Hesablama Palatası
Dövlət gəlirlərinin və iqtisadi sahələrin auditi şöbəsi, Aqrar sahələrin auditi sektoru, sektor müdiri


Əlaqə məlumatları
Dövlət orqanı Hesablama Palatası
Struktur bölmə Dövlət gəlirlərinin və iqtisadi sahələrin auditi şöbəsi, Aqrar sahələrin auditi sektoru
Vakant inzibati vəzifənin adı və vakansiya sayı sektor müdiri (1 yer)
Vakant inzibati vəzifənin təsnifatı 4
Aylıq vəzifə maaşı 1470
Qulluq funksiyaları
  • Təsdiq edilmiş proqramlara uyğun olaraq aqrar sahə üzrə kənar dövlət maliyyə nəzarəti tədbirlərinin, o cümlədən ekspert-analitik və audit tədbirlərinin icrasının, həmçinin aidiyyəti struktur bölmələri ilə birlikdə kompleks nəzarət tədbirlərinin həyata keçirilməsinin təmin edilməsi;  
  • Dövlət büdcəsi ilə bağlı növbəti büdcə ili üzrə layihəyə, ötən ilin dövlət büdcəsinin icrasına, büdcə ili ərzində dürüstləşməyə dair Palataya təqdim edilən qanun layihələrinə aqrar sahələrin maliyyəsi üzrə aidiyyəti sənədlərin, büdcə layihələri göstəricilərinin, hesablamaların, habelə digər məlumatların təhlil edilərək Palatanın rəyinin layihəsinin tərkib hissəsinin hazırlanması işinin təşkil edilməsi;    
  • Azərbaycan Respublikası Milli Məclisində təsdiq edilən Azərbaycan Respublikasının tərəfdar çıxdığı aqrar sahə üzrə beynəlxalq müqavilələrin maliyyə ekspertizasının keçirilməsi və müvafiq qanun layihələrinə aqrar sahələrin maliyyəsi üzrə rəy verilməsinin həyata keçirilməsinin təşkil edilməsi;   
  • Aqrar sahə üzrə maliyyə-büdcə təhlilinin aparılmasının, kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələri ilə büdcəyə rəylərin əlaqələndirilməsinin və təkliflərin hazırlanaraq şöbə müdirinə təqdim edilməsinin təmin olunması;    
  • Şöbənin aqrar sahələrin auditi sektorunun fəaliyyəti ilə bağlı olan qanunvericilik və normativ-metodiki sənədlərin bazasının yaradılması və yenilənməsi işinin həyata keçirilməsinin təşkil edilməsi;    
  • Sektorun fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən nəzarət tədbirlərinin səmərəliliyinin yüksəldilməsi ilə bağlı təkliflərin hazırlanması, eləcə də zərurət yarandığı hallarda mövcud qanunvericilik aktlarında dəyişikliklərin edilməsi və ya yeni normativ hüquqi aktların hazırlanması ilə bağlı təkliflərin verilməsinin təmin edilməsi;  
  • Aqrar sahələrdə fəaliyyət göstərən qurumlardan daxil olan hesabatların elektron sistemə daxil edilməsinin, həmçinin müvafiq hesabatların təhlil edilməsinin, düzgünlüyünə rəyin verilməsinin və arayışların hazırlanaraq şöbə müdirinə təqdim edilməsinin təşkil olunması;     
  • Sektorun fəaliyyət dairəsi üzrə təhlillərin aparılması, təhlillərin və audit tədbirlərinin nəticələri əsasında Palatanın fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması ilə bağlı şöbə müdirinə təkliflər verilməsinin təşkil olunması;   
  • Sektorun işinin təşkil edilməsi və ona rəhbərlik edilməsi;
  • Tabeliyində olan işçilər arasında cari iş bölgüsünün aparılması;
  • Palatanın fəaliyyəti ilə bağlı sərəncam mahiyyətli sənədlərin, metodiki sənədlərin, qanunvericilik aktlarının layihələrinin hazırlanmasının öz səlahiyyətləri çərçivəsində təmin edilməsi və ya aidiyyəti struktur bölmələri ilə birgə hazırlanması və icrası;
  • Palataya daxil olan qanunvericilik aktlarının, habelə Palata tərəfindən hazırlanmış metodiki sənədlərin və sərəncam mahiyyətli sənədlərin layihələrinin ekspertizasının həyata keçirilməsinin  təmin edilməsi;
  • Şöbənin səlahiyyətləri çərçivəsində Palatanın fəaliyyəti ilə bağlı mülki, habelə digər dövlət qurumları və xarici ölkələrin Ali Audit Qurumları ilə Hesablama Palatası arasında bağlanılan müqavilələr və qarşılıqlı razılaşmaların layihələrinin hazırlanması işinin təmin edilməsi və ya digər struktur bölmələri tərəfindən hazırlanmış həmin müqavilələrin ekspertizasının həyata keçirilməsinin təmin edilməsi;
  • Palatanın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qanunvericilik aktlarında və metodiki sənədlərdə müvafiq dəyişikliklərin edilməsi və ya yeni normativ hüquqi aktların və metodiki sənədlərin hazırlanması ilə bağlı təkliflərin verilməsi və həmin aktların hazırlanması və ya hazırlanmasında iştirak edilməsi;
  • Fəaliyyət istiqamətləri üzrə qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların məktub və sorğularına, habelə vətəndaşların ərizə və şikayətlərinə müvafiq qaydada baxılması, icrası istiqamətində zəruri tədbirlərin görülməsinin təmin edilməsi;
  • Qanunvericilik aktlarında və sərəncam mahiyyətli sənədlərdə nəzərdə tutulmuş tədbirlərin (tapşırıqların) həyata keçirilməsinin öz səlahiyyətləri daxilində təmin edilməsi, zəruri hallarda əlaqələndirmə və koordinasiya işlərinin təşkil edilməsi;
  • Fəaliyyət istiqamətləri üzrə Palatanın inkişaf konsepsiyası və strateji inkişaf planlarının hazırlanmasında iştirak edilməsi və səlahiyyətləri daxilində icrasının təmin edilməsi;
  • Sektorda qulluq keçən dövlət qulluqçularının peşə hazırlığı, təkrar hazırlığı və ixtisaslarının artırılması ilə bağlı ehtiyaclarının təhlil edilməsi işinin təmin edilməsi, onların ixtisasının artırılması və təkmilləşdirilməsi barədə  təkliflər verilməsi;
  • Sektorda əmək və icra intizamına, qulluq reqlamentinə və etik davranış qaydalarına əməl edilməsinə nəzarət edilməsi;
  • Tabeliyində olan işçilər barəsində intizam tənbehi və ya mükafatlandırma tədbirlərinin həyata keçirilməsi barədə şöbə müdirinə təqdimat verilməsi;
  • Qanunvericiliyə və rəhbərliyin tapşırığına əsasən səlahiyyətləri daxilində Palatanın dövlət orqanları, idarə, müəssisə və təşkilatlar, hüquqi və fiziki şəxslərlə münasibətdə təmsil edilməsi;
  • Sektorun fəaliyyəti barədə illik hesabatın hazırlanmasının təmin edilməsi;
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş və Palatanın rəhbərliyi tərəfindən verilmiş digər vəzifələrin yerinə yetirilməsi;
  • Müəyyən edilmiş qaydada tabeliyindəki dövlət qulluqçularının xidməti fəaliyyətlərinin qiymətləndirilməsinin təmin edilməsi
Vakant inzibati vəzifənin tutulması şərtləri
  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, kənd təsərrüfatı ixtisasları qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: 5 il ümumi iş stajı
  • Kompüter biliklərinə dair tələblər: (MS WINDOWS, MS OFFICE, INTERNETDƏN istifadə ) – orta səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1;Rus dili-B1;
Müsahibə elanının tarixi 17.02.2022 09:00
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 18.03.2022 18:00

ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • vakant vəzifəni təqdim etmiş dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi, hərbi, diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında daxil edilən və hazırda ehtiyat kadrlar siyahısında olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.

ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
  • xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.

ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 17 fevral 2022-ci il tarixindən 18 mart 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.

Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər, o cümlədən ehtiyat kadrlar iştirak edə bilərlər.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları (o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan şəxslər) altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir
  • Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
  • 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
  • Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi Açıqlama
A1
  • gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
  • özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
  • yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
A2
  • gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
  • ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
  • özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
B1
  • iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
  • müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
  • şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
  • müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
B2
  • İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
  • Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
  • müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
C1
  • müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
  • lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
  • sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
  • mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
C2
  • dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
  • müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
  • özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir

Əlaqə telefonları: 

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1742,1745); e-mail: dqqebul@dim.gov.az;

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 431 63 86 (daxili 111,117); e-mail: dqqeydiyyat@dim.gov.az.