Əlaqə məlumatları |
|
Dövlət orqanı |
Qida Təhlükəsizliyi Agentliyi |
Struktur bölmə |
Aparat, Qida zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsi, Regional bölmələr və tabeli qurumlarla iş sektoru |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
sektor müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
5 |
Aylıq vəzifə maaşı |
960 |
Qulluq funksiyaları |
- fəaliyyət istiqamətləri üzrə normativ hüquqi
aktların, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hazırlanmasını təmin etmək və ya hazırlanmasında
iştirak etmək, digər dövlət orqanları tərəfindən hazırlanmış qanunvericilik
aktlarının layihələrinə dair rəy və təkliflərini şöbə müdirinə vermək;
- fəaliyyət istiqamətləri üzrə xarici dövlətlərin
qabaqcıl təcrübəsini öyrənmək və aidiyyəti üzrə şöbə müdirinə təkliflər
vermək;
- Dövlət
Proqramlarında, Strateji Yol Xəritələrində, Strateji Planlarda və Fəaliyyət
Planlarında şöbənin fəaliyyət istiqamətləri üzrə qeyd olunmuş tədbirlərin həyata
keçirilməsini təmin etmək;
- Şöbə müdirinin müvafiq göstərişinə və iş planına uyğun olaraq kollegiyanın
müzakirəsinə təqdim ediləcək məsələlərin hazırlanmasını təşkil etmək;
- aidiyyəti qurumlara müraciətlərin hazırlanmasını, sənədlərin
toplanmasını və göndərilməsini təmin etmək;
- Agentliyin
regional bölmələrinin və tabeli qurumlarının iş proqramlarının tərtib edilməsini təmin etmək,
aparılacaq monitorinq planlarının hazırlanmasına nəzarət etmək;
- Agentliyin
regional bölmələrinin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin
artırılması, mütərəqqi və müasir iş proseslərinin tətbiqi üzrə şöbə müdirinə təkliflər vermək;
- regionlarda
Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək və
fəaliyyət istiqamətləri üzrə Agentliyin regional bölmələri tərəfindən işlərin
görülməsini təşkil etmək;
- fəaliyyət istiqamətləri üzrə Agentliyin
regional bölmələri tərəfindən
görülən işlər və tapşırıqların icrası vəziyyəti barədə hesabatlar almaq;
- Agentliyin
regional bölmələrinin fəaliyyətinin
əlaqələndirilməsini təşkil etmək və iş prosesində ortaya çıxan problemlərin və
çatışmazlıqlarının araşdırılması və onların aradan qaldırılması ilə bağlı təkliflər
hazırlamaq və şöbə müdiri ilə müzakirə etmək;
- Agentliyin
regional bölmələrinin fəaliyyətində baş vermiş nöqsanların
araşdırılması və aradan qaldırılması ilə bağlı tədbirlər görmək;
- Agentliyin
regional bölmələrində fəaliyyət
göstərən əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması, təlimlərə cəlb
edilməsinin zəruriliyi haqqında təkliflər hazırlamaq;
- Agentliyin
regional bölmələrinin fəaliyyətinin əlçatanlıq, şəffaflıq, nəzakətlilik,
rahatlıq və məsuliyyət prinsipləri əsasında və qanunvericilikdə nəzərdə
tutulmuş qaydada həyata keçirilməsinə nəzarət etmək;
- Agentliyin
regional bölmələrinin fəaliyyətinə dair aparılmış qiymətləndirmənin nəticələri
barədə ümumiləşdirmə aparmaq, hesabatların hazırlanmasını təmin etmək və təkliflər vermək;
- Sektorun iş planının, fəaliyyəti ilə bağlı
hesabatlarının dövrlər üzrə hazırlanmasını təmin etmək;
- Şöbə müdiri tərəfindən sektora tapşırılmış vəzifələri yerinə yetirmək;
- Sektora daxil olan ərizə, şikayət və təkliflərə baxılmasına və müəyyən edilmiş qaydada
tədbirlər görülməsinə nəzarət etmək;
- Sektorun əməkdaşları tərəfindən
fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət
və kommersiya sirrinin qorunmasını təmin etmək;
- qida təhlükəsizliyi
sahəsində dövlət siyasətinin istiqamət və prinsiplərinin müəyyən edilməsi ilə
bağlı təkliflər vermək;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq
qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi , metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi , torpaqşünaslıq və aqrokimya , aqronomluq, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, bitki mühafizəsi, tibbi profilaktika ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: 4 il ümumi iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, Internet və s. yüksək səviyyədə
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;İngilis dili-A2;
|
Müsahibə elanının tarixi |
15.03.2021 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
13.04.2021 18:00 |
ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- vakant vəzifəni təqdim etmiş dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi, hərbi, diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında daxil edilən və hazırda ehtiyat kadrlar siyahısında olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.
ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
- xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.
ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 15 mart 2021-ci il tarixindən 13 aprel 2021-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.
Qeydlər:
- Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər, o cümlədən ehtiyat kadrlar iştirak edə bilərlər.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları (o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan şəxslər) altı ay ərzində müsahibəyə buraxılmırlar.
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir
- Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
- 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə telefonları:
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1742,1745); e-mail: dqqebul@dim.gov.az;
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 431 63 86 (daxili 111,117); e-mail: dqqeydiyyat@dim.gov.az.