Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Qida Təhlükəsizliyi Agentliyi |
Struktur bölmə |
Lənkəran regional bölmə, Bitki sağlamlığı və fitosanitar nəzarəti sektoru |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
böyük məsləhətçi (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
7 |
Aylıq vəzifə maaşı |
505 |
Qulluq funksiyaları |
- Regional bölmənin əhatə dairəsində karantin obyekti olan bitki zərərvericilərinin, xəstəlik
törədicilərinin və alaq otlarının geniş yayılmasının qarşısını almaq, onların mənbələrini
ləğv etmək üçün karantin məhdudiyyət tədbirlərinin görülməsi ilə bağlı sektor
müdirinə müvafiq məlumatları vermək;
- Bitki sağlamlığı və fitosanitar nəzarəti
sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı regional bölməyə həvalə
edilmiş vəzifələrin yerinə yetirilməsində iştirak etmək;
- Karantin obyektlərinin
siyahısının hazırlanması, müəyyənləşdirilmiş ərazidə fitosanitar karantin
rejiminin elan edilməsi və götürülməsi barədə sektor müdirinə təkliflər vermək;
- Regional bölmənin əhatə dairəsi üzrə bitki
sağlamlığı ilə bağlı dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə aparılan
yoxlama tədbirləri zamanı qanunla müəyyən olunmuş hallarda və qaydada məhsulun
tədqiqi (sınağı), qida məhsullarının təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi
üçün məhsul nümunələrinin götürülməsində iştirak etmək və götürülmüş nümunələrin
Agentliyin tabeliyindəki akkreditasiya olunmuş
laboratoriyalara təhvil vermək, aşkarlanmış uyğunsuzluqların aradan
qaldırılması və qanunla nəzərdə tutulmuş digər tədbirlərin görülməsi ilə bağlı
sektor müdirinin verdiyi müvafiq tapşırıqları yerinə yetirmək;
- Bitki
sağlamlığına dair dövlət siyasətinin və normativ tənzimləmənin təmin edilməsi məqsədi ilə sertifikat, arayış, şəhadətnamə
və.s icazə sənədlərini hazırlamaq;
- Regional
bölməyə daxil olan inzibati ərazi vahidlərində pestisidlərin, bioloji
vasitələrin və aqrokimyəvi maddələrin istehsalına, saxlanmasına, satışına və
tətbiqinə dair dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək və bu
sahədə müvafiq təkliflər vermək;
- Bitki mühafizəsi sahəsində,
habelə pestisidlərin, aqrokimyəvi maddələrin, bioloji preparatların və digər
bitki mühafizə vasitələrinin toksikoloji təsiri, ətraf mühitin çirklənməsi,
keyfiyyətini itirmiş və istifadəsi qadağan olunmuş kimyəvi maddələrin
zərərsizləşdirilməsi məsələlərindən irəli gələn vəzifələri yerinə yetirmək;
- Regional
bölməyə daxil olan inzibati ərazi vahidlərində ölkəyə idxal olunan pestisidlərin,
aqrokimyəvi maddələrin, bioloji və digər preparatların qeydiyyatının
aparılmasında və istifadəsinə icazə verilmiş preparatların siyahısının
hazırlanması, habelə həmin preparatların qeydiyyata alınmasında iştirak etmək;
- Regional bölmənin əhatə dairəsində bitki və bitkiçilik məhsullarının istehsalı ilə
məşğul olan hüquqi və fiziki şəxslərə onların müraciəti əsasında bitki
mühafizəsi məsələlərinə, pestisidlərin, bioloji preparatların və digər bitki
mühafizə vasitələrinin istifadəsi, saxlanılması və daşınması texnologiyasına və
reqlamentinə dair tövsiyələr vermək;
- Sanitariya-gigiyena
qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə uyğun olmayan anbarlarda
və digər istehsalat binalarında, satış yerlərində bitki mühafizə vasitələrinin,
dərmanlanmış toxum və əkin materiallarının saxlanılmasının və satışının qadağan
edilməsi ilə bağlı irəli gələn vəzifələri yerinə yetirmək;
- İstifadəyə yararsız və
yüksək toksiki xassəyə malik preparatlardan istifadənin qanunvericiliklə
müəyyən olunmuş qaydada qadağan edilməsi və dövriyyədən çıxarılıb məhv olunması
haqqında sektor müdirinə təkliflər vermək;
- Karantin tətbiq edilən zərərli orqanizmlərin regional
bölməyə daxil olan bir ərazidən
digər əraziyə yayılmasının qarşısının alınması, həmin ərazidə fitosanitar
tədbirlərin həyata keçirilməsində iştirak etmək;
- Bitkilərin zərərli
orqanizmlərlə sirayətlənmək təhlükəsi müəyyən edildikdə, bu təhlükəni yaradan
subyektlər barədə tədbirlər görülməsi üçün sektor müdirinə müvafiq məlumat
vermək;
- Qanunvericiliyə uyğun
olaraq dövlət sınağından keçməmiş, qeydə alınmamış, habelə istifadəsi qadağan
olunmuş pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin
istehsalının, daşınmasının, satışının, idxalının, ixracının və təkrar ixracının
qarşısının alınması üçün görülən tədbirlərdə iştirak etmək;
- Regional
bölməyə daxil olan inzibati ərazi vahidlərinin bitki sağlamlığı vəziyyəti
barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada sektor müdirinə hesabat
vermək;
- Sektora daxil olan ərizə, şikayət və təkliflərə
baxmaq və müəyyən edilmiş qaydada müraciətləri cavablandırmaq.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: biologiya, aqrokimya və torpaqşünaslıq, aqronomluq ixtisaslar istiqamətləri, kimya ixtisası üzrə ali təhsil
-
İş stajına dair tələblər: yoxdur
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, Internet və s. orta səviyyədə
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-A1; İngilis dili-A1;
|
Müsahibə elanının tarixi |
17.09.2019 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
17.10.2019 18:00 |
ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
- Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.
ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
- xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.
Qeydlər:
- Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər, o cümlədən ehtiyat kadrlar iştirak edə bilərlər.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları (o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan şəxslər) altı ay ərzində müsahibəyə buraxılmırlar.
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir
- Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 17 sentyabr 2019-cu il tarixindən 17 oktyabr 2019-cu il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Namizədlər müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.