Əlaqə məlumatları |
-
Mərkəz üzrə: Dövlət İmtahan Mərkəzi
-
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə: Bakı şəhəri, Füzuli küçəsi 65
|
Dövlət orqanı |
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi |
Struktur bölmə |
Beynəlxalq əməkdaşlıq və protokol şöbəsi, Protokol sektoru |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
sektor müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
5 |
Aylıq vəzifə maaşı |
1020 |
Qulluq funksiyaları |
- Sektor
daxilində iş bölgüsünü aparmaq və sektorda çalışan işçilərin işinə nəzarət etmək;
- Sektorun illik iş planını tərtib etmək və həmin planda nəzərdə tutulan
işləri vaxtında və keyfiyyətlə yerinə yetirmək, şöbənin və sektorun fəaliyyəti
ilə bağlı hesabatları dövrlər üzrə hazırlayaraq razılaşdırmaq üçün şöbə müdirinə
təqdim etmək;
- Qəbul
olunmuş beynəlxalq təcrübəyə və milli adət-ənənələrə əsaslanaraq Komitə
daxilində rəsmi protokol qaydalarının metodik sənədlərinin layihəsini tərtib edərək şöbə müdirinə təqdim etmək;
- Şöbənin fəaliyyət istiqaməti və vəzifələrinə aid olan proqramların,
normativ hüquqi sənədlərin, metodikaların və təlimatların layihələrini
hazırlamaq və razılaşdırmaq üçün şöbə müdirinə təqdim etmək;
- Müvafiq icra hakimiyyəti orqanlarından, Komitənin aparatının struktur vahidləri, Komitənin strukturuna daxil
olan və strukturuna daxil olmayan tabeliyində olan qurumlardan daxil olan qanunvericilik, texniki normativ-hüquqi aktların, təşkilati-sərəncamverici sənədlərin layihələrinə dair rəy və təkliflərin
layihələrini şöbə müdirinə təqdim etmək;
- Şöbə müdirinin tapşırığına əsasən şöbənin fəaliyyət
istiqamətləri üzrə xarici dövlətlər, beynəlxalq qurumlar, dövlət orqanları,
idarə, müəssisə, yerli və xarici təşkilatlar və vətəndaşlardan daxil olan
müraciət, hesabat, məlumat, ərizə, sorğu və şikayətlərə baxmaq və
qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
- Komitə rəhbərliyi, eləcə də Komitə tərəfindən
keçirilən rəsmi qəbullar və görüşlərdə, habelə beynəlxalq təşkilatların, səfirliklərin
və digər diplomatik qurumların nümayəndələrinin və xarici nümayəndə heyətlərinin
iştirakı ilə keçirilən tədbirləri beynəlxalq təcrübəyə, milli adət-ənənələrə və
ümumi qəbul olunmuş protokol qaydalarına uyğun təşkil etmək;
- Komitənin strukturuna daxil olan bölmələr və tabeliyində
olan qurumlarda protokol qaydalarının həyata keçirilməsini əlaqələndirmək və bu
sahədə onlara lazımi yardım göstərmək;
- Şöbə müdiri ilə razılaşdırmaqla Komitə tərəfindən
keçirilən tədbirlərə dəvət edilmiş qonaqları qarşılamaq, müşayiət etmək, xarici
qonaqların ölkədə qalması ilə bağlı məsələlərdə köməklik göstərilməsini və digər
zəruri işlərin həyata keçirilməsini səlahiyyətləri daxilində təmin etmək;
- Vəzifə
səlahiyyətlərinin icrasına uyğun olaraq rəhbərlik tərəfindən verilmiş digər əmr,
sərəncam və göstərişləri yerinə yetirmək.
- Protokol
xidmətinin həyata keçirilməsini, tədbirlərin keçirildiyi yerlərin
hazırlanmasını, tədbir və mərasimlərin həyata keçirilməsini, Komitənin fəaliyyət
istiqamətləri üzrə protokol qaydalarının tələblərinə müvafiq olaraq aidiyyəti sənədləşmənin
aparılmasını, zəruri digər iclas və müşavirələrin müvafiq qaydada
protokollaşdırılmasının qeydiyyatının aparılmasını təmin etmək;
- Komitə sədrinin
xarici ölkələrə rəsmi səfərləri ilə əlaqədar təşəkkür məktublarının, Komitə rəhbərliyinin
adına daxil olmuş təbrik və rəsmi görüşlərə dəvət məktublarına cavab layihələrini,
eləcə də Komitə rəhbərliyi adından əlamətdar hadisələrlə bağlı təbrik və digər
xarakterli məktubların layihələrinin hazırlanmasını və aidiyyəti üzrə təqdim edilməsini təmin etmək;
- Komitə rəhbərliyinin
adına daxil olmuş dəvətnamələrin qeydiyyatının aparılmasını, müvafiq arayış
halına salınaraq aidiyyəti üzrə təqdim edilməsini təmin etmək.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: hüquqşünaslıq, politologiya, menecment, dövlət və bələdiyyə idarəetməsi, regionşünaslıq (regionlar üzrə), dövlət və ictimai münasibətlər, dünya iqtisadiyyatı, tərcümə (dillər üzrə), beynəlxalq münasibətlər, jurnalistika, filologiya, xarici dil müəllimliyi (dillər üzrə), dil və ədəbiyyat müəllimliyi (dillər üzrə) ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: 4 il ümumi iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS WINDOWS, MS OFFİCE, INTERNET və s. (orta-yüksək səviyyədə);
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B2;İngilis dili-B2;
|
Müsahibə elanının tarixi |
24.05.2021 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
22.06.2021 18:00 |
ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
- Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.
ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
- xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.
Qeydlər:
- Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər, o cümlədən ehtiyat kadrlar iştirak edə bilərlər.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları (o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan şəxslər) altı ay ərzində müsahibəyə buraxılmırlar.
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir
- Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
- 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə məlumatları:
Namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğunun yoxlanılması ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1762); e-mail: l.qedirova@dim.gov.az;
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 431 63 86 (daxili 102,111,117); e-mail: dqqeydiyyat@dim.gov.az;
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: dqqebul@dim.gov.az;
ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 24 may 2021-ci il tarixindən 22 iyun 2021-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Namizədlər müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.