Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Qida Təhlükəsizliyi Agentliyi üzrə: Az1022, Bakı şəhəri, Nizami r-nu, H.Əliyev pr-ti152, Çinar Plaza
|
Dövlət orqanı |
Qida Təhlükəsizliyi Agentliyi |
Struktur bölmə |
Aparat, Qida zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsi, Qida zəncirinə nəzarət sektoru |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
şöbə müdirinin müavini - sektor müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
4 |
Aylıq vəzifə maaşı |
1240 |
Qulluq funksiyaları |
- Qida məhsullarının ilkin istehsalı, tədarükü,
istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən
idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində
qida məhsullarının təhlükəsizliyinə dövlət nəzarətinin təşkili ilə əlaqədar işlərin
həyata keçirilməsini təşkil etmək və şöbə müdirinin verdiyi aidiyyəti göstərişləri
yerinə yetirmək;
- Qanunla müəyyən edilmiş hallarda və qaydada qida təhlükəsizliyi
sahəsində yoxlamalar aparılmasını təşkil etmək və digər dövlət nəzarəti tədbirlərinin
həyata keçirilməsində iştirak etmək, bu sahədə aşkar olunmuş qanun
pozuntularının aradan qaldırılması və (və ya) məhdudlaşdırıcı tədbirlərin tətbiqi
barədə qərarların qəbul edilməsi (göstərişlərin verilməsi) üçün şöbə müdirinə təkliflər
vermək;
- Aşkarlanmış qanun pozuntularının aradan
qaldırılması ilə bağlı verilmiş qərarların (göstərişlərin) yerinə yetirilməsini
nəzarətdə saxlamaq, belə qərarların (göstərişlərin) yerinə yetirilmədiyi məlum
olduqda, onların məcburi icrası məqsədi ilə məhkəməyə müraciət edilməsi üçün müvafiq
sənədlərin hazırlanmasını təmin etmək;
- Qida təhlükəsizliyi sahəsində mövcud vəziyyətin təhlil
edilməsi, dövlət tənzimləməsi və nəzarəti sisteminin təkmilləşdirilməsi barədə mütəmadi
olaraq təkliflər hazırlamaq və şöbə müdirinə təqdim etmək;
- Qida təhlükəsizliyi ilə bağlı dövlət nəzarətinin həyata
keçirilməsi məqsədi ilə aparılan yoxlama tədbirləri zamanı qanunla müəyyən
olunmuş hallarda və qaydada məhsulun tədqiqi (sınağı), qida məhsullarının təhlükəsizlik
göstəricilərinin qiymətləndirilməsi üçün məhsul nümunələrinin götürülməsi barədə
qərar qəbul edilməsi, aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması və
qanunla nəzərdə tutulmuş digər tədbirlərin görülməsini təmin etmək;
- Qida təhlükəsizliyi sahəsində ticarət, ictimai iaşə,
məişət və digər növ xidmət qaydalarına riayət olunmasına dövlət nəzarətinin həyata
keçirilməsi, bu sahədə qanun pozuntularının qarşısının alınması və pozuntuya yol
vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi
ilə tədbirlərin görülməsi ilə bağlı təkliflərin hazırlanmasında iştirak etmək;
- İstifadəyə yararsız yeyinti məhsullarının zərərsizləşdirilməsi
və utilizasiyası (təkrar emalı, təyinatının dəyişdirilməsi və ya məhv edilməsi)
barədə qanunla müəyyən edilmiş hallarda və qaydada qəbul edilən qərarların
icrasını təmin etmək;
- Qida məhsullarının istehsalı, qablaşdırılması,
saxlanması, emalı, utilizasiyası və məhv edilməsi üçün nəzərdə tutulan tikinti
obyektlərinin tikintisi və yenidən qurulmasına dair layihələrə rəy verilməsini
təmin etmək;
- Qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyi
təminatının gücləndirilməsi məqsədi ilə qida məhsullarının izlənilməsi və geri
götürülməsi sisteminin aidiyyəti dövlət orqanları ilə birlikdə hazırlanması və
tətbiqi ilə bağlı tədbirlərin görülməsi üçün müvafiq təklifləri şöbə müdirinə təqdim
etmək;
- Yeyinti məhsuluna “müalicəvi”, “pəhriz” və onlara bərabər
tutulan adların verilməsi və reklam xarakterli digər məlumatların etiketdə yerləşdirilməsi
zamanı texniki reqlamentlərdə və qida təhlükəsizliyi sahəsində texniki normativ
hüquqi aktlarda nəzərdə tutulan tələblərin yerinə yetirilməsinə nəzarət etmək;
- Qida məhsullarının saxlanması və ya satışı zamanı
mal qonşuluğunun və satılmış malların dəyişdirilməsi və ya geri çağırılması
qaydalarının pozulmasına qarşı tədbirlərin görülməsinə nəzarət etmək;
- Qida zəncirinin müvafiq mərhələlərində işləyən şəxslərin
işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi ilə birlikdə müəyyən edilmiş qaydada və müddətdə
məcburi tibbi müayinədən keçmələrinə nəzarətin təşkili ilə bağlı təkliflər
hazırlamaq;
- Qida zəncirinin müvafiq mərhələlərində işləyən və
çalışdıqları istehsalatın və ya gördükləri işin xüsusiyyətləri ilə əlaqədar
olaraq yoluxucu və parazitar xəstəlikləri yaymaq təhlükəsi yaradan şəxslərin,
habelə sanitariya norma və qaydalarını, gigiyena normativlərini müntəzəm yerinə
yetirməyən şəxslərin işdən kənarlaşdırılması ilə bağlı təkliflər hazırlamaq və müvafiq
tədbirlərin görülməsini təmin etmək;
- Qida məhsulları sahəsində fəaliyyət göstərən
subyektlərə məxsus binalarda, qurğularda, sahələrdə, ərazilərdə, qida məhsulları
daşınan nəqliyyat vasitələrində dezinfeksiya, dezinseksiya, deratizasiya və
qida təhlükəsizliyi ilə bağlı digər tədbirlərin həyata keçirilməsinə nəzarət
etmək;
- Agentliyin nəzarət dairəsinə aid edilən malların
idxal-ixrac əməliyyatlarını həyata keçirərkən qida təhlükəsizliyini təmin etmək
məqsədilə mövcud vəziyyətin təhlil edilməsi, nəzarət fəaliyyətinin təkmilləşdirilməsi
barədə təkliflərin hazırlanmasında iştirak etmək və bu sahədə araşdırma
aparmaq, şöbə müdirinə arayışlar təqdim etmək;
- Agentliyin
regional bölmələr və tabeli qurumlarının problem və çatışmazlıqlarının aradan
qaldırılması ilə bağlı regional bölmələr və tabeli qurumlarla birlikdə şöbə
müdirinə müvafiq təkliflər vermək, onların fəaliyyətini əlaqələndirmək;
- Fəaliyyət istiqamətlərinə uyğun olaraq xarici dövlətlərin
qabaqcıl təcrübəsini öyrənmək və yeniliklərin tətbiqi məqsədilə təkliflər vermək;
- Agentliyin fəaliyyət istiqamətləri üzrə aparılan
araşdırmalar, monitorinqlər, yoxlamalar, ekspertizalar və onların nəticələri ilə
bağlı görülən işlərə dair məlumatları təhlil etmək və müvafiq hesabatları şöbə
müdirinə təqdim etmək;
- Sektorların əməkdaşları barəsində həvəsləndirici və intizam tənbehi
tədbirləri görülməsi üçün şöbə müdirinə təqdimatlar hazırlamaq;
- Şöbəyə daxil olan ərizə, şikayət və təkliflərə
baxmaq və müəyyən edilmiş qaydada tədbirlər görmək.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: qida məhsullarının texnologiyası, standartlaşdırma və sertifikasiya, aqronomluq, baytarlıq, balıqçılıq ixtisaslar istiqamətləri, tibbi profilaktika, istehlak mallarının keyfiyyət ekspertizası (sahələr üzrə), ərzaq məhsullarının əmtəəşünaslığı, aqrokimya və aqrotorpaqşünaslıq ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: 5 il dövlət qulluğu stajı və yaxud 7 il ümumi iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, Internet və s. yüksək səviyyədə
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1; İngilis dili-B1;
|
Müsahibə elanının tarixi |
17.09.2019 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
17.10.2019 18:00 |
ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
- Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.
ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
- xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.
Qeydlər:
- Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər, o cümlədən ehtiyat kadrlar iştirak edə bilərlər.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları (o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan şəxslər) altı ay ərzində müsahibəyə buraxılmırlar.
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir
- Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 17 sentyabr 2019-cu il tarixindən 17 oktyabr 2019-cu il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Namizədlər müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.