Diasporla İş üzrə Dövlət Komitəsi
Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı, Maliyyə və təminat şöbəsi, dövlət orqanı aparatında şöbə müdiri


Əlaqə məlumatları
Dövlət orqanı Diasporla İş üzrə Dövlət Komitəsi
Struktur bölmə Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı, Maliyyə və təminat şöbəsi
Vakant inzibati vəzifənin adı və vakansiya sayı dövlət orqanı aparatında şöbə müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 4
Aylıq vəzifə maaşı 1470
Qulluq funksiyaları
  • Şöbənin bütün fəaliyyətinə rəhbərlik edilməsi və şöbənin səlahiyyətlərinə aid edilmiş məsələlərin həll olunmasının təmin edilməsi; 
  • Komitənin maliyyə-təsərrüfat fəaliyyətinin həyata keçirilməsi işlərinin , Komitənin aparatının və Komitə tərəfindən həyata keçirilən layihələr üzrə tədbirlərin , həmçinin tabeliyində olan qurumların maliyyələşdirilməsinin təşkil edilməsi və aparılması; 
  • Komitənin və onun tabeliyindəki qurumların  büdcə layihələrinin hazırlanmasının, büdcə vəsaitlərinin xərclərinin ,eləcə də  büdcədənkənar vəsaitlərin gəlir və xərclərinin  hesablanmasının təmin edilməsi; 
  • Komitənin mərkəzi aparatının və tabeliyində olan qurumların strukturunun və  ştat cədvəlinin hazirlanmasının və Maliyyə Nazirliyi ilə razılaşdırılmasının  təmin edilməsi; 
  • Komitənin mühasibat uçotunun təşkili və aparılmasının , maliyyə və mühasibat hesabatlarının hazırlanması və müvafiq orqanlara təqdim edilməsinin təmin edilməsi;
  • Hesabat ilinin sonuna yaxın malsatanlarla debitor və kreditor borclara dair üzləşdirmə aktlarının tərtib edilməsi, əmlakın alınmasına dair bank sənədlərinə (ödəniş tapşırığı) nəzarət; 
  • Rəhbərliyə büdcənin proqnozlaşdırılması və tərtibi üzrə təkliflərin hazırlanması və  məlumatların verilməsi; 
  • Rəhbərliyə həyata keçirilmiş xəzinə əməliyyatları haqqında mütəmadi məlumatların verilməsi; 
  • Şöbənin fəaliyyət istiqaməti üzrə dövri hesabatların hazırlanmasının təşkil edilməsi; 
  • Şöbənin fəaliyyəti barədə Komitə sədrinə hesabatların verilməsi; 
  • Şöbənin sektorları və əməkdaşları arasında iş  bölgüsünün aparılması , onların fəaliyyətinin əlaqələndirilməsi , əmək , icra və xidmət intizamına riayət etmələrinə nəzarət edilməsi; 
  • Şöbənin əməkdaşlarına icrası məcbur olan göstəriş və tapşırıqların verilməsi;
  • Şöbənin fəaliyyət istiqamətlərinə aid olan əmr, sərəncam və digər hüquqi xarakterli sənədlərinhazırlanmasının təmin edilməsi və Komitə daxilində hazırlanan bu qəbildən olan  sənədlərə viza qoyulması;
  • Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Komitənin digər struktur bölmələrindən zəruri məlumat və sənədlərin alınmasının təmin edilməsi; 
  • Şöbədə kargüzarlıq işlərinin aparılmasının təmin edilməsi;
  • Şöbənin işinin təşkil edilməsi, şöbənin səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə rəhbərliyə təkliflərin hazırlaması;
  • Şöbənin iş planının və  fəaliyyəti ilə bağlı hesabatların dövrlər üzrə hazırlaması;
  • Qanunvericiliklə müəyyən edilmiş qaydada inventarizasiyanın aparılmasının təmin edilməsi;
  • Komitənin balansında olan əmlakın mövcud vəziyyətinə nəzarət edilməsinin və müəyyən olunmuş qaydada silinməsinin təşkil edilməsi;
  • Dövlət Satınalmaların həyata keçirilməsinin təmin edilməsi;
  • Şöbənin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların , dövlət və kommersiya sirrinin qorunmasının təmin edilməsi;
  • Komitənin inzibati binalarının yanğından mühafizəsi və həmin binalarda sanitar-gigiyenik normalara riayət olunması ilə bağlı tədbirlərin görülməsi;
  • Şöbənin əməkdaşlarının fəaliyyətinin səmərəliləşdirilməsi üçün təlimlərin təşkil edilməsi və həyata keçirilməsi; 
  • Şöbənin əməkdaşları barədə həvəsləndirmə və ya intizam tədbirlərinin tətbiq edilməsi üçün Komitə sədrinə təqdimatların verilməsi; 
  • Komitənin inzibati binasının elektrik enerjisi, içməli su , dayanıqlı telefon rabitəsi və internet  ilə fasiləsiz təchiz edilməsinə nəzarətin həyata keçirilməsi, xidməti avtomobillərin istismara yararlı vəziyyətdə saxlanılmasının təmin edilməsi; 
  • Komitənin digər struktur bölmələri ilə şöbənin qarşılıqlı fəaliyyətinin təmin edilməsi; 
  • Dövlət büdcəsində təsdiq olunmuş göstəricilərə uyğun olaraq xərclərin bölüşdürülməsi, xərc smetalarının müvafiq qaydada tərtib edilməsinin təmin edilməsi və icra edilməsi; 
  • Komitənin texniki təminatının və digər təsərrüfat xidmətlərinin təşkil edilməsi; 
  • Komitənin mərkəzi aparatı üçün lazım olan maddi-texniki tələbatın təmin edilməsi və təsərrüfat işlərinin həyata keçirilməsinə nəzarət edilməsi; 
  • Elektron sənəd dövriyyəsinə aid olan hesabatların elektron formada göndərilməsinin təmin edilməsi; 
  • Xəzinə və bank əməliyyatlarının təşkil edilməsi; 
  • Şöbənin əməkdaşlarının xidməti fəaliyyətinin qiymətləndirilməsinin təşkil edilməsi;
  • Şöbəyə daxil olan müraciətlərin araşdırılması və cavablandırılmasının təmin edilməsi; 
  • Vəzifəsi üzrə Komitənin sədri tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi;
  • Şöbənin fəaliyyət istiqamətlərinə müvafiq Komitənin Kollegiyasında müzakirə edilməsi zəruri olan məsələlərin hazırlanmasının təmin edilməsi;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hazırlanması və ya hazırlanmasında iştirak edilməsi, digər dövlət orqanları tərəfindən hazırlanmış qanunvericilik aktlarının layihələrinə dair rəyin verilməsi;
  • Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqlarınhəyata keçirilməsi; 
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: mühasibat ucotu və audit, maliyyə və kredit ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: 5 il dövlət qulluğu stajı və yaxud 7 il ümumi iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internet və s.(orta-yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;
Müsahibə elanının tarixi 13.01.2020 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 03.02.2020 18:00

ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
  • Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.

ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
  • xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.

Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər, o cümlədən ehtiyat kadrlar iştirak edə bilərlər.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları (o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan şəxslər) altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir
  • Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
  • "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2508, 2506); e-mail: dqqeydiyyat@dim.gov.az;

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;

ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 13 yanvar 2020-ci il tarixindən 3 fevral 2020-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Namizədlər müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.