Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Qida Təhlükəsizliyi Agentliyi |
Struktur bölmə |
Aparat, Bitki sağlamlığı şöbəsi, Bitki sağlamlığı üzrə risklərin və böhran vəziyyətlərinin idarə edilməsi sektoru |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
sektor müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
5 |
Aylıq vəzifə maaşı |
960 |
Qulluq funksiyaları |
- aidiyyəti struktur bölmələr və dövlət qurumları
tərəfindən təqdim edilmiş məlumatlar əsasında ölkədə mövcud fitosanitar vəziyyəti təhlil etmək, təkliflər
vermək, bitki sağlamlığı sahəsinin inkişafı üzrə prioritetlərin müəyyən edilməsi,
dövlət proqramları və inkişaf konsepsiyalarının hazırlanması və həyata keçirilməsində
iştirak etmək;
- maraqlı tərəflərin,
o cümlədən fermerlərin, ailə təsərrüffatlarının, sahibkarların bitki karantini
və bitki mühafizə tədbirlərinin tətbiqi ilə bağlı rəylərinin öyrənilməsini təmin etmək və siyasət
qərarlarında onların rəylərini nəzərə almaq;
- fəaliyyət istiqamətləri üzrə qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hazırlanmasını təmin etmək və təkmilləşdirilməsi
ilə bağlı təkliflər vermək;
- müvafiq beynəlxalq norma, təlimat və qaydalara uyğun olaraq fitosanitar
norma və qaydalarının hazırlanması və qəbulunu təşkil etmək;
- fəaliyyət istiqamətlərinə
uyğun olaraq xarici dövlətlərin qabaqcıl təcrübəsini öyrənmək və aidiyyəti üzrə
şöbə müdirinə təkliflər vermək;
- Şöbə müdirinin müvafiq göstərişinə və iş planına uyğun olaraq kollegiyanın müzakirəsinə təqdim
ediləcək məsələlərin hazırlanmasını təşkil
etmək;
- Dövlət
Proqramlarında, Strateji Yol Xəritələrində, Strateji Planlarda və Fəaliyyət
Planlarında sektorun fəaliyyət istiqamətləri üzrə qeyd olunmuş tədbirlərin həyata
keçirilməsini təmin etmək;
- fitosanitar
nəzarəti sahəsində qanunvericiliyin tələbləri və qabaqcıl təcrübələrlə bağlı fermerlərin,
ailə təsərrüftalarının və sahibkarların maarifləndirilməsi işini təşkil etmək;
- Bitki Mühafizəsi
haqqında Beynəlxalq Konvensiyanın (İPPC) Fitosanitar Tədbirlər Komissiyası və digər beynəlxalq təşkilatlarda fəaliyyət istiqamətləri üzrə keçirilmiş tədbirlərdə
iştirak etmək;
- Bitki Mühafizəsi haqqında
Beynəlxalq Konvensiyanın (İPPC) və digər beynəlxalq təşkilatların tələblərinə
uyğun öhdəliklərə və qaydalara əməl edilməsi üçün müvafiq tədbirlərin görülməsi
ilə əlaqədar şöbə müdirinə təkliflər vermək;
- ölkə ərazisi üzrə bitki sağlamlığının izlənilməsi, mövcud vəziyyətin təhlil edilməsi,
mövcud və potensial risklərin müəyyənləşdirilməsini və risk profillərinin hazırlanmasını təmin etmək;
- bitki mühafizəsi sahəsində aparılmış
təhlillər və elmi risk qiymətləndirilməsi nəticələri əsasında ayrı-ayrı karantin
tətbiq edilən zərərli orqanizmlər üzrə risklərin idarəedilməsi planlarının hazırlanmasını təmin etmək və təsdiq edilməsi üçün şöbə müdirinə təqdim etmək;
- ayrı-ayrı karantin tətbiq
edilən zərərli orqanizmlər üzrə risklərin idarəedilməsi planlarının icrasına nəzarət etmək və nəticələrin monitorinqinin aparılmasını təşkil etmək;
- risk təhlili çərçivəsində
mövcud və yarana biləcək təhlükələr və risklər barədə fitosanitar nəzarətində
olan yüklər sahəsində fəaliyyət göstərən subyektlər, istehlakçılar, elmi cəmiyyətlər,
dövlət orqanları, beynəlxalq və qeyri hökümət təşkilatları, habelə digər
maraqlı tərəflər arasında məlumat mübadiləsinin həyata keçirilməsini təmin etmək;
- Azərbaycan Respublikasının
ərazisini xarici ölkələrdən keçə biləcək karantin tətbiq edilən zərərli
orqanizmlərdən qorumaq üçün görüləcək
tədbirləri təşkil etmək;
- ölkə ərazisində karantin
tətbiq edilən zərərli orqanizmlərin mövcudluğu təsdiq edildikdə zərərli orqanizmlərə qarşı tətbiq ediləcək
bitki mühafizəsi tədbirlərini müəyyən etmək, zərərli orqanizmin yayılma təhlükəsi olan zonalarda qanunla müəyyən
edilmiş hallarda və qaydada məhdudiyyət, xəbərdarlıq və profilaktik təyinatlı tədbirlər
görülməsi ilə bağlı şöbə müdirinə təkliflər vermək;
- Fitosanitar nəzarətində olan məhsulların
ixracı zamanı aşkarlanmış uyğunsuzluqlara dair bildirişlərdə (notifikasiya sənədlərində)
göstərilmiş faktları
araşdırmaq, zəruri tədbirlər görmək və görülmüş işlərə dair arayışların hazırlanaraq aidiyyəti struktur bölməyə göndərilməsini təmin etmək;
- mülkiyyət formasından asılı
olmayaraq, hüquqi və fiziki şəxslərə fitosanitar xidmətlərin göstərilməsinə
nəzarətin təşkil edilməsi ilə əlaqədar şöbə müdirinə təkliflər vermək;
- bitki sağlamlığı sahəsi
üzrə ixtisaslı kadrların peşə bacarıqlarının artırılması və prioritet sahələr
üzrə elmi-tədqiqatların aparılmasına dair təkliflər vermək, Agentliyin regional
bölmələrində fəaliyyət göstərən fitosanitar müfəttişlərə elmi-metodiki dəstək
göstərmək, bu məqsədlə təlimlər keçmək;
- beynəlxalq təcrübə nəzərə alınmaqla, Agentliyin fəaliyyət istiqamətləri ilə
bağlı elmi-texniki nailiyyətlərin tətbiqi
üzrə tövsiyələrin hazırlanması ilə əlaqədar təkliflər vermək;
- dövlət sirrinin və məxfilik rejiminin qorunması
üçün zəruri tədbirlərin, habelə Agentliyin fəaliyyət istiqamətlərinə uyğun
təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı şöbə müdirinə təkliflər hazırlamaq;
- sektora daxil olan ərizə, şikayət və təkliflərə baxılmanı təmin etmək və müəyyən edilmiş qaydada
tədbirlər görmək;
- qida
təhlükəsizliyi sahəsində dövlət siyasətinin istiqamət və prinsiplərinin müəyyən
edilməsi ilə bağlı şöbə müdirinə təkliflər vermək;
- şöbə müdirnin tapşırığı ilə hesabatlar, arayışlar və
məlumatlar hazırlamaq;
- şöbə müdiri tərəfindən sektora tapşırılmış vəzifələri yerinə yetirmək;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq
qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: biologiya, torpaqşünaslıq və aqrokimya , aqronomluq, bitki mühafizəsi ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: 4 il ümumi iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, Internet və s. yüksək səviyyədə
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;İngilis dili-B1;
|
Müsahibə elanının tarixi |
15.03.2021 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
13.04.2021 18:00 |
ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- vakant vəzifəni təqdim etmiş dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi, hərbi, diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında daxil edilən və hazırda ehtiyat kadrlar siyahısında olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.
ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
- xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.
ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 15 mart 2021-ci il tarixindən 13 aprel 2021-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.
Qeydlər:
- Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər, o cümlədən ehtiyat kadrlar iştirak edə bilərlər.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları (o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan şəxslər) altı ay ərzində müsahibəyə buraxılmırlar.
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir
- Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
- 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə telefonları:
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1742,1745); e-mail: dqqebul@dim.gov.az;
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 431 63 86 (daxili 111,117); e-mail: dqqeydiyyat@dim.gov.az.