Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Hesablama Palatası |
Struktur bölmə |
İqtisadi sahələrin auditi şöbəsi, Aqrar sahələrin və ətraf mühitin mühafizəsinin auditi sektoru |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
baş məsləhətçi (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
4 |
Aylıq vəzifə maaşı |
1350 |
Qulluq funksiyaları |
- Dövlət büdcəsi ilə bağlı növbəti büdcə
ili üzrə layihəyə, ötən ilin dövlət büdcəsinin icrasına, büdcə ili ərzində
dürüstləşməyə dair Palataya təqdim edilən qanun layihələrinə aqrar, ekologiya
və yanacaq-enerji sahələrinin maliyyəsi üzrə aidiyyəti sənədlərin, büdcə
layihələri göstəricilərinin, hesablamaların, habelə digər məlumatların təhlil
edilərək Palatanın rəyinin layihəsinin tərkib hissəsinin hazırlanmasında
iştirak edilməsi;
- Aqrar, ekologiya və
yanacaq-enerji sahələri üzrə maliyyə-büdcə təhlilinin aparılmasında iştirak
edilməsi və təkliflərin hazırlanaraq sektor müdirinə təqdim edilməsi;
- Təsdiq edilmiş proqramlara
uyğun olaraq aqrar, ekologiya və yanacaq-enerji sahələri üzrə nəzarət
tədbirlərinin, o cümlədən ekspert-analitik və audit tədbirlərinin icrasında,
həmçinin aidiyyəti struktur bölmələri ilə birlikdə kompleks nəzarət
tədbirlərinin həyata keçirilməsində iştirak edilməsi;
- Azərbaycan Respublikası Milli
Məclisində təsdiq edilən Azərbaycan Respublikasının tərəfdar çıxdığı aqrar,
ekologiya və yanacaq-enerji sahələri üzrə beynəlxalq müqavilələrin maliyyə
ekspertizasının keçirilməsində və müvafiq qanun layihələrinə aqrar, ekologiya
və yanacaq-enerji sahələrinin maliyyəsi üzrə rəy verilməsinin həyata
keçirilməsində iştirak edilməsi;
- Şöbənin aqrar, ekologiya və
yanacaq-enerji sahələrinin auditi sektorunun fəaliyyəti ilə bağlı olan
qanunvericilik və normativ-metodiki sənədlərin bazasının yaradılması və
yenilənməsi işinin həyata keçirilməsi;
- Sektorun fəaliyyətinin
təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasında, o cümlədən mövcud
qanunvericilik aktlarında dəyişikliklərin edilməsi və ya yeni normativ hüquqi
aktların hazırlanması ilə bağlı təkliflərin verilməsində iştirak edilməsi;
- Dövlət büdcəsi xərclərinin
funksional təsnifatı üzrə “Yanacaq və enerji”, “Kənd təsərrüfatı, meşə
təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölmələrindən
maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitlərinin
proqnozlaşdırılması və icrasına dair təhlillərin aparılmasında, rəylərin
hazırlanmasında iştirak edilməsi;
- Büdcə
xərclərinin funksional təsnifatı üzrə yanacaq və enerji, kənd təsərrüfatı, meşə
təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərindən
maliyyələşən qurumlar üzrə xərclərin inzibati və iqtisadi təsnifatı üzrə icra
vəziyyətini daxil olan hesabat məlumatları əsasında hər ayın, rübün və ilin
yekunları üzrə təhlil edilməsində iştirak edilməsi;
- Aqrar, ekologiya və
yanacaq-enerji sahələrində fəaliyyət göstərən qurumlardan daxil olan
hesabatların elektron sistemə daxil edilməsi, həmçinin müvafiq hesabatların
təhlil edilməsində, düzgünlüyünə rəyin verilməsində və arayışların hazırlanmasında
iştirak edilməsi;
- Sektorun fəaliyyət dairəsi üzrə təhlillərin
aparılması, təhlillərin və audit tədbirlərinin nəticələri əsasında Palatanın
fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması ilə bağlı
sektor müdirinə təkliflər verilməsi;
- Hesablama
Palatasının fəaliyyəti ilə bağlı sərəncam mahiyyətli sənədlərin, metodiki
sənədlərin, qanunvericilik aktlarının layihələrinin hazırlanmasının öz
səlahiyyətləri çərçivəsində təmin edilməsi və ya aidiyyəti struktur bölmələri
ilə birgə hazırlanması;
- Palataya daxil
olan qanunvericilik aktlarının, habelə Palata tərəfindən hazırlanmış metodiki
sənədlərin və sərəncam mahiyyətli sənədlərin layihələrinin ekspertizasının
həyata keçirilməsi;
- Digər dövlət
qurumları və xarici ölkələrin Ali Audit Qurumları ilə Hesablama Palatası
arasında bağlanılan müqavilələr və qarşılıqlı razılaşmaların layihələrinin
hazırlanması və ya struktur bölmələri tərəfindən hazırlanmış həmin
müqavilələrin ekspertizasının həyata keçirilməsi;
- Fəaliyyət
istiqaməti üzrə Azərbaycan Respublikasının məhkəmələrində Hesablama Palatasının
təmsil edilməsi;
- Sərəncam
mahiyyətli sənədlərdə nəzərdə tutulmuş tədbirlərin və tapşırıqların həyata
keçirilməsinin öz səlahiyyətləri daxilində təmin edilməsi, zəruri hallarda
əlaqələndirmə və koordinasiya işlərinin təşkil ediməsi;
- Fəaliyyət
istiqamətləri üzrə Palatanın inkişaf konsepsiyası və strateji inkişaf
planlarının hazırlanmasında iştirak edilməsi və səlahiyyətləri daxilində
icrasının təmin edilməsi;
- Palatanın
fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qanunvericilik aktlarında və
metodiki sənədlərdə müvafiq dəyişikliklərin edilməsi və ya yeni normativ hüquqi
aktların və metodiki sənədlərin hazırlanması ilə bağlı təkliflərin verilməsi və
həmin aktların hazırlanması və ya hazırlanmasında iştirak edilməsi;
- Fəaliyyət
istiqamətləri üzrə qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının,
müəssisə, idarə və təşkilatların məktub və sorğularına, habelə vətəndaşların
ərizə və şikayətlərinə müvafiq qaydada baxılması, icrası istiqamətində zəruri
tədbirlərin görülməsi;
- Qanunvericiliyə və
şöbə müdirinin tapşırığına əsasən səlahiyyətləri daxilində Palatanın dövlət
orqanları, idarə, müəssisə və təşkilatlar, hüquqi və fiziki şəxslərlə
münasibətdə təmsil edilməsi;
- Hesablama
Palatasının rəhbərliyi tərəfindən verilmiş tapşırıqların icrasının həyata
keçirilməsi;
- Şöbənin fəaliyyəti
barədə illik hesabatın hazırlanması və hazırlanmasında iştirak edilməsi;
- Fəaliyyət
istiqamətlərinə uyğun olaraq şöbə müdiri və sektor müdiri tərəfindən verilmiş
digər vəzifələrin yerinə yetirilməsi.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: aqrar və balıq təsərrüfatı ixtisaslar qrupu, mühasibat ucotu və audit, maliyyə və kredit ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: 4 il ümumi iş stajı
-
Kompüter biliklərinə dair tələblər: (MS WINDOWS, MS OFFICE, INTERNET və s.) – orta səviyyədə
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1; İngilis dili-B1;
|
Müsahibə elanının tarixi |
19.06.2020 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
17.07.2020 23:00 |
ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
- Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.
ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
- xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.
Qeydlər:
- Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər, o cümlədən ehtiyat kadrlar iştirak edə bilərlər.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları (o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan şəxslər) altı ay ərzində müsahibəyə buraxılmırlar.
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir
- Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
- "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq, bu Qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir. Müvafiq qaydalara əsasən namizəd vakant vəzifələrə müraciət etmək üçün peşə tanınması ilə bağlı şəhadətnaməyə malik olmalıdır.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 19 iyun 2020-ci il tarixindən 17 iyul 2020-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Namizədlər müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.