, bərabərliyi, qərəzsizliyi və şəffaflığı təmin etmək;
  • Agentlik Aparatının struktur bölmələrində və strukturuna daxil olan qurumlarda çalışan işçilər barədə məlumatların qanunvericiliklə müəyyən edilmiş qaydada Dövlət Qulluqçularının Reyestr İnformasiya Sisteminə yerləşdirilməsinə nəzarət etmək;
  • Agentliyə yuxarı təşkilatlardan daxil olmuş nəzarət xarakterli sənədlərin icrasının təmin edilməsi ilə bağlı tədbirlər görmək;
  • Agentliyin Aparatında sənədlərlə işin təşkili, sistemləşdirilməsi, uçotu, onların saxlanma müddətlərinə və kargüzarlıq qaydalarına riayət edilməsinə və, sənəd  dövriyyəsinin aparılmasında mövcud qaydaların tələblərinə riayət edilməsinə səlahiyyətləri daxilində cari nəzarəti həyata keçirmək, habelə arxiv işini təşkil etmək, sənədlərin arxivə lazımi səviyyədə təhvil verilməsi məqsədi ilə Agentliyin fəaliyyəti nəticəsində yaranan və kənardan alınan bütün sənədlər daxil edilməklə işlərin ümumi nomenklatur- siyahısının tərtib edilməsinə,; sənədlərin vaxtında icrasına səlahiyyətləri çərçivəsində cari nəzarəti həyata keçirmək;
  • Elektron sənəd dövriyyəsinə  nəzarət etmək;
  • Sənəd qovluqlarının düzgün formalaşdırılmasını, sənədləşmə işlərinin sistemləşdirilməsini, , uçotunu və,  qanunvericiliyin tələblərinə uyğun şəkildə arxivə təhvil verilməsinin təmin edilməsə nəzarət etmək;
  • Agentliyin Aparatının struktur bölmələrindən və strukturuna daxil olan qurumlardan sənədləri müvafiq qaydada arxivə qəbul etmək, onların saxlanılmasını, saxlanılma müddəti bitdikdən sonra qanunvericiliyə uyğun olaraq dövlət arxivinə verilməsinə, saxlanma müddəti bitmiş və arxivə verilməyən sənədlərin isə müvafiq akt əsasında məhv edilməsinə nəzarət etmək;
  • Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək, habelə; vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması ilə bağlı Agentliyin müvafiq struktur bölmələrinin fəaliyyətini əlaqələndirmək, həmin struktur bölmələrinin  kargüzarlıq üçün məsul olan əməkdaşları ilə fəaliyyət istiqamətlərinə uyğun olaraq təlim və məlumatlandırma işlərinin həyata keçirilməsi üçün müvafiq şərait yaratmaq;
  • Agentlikdən göndərilən sənədlərin aidiyyəti üzrə göndərilməsini, təsnifləşdirilməsini və statistik hesabatların aparılması işinə nəzarət etmək;
  • Şöbənin iş planını, fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlanmasını təmin etmək;
  • Dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlərin, habelə Agentliyin fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı təkliflər vermək;
  • Şöbənin əməkdaşları tərəfindən xidməti vəzifələrini yerinə yetirərkən onlara məlum olan xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını qanunvericiliyə uyğun olaraq təmin etmək;
  • İmzalanmış əmrləri qeydiyyata almaq, saxlanılmasını və göndərilmə siyahısına əsasən çatdırılması işlərinin həyata keçirilməsinə nəzarət etmək;
  • Şöbəyə daxil olan ərizə, şikayət və təkliflərə baxmaq və müəyyən edilmiş qaydada tədbirlər görmək.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: beynəlxalq hüquq, hüquqşünaslıq ixtisaslar istiqamətləri üzrə ali təhsil
  • İş stajına dair tələblər: 5 il dövlət qulluğu stajı və yaxud 7 il ümumi iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, Internet və s. yüksək səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B2;
Müsahibə elanının tarixi 17.09.2019 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 17.10.2019 18:00

ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
  • Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.

ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
  • xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.

Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər, o cümlədən ehtiyat kadrlar iştirak edə bilərlər.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları (o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan şəxslər) altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir
  • Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
  • "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 17 sentyabr 2019-cu il tarixindən 17 oktyabr 2019-cu il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Namizədlər müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.