Ekologiya və Təbii Sərvətlər Nazirliyi
7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Rəhbərlik, yerli bölmənin rəhbərin müavini


Əlaqə məlumatları
Dövlət orqanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Struktur bölmə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Rəhbərlik
Vakant inzibati vəzifənin adı və vakansiya sayı yerli bölmənin rəhbərin müavini (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 6
Aylıq vəzifə maaşı 675
Qulluq funksiyaları
  • İdarəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə nəzarətin təşkili;
  • İdarə rəisinin müəyyən etdiyi iş bölgüsünə uyğun fəaliyyətin həyata keçirilməsi;
  • İdarədə dövlət qulluğunun inzibati vəzifə üzrə əməkdaşlarının qanunvericiliyə uyğun olaraq xidməti fəaliyyətinin qiymətləndirilməsinə rəhbərliyin həyata keçirilməsi;
  • Dövlət və yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə münasibətdə İdarənin təmsil edilməsi;
  • İdarənin fəaliyyətinə dair hesabatların Nazirliyə təqdim edilməsi;
  • İdarənin fəaliyyətinə dair verilmiş əmr, sərəncam və göstərişlərin vaxtında icrasına nəzarətin həyata keçirilməsi;
  • Xidməti ərazidə ekoloji tarazlığın qorunmasına, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsinə, bu sahədə mövcud qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarətin təşkil edilməsi;
  • Ətraf mühitin mühafizəsinə və təbii ehtiyatlardan istifadəyə dair qanunvericilik sahəsində aşkar olunmuş qanun pozuntuları ilə bağlı təqsirkar şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsinə  nəzarət edilməsi;
  • Ətraf mühitin əlverişli ekoloji vəziyyətin sağlamlaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə nəzarətin təşkil edilməsi;
  • Təbii ekoloji sistemlərə təsərrüfat və digər fəaliyyət növləri nəticəsində dəyə biləcək zərərin qarşısının alınması istiqamətində zəruri tədbirlər görülməsinin təşkili;
  • Ətraf mühitə zərərli maddələrin atılması (axıdılması) hədlərinin gözlənilməsinə  və tullantıların idarə olunmasına nəzarətin həyata keçirilməsinin təşkili;
  • Ətraf mühitin mühafizəsi haqında qanunvericiliyin pozulmasına dair tətbiq edilmiş cərimə, ziyan və ödəmələrin “Ətraf mühitin mühafizəsi üzrə Dövlət Fondu”na ödənilməsinə nəzarətin həyata keçirilməsi;
  • Yenidən qurulacaq və tikiləcək müxtəlif təyinatlı obyektlərin tikinti-texniki layihələrinə verilmiş dövlət ekoloji ekspertizası rəyinin tələblərinin icrasına nəzarətin təşkili;
  • İdarəyə daxil olan olan şikayət ərizələrinin, “Qaynar Xətt” və elektron məlumatlarının araşdırılması, araşdırma materiallarının təhlil olunaraq qiymətləndirilməsinin təmin edilməsi;
  • Ətraf mühitin mühafizəsinə nəzarət sahəsində ekoloji maarifləndirmə işinin təşkilinə nəzarət edilməsi;
  • İdarənin ətraf mühit və təbii sərvətlərdən istifadəyə nəzarət işində Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən digər dövlət orqanları və ictimai təşkilatlarla qarşılıqlı fəaliyyət göstərməsi və onların fəaliyyətinin əlaqələndirilməsi;
  • İdarənin işinin tənzimlənməsi, iş planlarının təsdiq edilməsi, onların fəaliyyətini təşkil və təhlil etməklə fəaliyyətlərinə nəzarət edilməsi;
  • Fəaliyyəti ilə bağlı idarə, müəssisə və təşkilatlardan, eyni zamanda vətəndaşlar tərəfindən daxil olan müraciətlərin qanunvericiliyə uyğun icrasına nəzarətin həyata keçirilməsi;
  • Hüquqi və fiziki şəxslər tərəfindən ətraf mühitin mühafizəsi sahəsində yol verilən inzibati hüquqpozmalarla əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq qərarların qəbul edilməsi və ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin icrası ilə bağlı göstərişlərin verilməsi;
  • Təbii sərvətlərdən istifadə, təbiəti mühafizə, ekoloji təhlükəsizlik məsələləri ilə bağlı Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf proqramlarına daxil edilən layihələrin icra edilməsində iştirak edilməsi; 
  • Ətraf mühitin mühafizəsi ilə bağlı keçirilən seminar, müşavirə, iclas və digər tədbirlərdə iştirak edilməsi;
  • Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına, meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsinin təşkili;
  • Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsinin təşkili;
  • Balıq və digər su bioresurslarından istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsinin təşkili;
  • Heyvanlar aləmi haqqında qanunvericiliyin icrasına, dövlət ov fondunun mühafizəsi, bərpası və artırılmasına, ovçuluq təsərrüfatının aparılması və idarə olunması qaydalarına əməll edilməsinə nəzarətin təşkili;
  • Su obyektlərindən səmərəli və məqsədyönlü istifadə edilməsinə, yerüstü və yeraltı suların çirklənmədən, zibillənməkdən və tukənməkdən qorunmasına, habelə yeraltı sulardan istifadə edilməsinə nəzarət edilməsi;
  • Müxtəlif növ tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi zamanı ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət edilməsi;
  • İdarənin əsasnaməsində nəzərdə tutulmuş aidiyyəti üzrə digər vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsi.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, təbiət ixtisasları qrupu, texniki və texnoloji ixtisaslar qrupu, kənd təsərrüfatı ixtisasları qrupu, riyaziyyat və informatika müəllimliyi, riyaziyyat müəllimliyi, biologiya müəllimliyi, kimya müəllimliyi, kimya və biologiya müəllimliyi , tarix və coğrafiya müəllimliyi, coğrafiya müəllimliyi ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: 3 il dövlət qulluğu stajı və yaxud 4 il ümumi iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internet və s, (orta-yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1;Rus dili-B1;
Müsahibə elanının tarixi 24.05.2021 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 22.06.2021 18:00

ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • vakant vəzifəni təqdim etmiş dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi, hərbi, diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında daxil edilən və hazırda ehtiyat kadrlar siyahısında olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.

ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
  • xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.

ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 24 may 2021-ci il tarixindən 22 iyun 2021-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.

Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər, o cümlədən ehtiyat kadrlar iştirak edə bilərlər.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları (o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan şəxslər) altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir
  • Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
  • 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə telefonları: 

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1742,1745); e-mail: dqqebul@dim.gov.az;

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 431 63 86 (daxili 111,117); e-mail: dqqeydiyyat@dim.gov.az.