Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Meşələrin İnkişafı Xidməti, Rəhbərlik, mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət xidməti rəhbərinin müavini - rəis müavini


Əlaqə məlumatları
  • Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə: Bakı şəhəri, Yasamal rayonu, B.Ağayev 100A
Dövlət orqanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Struktur bölmə Meşələrin İnkişafı Xidməti, Rəhbərlik
Vakant inzibati vəzifənin adı və vakansiya sayı mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət xidməti rəhbərinin müavini - rəis müavini (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 3
Aylıq vəzifə maaşı 1480
Qulluq funksiyaları
  • Xidmətin iş fəaliyyətini təşkil edir, meşə fondundan istifadəyə nəzarəti təmin edir, meşə fondunda monitorinq və araşdırmaların mövcud qanunvericiliyin tələblərinə uyğun aparılmasını, Nazirlik, digər Dövlət orqanları və ictimai təşkilatlarla qarşılıqlı fəaliyyət göstərilməsini və onların fəaliyyətini əlaqələndirilməsini təmin edir;
  • Meşələrin qorunub mühafizə olunması məqsədilə, texnoloji prosesləri, reqlament normaları, yeni texnologiyaların öyrənilməsi və tətbiq edilməsinə dair təkliflər verir;
  • Şöbələrarası işin tənzimlənməsi, iş planlarının hazırlanması, onların təşkili, təhlil və qiymətləndirilməsi həyata keçirir;
  • Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və digər göstərişləri ilə verilmiş aidiyyəti tapşırıqların, o cümlədən milli layihələr və strategiyaların, dövlət proqramlarının, inkişaf konsepsiyalarının, tədbirlər və fəaliyyət planlarının, eləcə də strateji yol xəritələrinin, Nazirlər Kabinetinin qərar və sərəncamlarının, Nazirliyin normativ hüquqi aktlarının və digər kollegiya qərarlarının, eləcə də bununla bağlı icra intizamına riayət olunmasına müntəzəm nəzarətin həyata keçirilməsini təşkil edir, nəticəsi barədə Nazirliyin rəhbərliyinə arayışlar təqdim olunmasını təmin edir;
  • İdarə, müəssisə və təşkilatlardan, ayrı-ayrı vətəndaşlardan Nazirliyə ünvanlanmış müraciətləri və məlumatları qəbul edir, bununla əlaqədar operativ qaydada tədbirlər görülməsi məqsədilə aidiyyəti üzrə çatdırılmasını və icrasına nəzarəti təmin edir; 
  • Xidmətə ünvanlanmış müraciətlərin, məlumatların, əmrlərin, göstərişlərin və digər sənədlərin aidiyyəti üzrə icra olunmasına yönəlmiş tapşırıqları yerinə yetirir və onların icrasına nəzarəti həyata keçirir;
  • Meşələrin qorunub mühafizə olunması sahəsində qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar müvafiq qərarların qəbul edilməsində iştirak edir və bununla bağlı verilmiş göstərişlərin yerinə yetirilməsinə nəzarət edir;
  • Tətbiq edilmiş cərimə, ziyan və ödəmə məbləğlərinin «Meşələrin qorunması və təkrar istehsalı Fondu »na daxilolmalarına nəzarət edir;
  • Nazirliyin əmr, sərəncam və göstərişlərinin yerinə yetirilməsi üçün səlahiyyətləri daxilində tədbirləri görür və bu işlərə nəzarət edir;
  • Meşə təsərrüfatına aid müvafiq hesabatları vaxtlı-vaxtında Nazirliyin ayrı-ayrı Şöbələrinə və digər orqanlara təqdim edilməsində iştirak edir və bu sahədə aidiyyatı sektorların işinə nəzarət edir; 
  • Vətəndaşların müraciətlərinə baxılmasına və müvafiq tədbirlərin görülməsinə nəzarət edir;
  • Korrupsiya hallarına yol verilməməsi üçün tədbirlərin görülməsinə nəzarət edir;
  • Ətraf mühitin mühafizəsi ilə bağlı keçirilən seminar, müşavirə, iclas və digər tədbirlərdə iştirak edir;
  • Müvafiq qaydalara uyğun Nazirliyin səlahiyyətli qurumlarının və Xidmətin rəisinin tapşırıqlarını icra edir və bu istiqamətdə müvafiq sektorların işinə nəzarət edir;
  • Hesabat xarakterli məlumatların hazırlanması üçün Xidmət rəisinin göstərişinə uyğun olaraq daxil olan bütün hesabatların təhlili və yoxlanmasını təmin edir;
  • Zərurət yarandığı təqdirdə aşkar olunmuş qanun pozuntuları ilə bağlı təqsirkar şəxslər barəsində akt və protokolun tərtib edilməsini təmin edir;
  • Meşə fondundan istifadə sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələrin yerinə yetirir.
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: ali təhsil
  • İş stajına dair tələblər: 6 il dövlət qulluğu stajı və yaxud 9 il ümumi iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internet və s, (yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B2;İngilis dili-B2;
Müsahibə elanının tarixi 24.05.2021 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 22.06.2021 18:00

ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • vakant vəzifəni təqdim etmiş dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi, hərbi, diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında daxil edilən və hazırda ehtiyat kadrlar siyahısında olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.

ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
  • xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.

ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 24 may 2021-ci il tarixindən 22 iyun 2021-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.

Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər, o cümlədən ehtiyat kadrlar iştirak edə bilərlər.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları (o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan şəxslər) altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir
  • Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
  • 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə telefonları: 

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1742,1745); e-mail: dqqebul@dim.gov.az;

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 431 63 86 (daxili 111,117); e-mail: dqqeydiyyat@dim.gov.az.