Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Energetika Nazirliyi |
Struktur bölmə |
Neft-qaz şöbəsi |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı aparatında şöbə müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
4 |
Aylıq vəzifə maaşı |
1470 |
Qulluq funksiyaları |
- Neft-qaz siyasəti şöbəsinin (bundan sonra – şöbə) fəaliyyətinin təşkil edilməsi və ona
rəhbərlik edilməsi;
- şöbənin əməkdaşları arasında iş bölgüsünün
aparılması, onların fəaliyyətinin əlaqələndirilməsi, əmək və icra intizamına
riayət etmələrinə nəzarət edilməsi və davranışlarının etik davranış qaydalarına
uyğunluğunun müntəzəm təhlil edilməsi;
- neft-qaz sahəsinin (bundan sonra-müvafiq sahə) perspektiv inkişaf
istiqamətlərinin müəyyənləşdirilməsində, bu istiqamətlər üzrə dövlət
proqramlarının, inkişaf konsepsiyalarının hazırlanmasında və həyata
keçirilməsində şöbənin əsasnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə
uyğun olaraq iştirak edilməsi;
- müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində şöbəyə həvalə
olunan hallarda və qaydada dövlətin maraqlarının təmsil edilməsi;
- Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin təmin edilməsi üçün
müvafiq sahədə tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak
edilməsi;
- Azərbaycan Respublikasının Yanacaq-enerji balansının tərtib edilməsi
məqsədilə təqdim olunmuş, müvafiq sahənin ayrı-ayrı enerjidaşıyıcılarının
müvafiq göstəricilərini təhlil
edərək Yanacaq-enerji balansının layihəsinin tərtib edilməsi və rəhbərliyə
təqdim edilməsi, həmçinin aidiyyəti şöbələrlə
birlikdə onun yerinə yetirilməsi üçün görülən tədbirlərdə iştirak edilməsi;
- müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələri ilə birlikdə
əhalinin və iqtisadiyyatın enerjidaşıyıcılarına olan tələbatının daha dolğun
ödənilməsini təmin etmək üçün tədbirlərin görülməsində iştirak edilməsi;
- dövlət müəssisələri üzrə müvafiq sahənin enerjidaşıyıcılarının istehlak
limitlərinin müəyyən olunmasında iştirak edilməsi;
- müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində hər il üçün
müvafiq sahənin enerji resurslarının istifadəsi, itkisi və texnoloji sərfi
normalarının təsdiq edilməsində iştirak edilməsi;
- müvafiq
sahə üzrə resurslara qənaət və bu resurslardan effektiv istifadə sahəsində
tədbirlərin hazırlanması və həyata keçirilməsinin təmin edilməsində iştirak edilməsi;
- aidiyyəti şöbələrlə birlikdə
müvafiq sahədə fəaliyyət göstərən təbii inhisar subyektlərinin fəaliyyətinin
dövlət tənzimlənməsində iştirak edilməsi;
- müvafiq sahənin enerji daşıyıcıları istehsalçılarının
nəqliyyat-kommunikasiya sistemlərinə qoşulmasının tənzimlənməsində iştirak
edilməsi;
- müvafiq sahədə normativ və texniki normativ hüquqi aktların
layihələrinin hazırlanmasında iştirak edilməsi;
- Nazirliyin müəyyən etdiyi
bölgüyə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin
müvafiq maddələrində nəzərdə tutulmuş, Nazirliyin baxdığı inzibati xətalar
haqqında işlərə baxılması və müvafiq qərarlar qəbul edilməsi;
- müvafiq sahənin təkmilləşdirilməsinə dair tədbirlərin hazırlanmasında və
həyata keçirilməsində iştirak edilməsi;
- müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin
müəssisələrarası fəaliyyətinin əlaqələndirilməsində iştirak edilməsi;
- müvafiq sahədə rəqabət qabiliyyətinin artırılmasına yönələn tədbirlərin
hazırlanmasında, həyata keçirilməsində və bu sahədə fəaliyyət göstərən dövlət
müəssisələrinin müəssisələrarası fəaliyyətinin əlaqələndirilməsində iştirak
edilməsi;
- müvafiq sahədə əməkdaşlığa dair beynəlxalq müqavilələrin
hazırlanmasında, şöbənin səlahiyyətinə aid olan məsələlərə dair Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə götürdüyü
öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsində və bu sahədə görülən
işlərin əlaqələndirilməsində iştirak edilməsi;
- qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elm,
texnika və texnologiyanın inkişafını və elmi-texniki nailiyyətlərin tətbiqinin
təmin edilməsində iştirak edilməsi;
- müvafiq sahənin inkişaf dinamikasının təhlil edilməsi;
- fəaliyyət istiqamətləri üzrə rəy verilməsində, təhlillər,
ümumiləşdirmələr, monitorinqlər və tədqiqatların aparılmasında, analitik materialların
hazırlanmasında iştirak edilməsi;
- fəaliyyət
istiqamətlərinə uyğun olaraq sektor üzrə iş planına, görülmüş işlər haqqında
dövrlər üzrə hesabatların layihələrinə və Nazirliyin Kollegiyasında müzakirə
edilməli məsələlərə dair təkliflərin hazırlanması;
- Azərbaycanda
və dünyanda müvafiq sahədə baş verən dəyişikliklərin
təhlilinin və icmalının aparılması;
- müvafiq sahədə Dövlət
Proqramlarının layihələrinin hazırlanması, dəyişikliklər edilməsi və ya
qüvvədən düşməsi barədə təkliflərin verilməsi;
- Azərbaycan
Respublikası qanunvericiliyinin müvafiq sahəyə tətbiqi praktikasının
ümumiləşdirilməsində iştirak edilməsi, onun təkmilləşdirilməsi istiqamətində
təkliflərin hazırlanması
- şöbənin əməkdaşları barəsində həvəsləndirmə
və intizam tənbehi tədbirləri görülməsi üçün Nazirliyin rəhbərliyinə təqdimat
verilməsi;
- ”Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq şöbənin əməkdaşlarının təqvim ili ərzində qiymətləndirilməsinin həyata keçirilməsi.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: neft və qazın geologiyası, neft-qaz yataqlarının işlənməsi və istismarı, neft və qaz quyularının qazılması, istilik-qaz təchizatı və ventilyasiya ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: 5 il dövlət qulluğu stajı və yaxud 7 il ümumi iş stajı
-
Kompüter biliklərinə dair tələblər: (MS WINDOWS, MS OFFICE, INTERNET və s.) – yüksək səviyyədə
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1; İngilis dili-B1;
|
Müsahibə elanının tarixi |
13.01.2020 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
03.02.2020 18:00 |
ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
- Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.
ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
- xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.
Qeydlər:
- Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər, o cümlədən ehtiyat kadrlar iştirak edə bilərlər.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları (o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan şəxslər) altı ay ərzində müsahibəyə buraxılmırlar.
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir
- Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 13 yanvar 2020-ci il tarixindən 3 fevral 2020-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Namizədlər müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.