Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Qida Təhlükəsizliyi Agentliyi |
Struktur bölmə |
Aparat, Qeydiyyat və sahibkarlarla iş şöbəsi, Qeydiyyat sektoru |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
şöbə müdirinin müavini - sektor müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
4 |
Aylıq vəzifə maaşı |
1240 |
Qulluq funksiyaları |
- qida təhlükəsizliyi baxımından qeydiyyata alınmış
qida məhsulları sahəsində fəaliyyət göstərən
subyektlərin dövlət reyestrinin aparılmasına nəzarət etmək;
- Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının
ixracı məqsədilə qida məhsulları sahəsində fəaliyyət göstərən
subyektlərə təsdiqedici kodların verilməsini və bu barədə ictimai
məlumatlandırmanın həyata keçirilməsini təmin etmək;
- fəaliyyət istiqamətləri üzrə normativ hüquqi
aktların, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hazırlanmasını təmin etmək və ya
hazırlanmasında iştirak etmək, digər dövlət orqanları tərəfindən hazırlanmış
qanunvericilik aktlarının layihələrinə dair şöbə müdirinə rəy və təkliflər vermək;
- dövlət qeydiyyatına alınmış qida məhsulları
sahəsində fəaliyyət göstərən subyektlərin reytinqini müəyyənləşdirmək;
- Qeydiyyat məlumatları əsasında dövri statistik və
analitik hesabatların hazırlanması işini təşkil etmək;
- Qida məhsulları sahəsində fəaliyyət
göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması
barədə qida subyektlərinə dövlət reyestrindən çıxarışlar verilməsini təmin etmək;
- dövlət
reyestrinə daxil edilən qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin
Agentliyin aidiyyəti struktur bölmələri tərəfindən aparılmış
qiymətləndirmələrin nəticələri əsasında qeydiyyatının ləğv edilməsi və ya reyestr
məlumatlarına dəyişiklik edilməsi ilə bağlı prosedurları təmin etmək;
- Aidiyyəti struktur bölmələr
tərəfindən verilmiş müsbət rəy (qərar) əsasında baytarlıq
preparatlarını, pestisidləri, bioloji
preparatları, aqrokimyəvi maddələrin dövlət qeydiyyatına alınaraq qeydiyyat şəhadətnaməsi verilməsi, Azərbaycan
Respublikasında dövlət qeydiyyatına alınmış
pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin
və baytarlıq preparatlarının dövlət
reyestrinin aparılmasını təmin etmək;
- baytarlıq preparatlarının, pestisidləri, bioloji preparatların, aqrokimyəvi maddələrin
qeydiyyat şahadətnamələrinin və “Qida məhsulları sahəsində fəaliyyət göstərən
subyektlərin dövlət reyestrindən çıxarışın” dublikatlarının verilməsini təmin etmək;
- Qanunvericilikdə müəyyənləşdirilmiş qaydada sorğu əsasında dövlət
reyestrindən məlumatların verilməsini təmin etmək;
- qida təhlükəsizliyi
sahəsinin inkişafı üzrə prioritetlərin müəyyən edilməsi, dövlət proqramları və
inkişaf konsepsiyalarının hazırlanması və həyata keçirilməsində iştirak etmək;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq xarici
dövlətlərin qabaqcıl təcrübəsini öyrənmək və aidiyyəti üzrə şöbə müdirinə təkliflər
vermək;
- Şöbə müdirinin müvafiq göstərişinə və iş
planına uyğun olaraq kollegiyanın müzakirəsinə təqdim ediləcək məsələlərin
hazırlanmasını təşkil etmək;
- Dövlət Proqramlarında, Strateji Yol Xəritələrində,
Strateji Planlarda və Fəaliyyət Planlarında şöbənin fəaliyyət istiqamətləri üzrə
qeyd olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək;
- Qeydiyyat məlumatları, həmçinin subyektlərin fəaliyyət
istiqamətləri üzrə aparılan araşdırmalar, monitorinqlər, yoxlamalar,
ekspertizalar və onların nəticələri ilə bağlı toplanılmış informasiyalar
əsasında qida məhsulları sahəsində
fəaliyyət göstərən subyektlərinin məlumat bazasının yaradılması və ondan
istifadə edilməsini təmin etmək;
- Qida zənciri boyu
fəaliyyət göstərən sahibkarların hüquqlarının müdafiəsi istiqamətində tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
- Sahibkarlıq fəaliyyətinin
təkmilləşdirilməsi və sahibkarların rəqabət qabiliyyətinin artırılması istiqamətində
texniki və metodiki dəstək tədbirləri təşkil etmək;
- Sahibkarlıq
subyektləri tərəfindən qida təhlükəsizliyi üzrə idarəetmə sistemlərinin (HACCP,
İSO 22000 və s.) və qabaqcıl fəaliyyət kodekslərinin (GAP, GHP, GMP və s.) tətbiqi
ilə bağlı dəstək tədbirlərini təşkil etmək;
- fəaliyyət istiqamətləri üzrə institusional və təşkilati
inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində, o cümlədən siyasətinin formalaşdırılmasında ictimai
iştirakçılığın artırılması, dövlət-özəl əməkdaşlığın qurulması üçün təhlil
və qiymətləndirmələrin həyata keçirilməsi məqsədi ilə araşdırmaların
aparılmasını təşkil etmək;
- fəaliyyət istiqamətləri üzrə Agentliyin
fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı şöbə müdirinə təkliflər vermək;
- Sahibkarlar tərəfindən daxil olan müraciətlərin
Agentliyin müxtəlif struktur bölmələri tərəfindən qaldırılan məsələlərin vaxtında
və qanuni şəkildə cavablandırılması ilə bağlı təhlillər aparmaq və nəticəsi ilə
bağlı təkliflər vermək;
- Qida məhsulları sahəsində fəaliyyət göstərən
sahibkarların mənafeyinin qorunması, müvafiq hüquqi və texniki dəstəklə təmin
edilməsi istiqamətində tədbirləri həyata keçirmək;
- Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq
bu Əsasnamə ilə şöbəyə verilmiş səlahiyyətlərin təkmilləşdirilməsi,
genişləndirilməsi və ya dəyişdirilməsi üzrə şöbə müdirinə təkliflər hazırlamaq;
- Şöbəyə daxil olan ərizə, şikayət və təkliflərə baxılmasını təmin etmək və müəyyən edilmiş qaydada tədbirlər görmək;
- Agentliyin
regional bölmələrində eyni adlı sektorların işinin təşkilini və fəaliyyətlərinin
əlaqələndirilməsini aidiyyəti üzrə həyata keçirmək və onlardan müvafiq
hesabatları tələb etmək;
- Fəaliyət istiqamətlərinə
uyğun olaraq Agentliyin regional bölmələrinə müvafiq tapşırıq vermək;
- Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar
və məlumatların hazırlanmasını təmin etmək;
- Şöbə müdiri tərəfindən şöbəyə tapşırılmış
vəzifələri yerinə yetirmək;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq
qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, baytarlıq, torpaqşünaslıq və aqrokimya , aqronomluq, bitki mühafizəsi, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi , metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi , hüquqşünaslıq ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: 5 il dövlət qulluğu stajı və yaxud 7 il ümumi iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, Internet və s. yüksək səviyyədə
-
Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1;Rus dili-B1;
|
Müsahibə elanının tarixi |
15.03.2021 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
13.04.2021 18:00 |
ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- vakant vəzifəni təqdim etmiş dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi, hərbi, diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında daxil edilən və hazırda ehtiyat kadrlar siyahısında olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.
ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
- xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.
ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 15 mart 2021-ci il tarixindən 13 aprel 2021-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.
Qeydlər:
- Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər, o cümlədən ehtiyat kadrlar iştirak edə bilərlər.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları (o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan şəxslər) altı ay ərzində müsahibəyə buraxılmırlar.
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir
- Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
- 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə telefonları:
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1742,1745); e-mail: dqqebul@dim.gov.az;
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 431 63 86 (daxili 111,117); e-mail: dqqeydiyyat@dim.gov.az.