Qulluq funksiyaları |
- Agentliyin
və tabeli qurumların vahid beynəlxalq əməkdaşlıq
fəaliyyətini təşkil etmək məqsədilə kompleks tədbirləri yerinə yetirmək;
- Azərbaycan
Respublikasında xarici ölkələrin diplomatik nümayəndəlikləri, Azərbaycan
Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri, beynəlxalq və
regional təşkilatlar, sahə üzrə kommersiya və qeyri-kommersiya fəaliyyəti ilə məşğul
olan transmilli, beynəlxalq və yerli şirkətlər, ictimai birliklər, işgüzar
klublar, qeyri-hökumət təşkilatları, universitetlər, tədqiqat institutları və beyin
mərkəzləri ilə qarşılıqlı əlaqələrin qurulması ilə bağlı tədbirlər görmək və fəaliyyət
istiqamətlərinə uyğun olaraq nəzarəti həyata keçirmək;
- Agentliyin strukturuna daxil olan qurumların və
strukturuna daxil olmayan tabeliyindəki qurumların beynəlxalq fəaliyyətlərinə
nəzarət etmək, onların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində, işçilərin ezamiyyə
səfərlərinin və beynəlxalq tədbirlərin təşkilinə, o cümlədən beynəlxalq maliyyə
institutları hesabına maliyyələşən kredit, qrant, texniki yardım və bu kimi
digər mənbələrdən istifadə edilməsinə dair şöbə müdirinə rəy və təkliflər vermək;
- Agentliyin
prioritet hesab etdiyi istiqamətlər üzrə beynəlxalq təşkilatlarla birlikdə
inkişaf layihələri və proqramlarının, Agentliyin aidiyyəti struktur bölmələri
ilə birlikdə beynəlxalq layihələrin hazırlanmasında iştirak etmək, layihə və
proqramların həyata keçirilməsi ilə bağlı nəzarəti təmin etmək;
- Hökumətlərarası
komissiyaların və işçi qrupların işində iştirak etmək, xarici ölkələrin dövlət
və özəl qurumları ilə ikitərəfli hökumətlərarası sənədləri (müqavilə, anlaşma
memorandumu, niyyət protokolu və s.) hazırlanmasını təmin etmək, o cümlədən bununla bağlı
danışıqlarda və müzakirələrdə Agentliyi təmsil etmək;
- dünyada baş verən prosesləri və tendensiyaları
araşdırmaq və təhlil etmək;
- Azərbaycan Respublikasında qida təhlükəsizliyi üzrə
dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanmasında və həyata
keçirilməsində iştirak etmək;
- qida təhlükəsizliyi sahəsində beynəlxalq
inteqrasiyanın sürətləndirilməsi üçün strateji istiqamətlərə dair şöbə müdirinə təkliflər
vermək;
- qida məhsullarının idxal və ixracı ilə əlaqədar
digər dövlətlərin aidiyyəti orqanları ilə əməkdaşlığı həyata keçirmək və idxal-ixrac
əməliyyatları zamanı ortaya çıxan çətinliklərin həlli istiqamətində danışıqlarda
iştirak etmək;
- qida məhsulları, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin ixracı zamanı aşkarlanmış uyğunsuzluqlara dair idxalçı ölkələrdən daxil olan bildirişlərlə (notifikasiya sənədləri ilə) ələqədar aidiyyəti struktur bölmə tərəfindən görülmüş işlərin nəticəsinə dair arayışların və cavab məktublarının bildirişləri göndərən tərəflərə təqdim olunmasını təmin etmək;
- Agentliyin strukturuna daxil olan qurumların və
strukturuna daxil olmayan tabeliyindəki qurumların nümayəndələrinin (rəhbərlərinin,
əməkdaşlarının və mütəxəssislərinin) sahə üzrə təşkil edilən beynəlxalq tədbirlərdə
(sərgi, konfrans, seminar, kurs, iclas, təqdimat mərasimi, ziyafətlər və s.) iştirakı
ilə bağlı təklif vermək, bununla əlaqədar Agentliyin Aparatının struktur bölmə
və tabeli qurum rəhbərlərinin təkliflərini araşdıraraq iştirakın zəruriliyini
müəyyən etmək;
- Agentliyin strukturuna daxil olan qurumların və
strukturuna daxil olmayan tabeliyindəki qurumların fəaliyyətinin təkmilləşdirilməsi
məqsədilə xarici ölkələrdən mütəxəssislərin dəvət edilməsini, onların səfərlərinin
və Azərbaycandakı fəaliyyətinin təşkilini təmin etmək;
- beynəlxalq sənədlərin Agentliyin strukturuna
daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən
imzalanması ilə bağlı xarici dövlətlər, beynəlxalq təşkilatlar və beynəlxalq
maliyyə institutları ilə danışıqlar aparmaq, ölkəmizdə keçirmək istədikləri
beynəlxalq tədbirlərə dair əvvəlcədən məlumat əldə etmək və fəaliyyət istiqamətləri
üzrə şöbə müdirinə təkliflər vermək;
- Agentliyin maliyyə mütəxəssisləri ilə birlikdə beynəlxalq donor təşkilatlar və beynəlxalq maliyyə
institutları ilə danışıqlar aparmaq, onların hesabına maliyyələşən kredit,
qrant, texniki yardım və bu kimi digər mənbələrdən yararlanmaq üçün şöbə müdirinə təkliflər
vermək və sənədlərin
hazırlanmasını təmin etmək;
- ölkə
daxilində və xaricdə beynəlxalq tədbirlərin (sərgi, forum, konfrans, seminar, kurs,
iclas, təqdimat mərasimi, ziyafət və s.) təşkilində iştirak etmək, xaricdə təşkil olunan
tədbirlərdə iştirak etməsi nəzərdə tutulan Agentliyin əməkdaşlarından ibarət nümayəndə
heyətinin səfərini təşkil etmək;
- Dövlət Proqramlarında, Strateji Yol Xəritələrində,
Strateji Planlarda və Fəaliyyət Planlarında şöbənin fəaliyyət istiqamətləri üzrə
qeyd olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək;
- Agentlik
tərəfindən dəvət olunmuş qonaqların təşkilati-protokol məsələlərini təşkil etmək;
- Agentliyin
digər ölkələrin dövlət qurumları və beynəlxalq təşkilatlarla münasibətlərin
qurulması və inkişaf etdirilməsi ilə əlaqədar təkliflər vermək, beynəlxalq
tədbirlərdə Agentliyin təmsil edilməsi ilə bağlı tədbirlər görmək;
- sədr və sədr müavinlərinin Azərbaycan
Respublikasında xarici ölkə səfirləri, konsulları, ticarət nümayəndəlikləri,
beynəlxalq təşkilatların və xarici şirkətlərin rəhbərləri və nümayəndələri ilə
görüşlərinin planlaşdırılması, təşkili və görüşlərin protokollaşdırması məsələlərinə rəhbərlik etmək;
- xarici ölkələrə ezamiyyətə göndərilən
Agentliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan
tabeliyindəki qurumların əməkdaşları üçün müxtəlif ölkələrin vizalarının
alınması məqsədilə dəstək məktubunun hazırlanmasını təmin etmək və onlara
lazımı köməklik göstərmək;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq normativ
hüquqi aktların, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hazırlanmasını təmin etmək və
ya hazırlanmasında iştirak etmək, digər dövlət orqanları tərəfindən hazırlanmış
qanunvericilik aktlarının layihələrinə rəy və təkliflər vermək;
- qida məhsulları, baytarlıq nəzarətində olan məhsullar və fitosanitar karantin nəzarətində olan məhsulların ixracı zamanı aşkarlanmış uyğunsuzluqlara dair bildirişlərlə (notifikasiya sənədləri ilə) ələqədar aidiyyəti struktur bölmə tərəfindən görülmüş işlərin nəticəsinə dair arayışların və cavab məktublarının bildirişləri göndərən tərəflərə təqdim olunması məqsədilə aidiyyəti sənədləri şöbə müdirinə çatdırmaq;
- Şöbənin əməkdaşları tərəfindən fəaliyyət
prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və
kommersiya sirrinin qorunmasını təmin etmək;
- qida təhlükəsizliyi sahəsində dövlət siyasətinin
istiqamət və prinsiplərinin müəyyən edilməsi ilə bağlı şöbə müdirinə təkliflər vermək;
- Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatların hazırlanmasını təmin etmək;
- rəhbərlik tərəfindən şöbəyə tapşırılmış vəzifələri yerinə yetirmək;
- Şöbə üzrə Agentliyin Kollegiyasında müzakirə olunmalı məsələlər ilə bağlı
təkliflərini şöbə müdirinə təqdim etmək;
- Şöbə müdirinin göstərişinə və iş planına
uyğun olaraq kollegiyanın müzakirəsinə təqdim ediləcək məsələlərin
hazırlanmasını təşkil etmək;
- Şöbənin icraatında olan işlərlə bağlı aidiyyəti qurumlara müraciətlərin
hazırlanması sənədlərin toplanması və göndərilməsi ilə bağlı işlərə rəhbərlik
etmək;
- Şöbəyə daxil olan ərizə, şikayət və təkliflərə baxılmasını təmin etmək və
müəyyən edilmiş qaydada tədbirlər görmək;
- tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların
fəaliyyətini əlaqələndirmək, əmək və icra intizamına riayət etmələrinə nəzarət
etmək;
- Şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib
edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalamaq, habelə iş planında
nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə
nəzarət etmək;
- Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri
görülməsi üçün şöbə müdirinə təqdimatlar vermək;
- Sektorun əməkdaşları qarşısında qoyulan tapşırıqların dövlət qulluçularının
xidməti fəaliyyətinin qiymətləndirilməsi dövrü ərzində hansı səviyyədə yerinə
yetirilməsini, meyarlar üzrə fəaliyyətini və əmək intizamına əməl edilmə
vəziyyətini vaxtında, obyektiv və qərəzsiz qiymətləndirmək;
- Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində
Agentliyin digər strukturlarından məlumat və sənədləri almaq;
- Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin
etmək;
- Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada həyata
keçirmək;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq digər vəzifələri
yerinə yetirmək.
|
Vakant inzibati vəzifənin tutulması şərtləri |
-
Təhsilə dair tələblər: tərcümə (dillər üzrə), regionşünaslıq (regionlar üzrə), hüquqşünaslıq, beynəlxalq münasibətlər, xarici dil müəllimliyi (dillər üzrə), politologiya ixtisasları üzrə ali təhsil
-
İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
-
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, Internetdən istifadə yüksək səviyyədə
-
Xarici dil biliklərinə dair tələblər: İngilis dili-C1; Rus dili-C1;
|