Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
Beynəlxalq əməkdaşlıq və protokol şöbəsi, Beynəlxalq əlaqələr sektoru, şöbə müdirinin müavini - sektor müdiri


Əlaqə məlumatları
  • Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
  • Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə: Bakı şəhəri, Füzuli küçəsi 65
Dövlət orqanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
Struktur bölmə Beynəlxalq əməkdaşlıq və protokol şöbəsi, Beynəlxalq əlaqələr sektoru
Vakant inzibati vəzifənin adı və vakansiya sayı şöbə müdirinin müavini - sektor müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 4
Aylıq vəzifə maaşı 1270
Qulluq funksiyaları
  • Komitə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarının, şöbə müdiri tərəfindən həvalə  olunmuş vəzifə, tapşırıq və göstərişlərin, habelə şöbənin Əsasnaməsinə uyğun olaraq Komitənin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsini təmin etmək;
  • Şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirmək və zərurət olduğu zaman həmin tapşırıqları şöbənin sektorun işçilərinə həvalə etmək və onlar tərəfindən bu işlərin yerinə yetirilməsinə nəzarət etmək;
  • Sektorda iş bölgüsünü aparmaq və sektorda çalışan işçilərin işinə nəzarət etmək;
  • Sektorun illik iş planını tərtib etmək və həmin planda nəzərdə tutulan işləri vaxtında və keyfiyyətlə yerinə yetirmək, şöbənin və sektorun fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq və təsdiq üçün şöbə müdirinə təqdim etmək;
  • Müvafiq icra hakimiyyəti orqanlarından, Komitənin aparatının struktur vahidləri, Komitənin strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyində olan qurumlardan daxil olan qanunvericilik, texniki normativ-hüquqi aktların, təşkilati-sərəncamverici sənədlərin layihələrinə dair rəy və təkliflər hazırlayaraq razılaşdırmaq üçün  şöbə müdirinə təqdim etmək;
  • Şöbə müdirinin tapşırığına əsasən xarici dövlətlərin aidiyyəti qurumları, beynəlxalq və regional təşkilatlar, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri, xarici ölkələrin ölkəmizdə akkreditasiya olunmuş diplomatik nümayəndəlikləri, müvafiq sahə üzrə kommersiya və qeyri-kommersiya fəaliyyəti ilə məşğul olan şirkət, birlik, işgüzar klub, qeyri-hökumət təşkilatları, universitet, tədqiqat institut və mərkəzləri, mərkəzi və yerli icra hakimiyyəti orqanları, idarə, müəssisə və vətəndaşlardan daxil olan sorğu, tapşırıq, məktub, direktiv sənədlər, ərizə, şikayət və təklifləri təhlil edərək araşdırmaq, lazımi izahat və tövsiyələri hazırlamaq, sorğulara cavab vermək;
  • Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq sahədə elmi-texniki yeniliklərin tətbiqi təşviq etmək məqsədi ilə müvafiq sərgi, seminar və konfransların keçirilməsi ilə bağlı təkliflər  hazırlayaraq şöbə müdirinə təqdim etmək;
  • Müvafiq sahə üzrə beynəlxalq sənədlərin (saziş, anlaşma memorandumu, niyyət protokolu, müqavilə) layihəsini hazırlamaq və Komitənin strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki digər qurumlara, o cümlədən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və zərurət yarandıqda digər mərkəzi icra hakimiyyəti orqanlarına şöbə müdiri ilə razılaşdırmaqla baxılması üçün göndərilməsini təmin etmək;
  • Müvafiq sahədə inkişaf etmiş ölkələrin təcrübəsini öyrənmək və respublikada tətbiq olunması üçün təkliflər hazırlayaraq şöbə müdirinə təqdim etmək;
  • Müvafiq sahədə mövcud normativ-hüquqi aktların beynəlxalq tələblərə uyğunlaşdırılaraq təkmilləşdirilməsi və yenilənməsi haqqında təkliflər hazırlayaraq şöbə müdirinə təqdim etmək;
  • Müvafiq sahədə, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə Komitənin fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı beynəlxalq və regional təşkilatlarla, o cümlədən xarici dövlətlərin aidiyyəti qurumları ilə əlaqələr qurmaq və əməkdaşlıq etmək məqsədi ilə müvafiq təkliflər hazırlayaraq şöbə müdirinə təqdim etmək və mövcud əməkdaşlığın qurulması, gücləndirilməsi və həyata keçirilməsi ilə bağlı tədbirlərin icrasını təmin etmək;
  • Müvafiq sahə üzrə təşkil edilən beynəlxalq, regional və respublika miqyaslı tədbirlərdə Komitənin təmsil olunması məqsədilə təkliflər hazırlayaraq şöbə müdirinə təqdim etmək və qeyd olunan fəaliyyətlə əlaqədar müvafiq tədbirlər görmək;
  • Komitə, Komitənin strukturuna daxil olan və daxil olmayan tabeliyindəki qurumların fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə həmin qurumların əməkdaşlarının xarici ölkə səfərlərini təşkil etmək, eləcə də xarici ölkələrdən mütəxəssisləri dəvət etmək, Komitənin və sözügedən qurumların əməkdaşlarının xarici ölkələrdəki təlim və tədris mərkəzlərinə göndərilməsi məqsədilə təkliflər hazırlayaraq şöbə müdirinə təqdim etmək və qeyd olunan fəaliyyətlə əlaqədar müvafiq tədbirləri icra etmək;
  • Vəzifə səlahiyyətlərinin icrasına uyğun olaraq rəhbərlik tərəfindən verilmiş digər əmr, sərəncam və göstərişləri yerinə yetirmək.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: humanitar və sosial, iqtisadiyyat və idarəetmə ixtisaslar qrupları üzrə ali təhsil
  • İş stajına dair tələblər: 5 il dövlət qulluğu stajı və yaxud 7 il ümumi iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS WINDOWS, MS OFFİCE, INTERNET
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-C1; Rus dili-B1;
Müsahibə elanının tarixi 05.11.2019 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 25.11.2019 18:00

ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
  • Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.

ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
  • xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.

Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər, o cümlədən ehtiyat kadrlar iştirak edə bilərlər.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları (o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan şəxslər) altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir
  • Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
  • "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 5 noyabr 2019-cu il tarixindən 25 noyabr 2019-cu il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Namizədlər müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.