Əlaqə məlumatları |
|
Dövlət orqanı |
İqtisadiyyat Nazirliyi |
Struktur bölmə |
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Əmlak Məsələləri Dövlət Xidmətinin Aparatı, Strateji planlaşdırma, innovasiyalar və təhlil şöbəsi |
Vakant inzibati vəzifənin adı və vakansiya sayı |
dövlət orqanı aparatında şöbə müdiri (1 yer) |
Vakant inzibati vəzifənin təsnifatı |
5 |
Aylıq vəzifə maaşı |
975 |
Qulluq funksiyaları |
- Şöbənin işini təşkil və ona rəhbərlik edir, işçilərin
işə davamiyyətinə və əmək intizamına nəzarət edir;
- Xidmətin fəaliyyət istiqamətləri ilə əlaqəli dövlət
proqramlarının, fəaliyyət planlarının və digər sənədlərin icrasının
monitorinqini və qiymətləndirilməsi işini təşkil edir;
- Xidmətin strateji planlaşdırma və təhlil işlərini təşkil
etmək və həyata keçirilməsinə nəzarət etmək, o cümlədən strateji layihələrin
planlaşdırılması mərhələsində müvafiq tədbirlər görür;
- Xidmətin fəaliyyət istiqamətlərində onun
strukturlarının əsas fəaliyyətləri üzrə göstəricilərin proqnozlarının hazırlanması
işini təşkil edir;
- Xidmətin struktur bölmələrinin və qurumlarının əsasnamə və nizamnamələr
ilə müəyyən edilmiş əsas fəaliyyətlərini təhlil edir və onların fəaliyyətinin səmərəliliyinin
artırılması barədə təkliflər verir, məlumatları təhlil edir, analitik, müqayisəli,
statistik materialların hazırlanmasını təmin edir;
- Xidmətin struktur bölmələrində və qurumlarında proqnozlaşdırmanın vəziyyətinin,
fəaliyyətin və layihələrin səmərəliliyinin
artırılması məqsədilə araşdırmaların aparılmasını təşkil edir;
- Xidmətin struktur bölmələrinin və qurumlarının qısa, orta və uzunmüddətli
fəaliyyət planlarının hazırlanmasını təşkili və əsas hədəflərinin müəyyənləşdirilməsini
Xidmətin aidiyyəti struktur bölmələri ilə birlikdə təmin edir;
- Xidmətin fəaliyyət sahələri üzrə informasiyaları təhlil
edir, analitik, müqayisəli, statistik materialların hazırlanmasını təmin edir;
- İnnovasiyaların tətbiqi vasitəsi ilə idarəçiliyin
metod və mexanizmlərinin təkmilləşdirilməsi, səmərəliliyin artırılması,
hesabatlılığın və şəffaflığın təmin edilməsi üçün müvafiq təkliflərin irəli
sürülməsini təmin edir;
- Xidmətin strukturunda və tabeliyində olan
qurumların fəaliyyətində innovasiyaların tətbiqi ilə bağlı təkliflərin
hazırlanması və həmin istiqamətdə aidiyyəti struktur bölmələrlə birlikdə
müvafiq tədbirlərin görülməsini təmin edir;
- Xidmətin fəaliyyət göstərdiyi sahələrdə digər dövlətlərin
qabaqcıl təcrübəsinin öyrənilməsi, Xidmətin strukturuna daxil olan və
tabeliyində olan qurumların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflərin
hazırlanmasını təmin edir;
- Xidmətin fəaliyyət istiqamətlərinə uyğun həyata
keçirdiyi xidmətlərin nəticələrinin monitorinqinin aparılması və bu sahədə səmərəliliyin
və çevikliyin artırılması məqsədi ilə Xidmətin innovasiya tədbirlərinin
hazırlanmasını təmin edir;
- Xidmətin fəaliyyət istiqamətləri üzrə iş proseslərinin
və göstərilən xidmətlərin optimallaşdırılması, habelə elektron xidmətlərə və rəqəmsal
idarəetməyə davamlı keçidin təmin edilməsi, innovativ idarəetmə texnologiyalarının
tətbiqi ilə bağlı monitorinq və araşdırmaların aparılması və innovativ
inkişafla bağlı təkliflərin hazırlamasını təşkil edir;
- Müvafiq sahənin əsas texniki-iqtisadi göstəricilərini
təhlil edərək sahənin inkişafının təmin edilməsi, fəaliyyətinin müasirləşdirilməsi
və beynəlxalq təcrübəyə uyğunlaşdırılması üçün təkliflər verir;
- Müvafiq sahə üzrə islahatların aparılmasında
iştirak edir;
Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, müvafiq
sahə üzrə tarif siyasətinin formalaşdırılması istiqamətlərinin müəyyən edilməsində
iştirak edir və tariflərin təkmilləşdirilməsi ilə əlaqədar təkliflər verir;
- Xidmətin struktur bölmələrinin və qurumlarının fəaliyyətinin və
strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflər verir, bu istiqamətdə
aidiyyəti struktur bölmələri ilə birlikdə tədbirlər görür;
- Rəqəmsal idarəetmə texnologiyalarının tətbiqi və fəaliyyət
proseslərinin avtomatlaşdırılması ilə bağlı təkliflər hazırlayır, həmin
texnologiyaların tətbiqi istiqamətində aidiyyəti struktur bölmələrlə birlikdə
müvafiq tədbirlər görür;
- Xidmətin fəaliyyət istiqamətləri üzrə informasiya
sistemləri və məlumat bazalarına dair layihələrin hazırlanmasında iştirak edir;
- Xidmətin struktur bölmə və qurumlarının əsas fəaliyyəti
ilə bağlı statistik göstəricilərinə dair məlumat bazasının yaradılması və statistik göstəricilərin dövrü
hesabatlılığını təmin edir;
- Əsas fəaliyyət göstəriciləri üzrə müəyyən edilmiş
proqnozların icrasının monitorinqi, müvafiq iqtisadi-statistik,
texniki-iqtisadi və analitik təhlillərin aparılmasını, nəticələr əsasında təkliflərin
verilməsini təmin edir;
- Xidmətin rüblük, yarımillik və illik fəaliyyətini əks
etdirən hesabatların hazırlanması işlərini təşkil edir və yekun hesabatları
hazırlayıb rəhbərliyə təqdim edir;
- Şöbəyə daxil olan normativ hüquqi sənədlərin layihələrinə
dair rəy və təkliflərin hazırlanmasını təmin edir;
- Xidmətin struktur bölmələri və tabeliyində olan
qurumlarının fəaliyyəti ilə bağlı zəruri dövri hesabatların və məlumatların qəbul
olunması, emalı, təhlili və icmallaşdırılmasının həyata keçirilməsini,
hazırlanmış məlumatların rəhbərliyə çatdırılmasını təmin edir;
- Şöbəyə daxil olan məktub, müraciət və digər sənədlərin
aidiyyəti üzrə sektorlar arasında bölüşdürülməsinə, onlara baxılmasına,
cavabların hazırlanmasına və digər müvafiq tədbirlərin görülməsinə nəzarət edir;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə
normativ-hüquqi, metodik və digər sənədlərin layihələrinin hazırlanmasında
iştirak edir;
- Şöbənin fəaliyyətinin yekunu olan sənədlərin müəyyən
olunmuş qaydada aidiyyəti üzrə və ya arxivə təhvil verilməsinə nəzarət edir;
Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq
xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin edir;
- Xidməti vəzifələrin icrası ilə bağlı Xidmət rəhbərliyinin
tapşırıqlarını yerinə yetirir;
Keçirilən müşavirələrin, görüşlərin işində,
konfrans, simpozium, seminar və sərgilərdə iştirak edir;
- Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və
intizam tənbeh tədbirlərinin görülməsi üçün Xidmətin rəhbərliyinə təqdimatlar
verir;
Şöbədə kargüzarlıq işlərinin aparılması və məxfilik
rejimini təmin edir;
Şöbəni təmsil edir;
- Xidməti vəzifələrin icrası ilə bağlı Xidmət
rəhbərliyinin tapşırıqlarının yerinə yetirir.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, beynəlxalq münasibətlər, hüquqşünaslıq, regionşünaslıq (regionlar üzrə), riyaziyyat, riyaziyyat və informatika müəllimliyi, riyaziyyat müəllimliyi, dövlət və ictimai münasibətlər, politologiya ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: 4 il dövlət qulluğu stajı və yaxud 6 il ümumi iş stajı
-
Kompüter biliklərinə dair tələblər: Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə (yüksək səviyyədə)
-
Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;İngilis dili-B1;
|
Müsahibə elanının tarixi |
17.02.2022 09:00 |
Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət |
18.03.2022 18:00 |
ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- vakant vəzifəni təqdim etmiş dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi, hərbi, diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında daxil edilən və hazırda ehtiyat kadrlar siyahısında olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.
ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
- xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.
ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 17 fevral 2022-ci il tarixindən 18 mart 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.
Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.
Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.
Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.
Qeydlər:
- Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər, o cümlədən ehtiyat kadrlar iştirak edə bilərlər.
- "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları (o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan şəxslər) altı ay ərzində müsahibəyə buraxılmırlar.
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir
- Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
- 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
- Vəzifənin tutulması şərtlərində tələb edilən xarici dil bilikləri aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Xarici dil bilik səviyyəsi | Açıqlama |
---|
A1 | - gündəlik həyatda yaranan ehtiyacları ödəmək üçün lazımi əsas ifadələri başa düşür və istifadə edir
- özünü və başqalarını təqdim etməyi bacarır, şəxsi məlumatları əldə etmək məqsədi ilə müəyyən suallar verə bilir və bu kimi sualları cavablandıra bilir
- yavaş və aydın formada danışan bir şəxslə ünsiyyət qura və ona kömək edə bilər
|
A2 | - gündəlik həyatla əlaqəli olan əsas cümlələri və tez-tez istifadə olunan ifadələri(şəxsi və ailə üzvləri ilə bağlı olan əsas məlumatları, alış-veriş, yaşayış yeri, iş və s) başa düşür
- ailə və gündəlik işlərlə bağlı informasiya mübadiləsini özündə əks etdirən sadə məsələlər ətrafında ünsiyyət qura bilir
- özü, ailə üzvləri və digər yaxınları haqqında sadə formada danışa bilir, gündəlik həyatın əsas aspektlərini təsvir edə bilir
|
B1 | - iş və məktəb mühitində, asudə vaxtlarında mütəmadi olaraq qarşılaşdığı müxtəlif mövzuların əsas məqamlarını başa düşür
- müvafiq dildən istifadə etdiyi ölkədə qaldığı müddətdə qarşılaşdığı müxtəlif vəziyyətlərin öhdəsindən gələ bilir
- şəxsi maraq dairəsi və oxşar mövzularla əlaqəli sadə mətnlər hazırlaya bilir
- müxtəlif sahələr üzrə təcrübəsini, xəyallarını, ümidlərini, ambisiyalarını və hadisələri təsvir edə bilir, gələcəyə dair fikir və planları haqqında qısa arayış verə bilir
|
B2 | - İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşür
- Əcnəbi ilə heç bir çətinlik çəkmədən səlis və sərbəst ünsiyyət qura bilir
- müxtəlif mövzular üzrə aydın və əhatəli mətnlər hazırlaya,aktual məsələlər, müxtəlif yanaşmaların üstünlükləri və mənfi cəhətləri haqqında fikir bildirə bilir
|
C1 | - müxtəlif mövzularda genişhəcimli və mürəkkəb mətnləri başa düşür
- lüğətdən istifadə etmədən öz fikirlərinisərbəst və birbaşa ifadə edə bilir
- sosial, akademik və peşəkar məqsədlər üçün müvafiq dildən çevik və effektiv istifadə edə bilir
- mürəkkəb mövzularla bağlı aydın, yaxşı strukturlaşdırılmış və əhatəli mətn hazırlaya bilir
|
C2 | - dinlədiyi və oxuduğu hər şeyi praktik olaraq asan şəkildə başa düşür
- müxtəlif yazılı və şifahi mənbələrdən əldə etdiyi məlumatları ümumiləşdirə bilir, müxtəlif arqument və hesabatları tutarlı təqdimat formasında hazırlaya bilir
- özünü sərbəst və tam şəkildə ifadə edə bilir, ünsiyyət zamanı sözləri müxtəlif məna çalarları üzrə fərqləndirə bilir
|
Əlaqə telefonları:
Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:
Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1742,1745); e-mail: dqqebul@dim.gov.az;
Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:
Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 431 63 86 (daxili 111,117); e-mail: dqqeydiyyat@dim.gov.az.